İlham Əliyevin bahalaşma xəbərdarlığına 4 nazir əməl etmir - Şok sabotajçı siyahı
Siyaset
Oxunub: 4 235
28 fev 2017 | 15:17
İlham Əliyevin bahalaşma xəbərdarlığına 4 nazir əməl etmir - Şok sabotajçı siyahı








Prezident İlham Əliyevin süni qiymət artımı ilə bağlı xəbərdarlığı bəzi kar məmurların qulağına çatmayıb

Bəzi nazirlər süni qiymət artımı barədə göstərişlərə əməl etmir.

Sanki ölkə başçısı bir neçə dəfə eyni göstərişi verməlidir. Amma monopolist maraqlarını üstün tutan həmin nazirlər sabotaj edərək bazarlarda süni qiymət artımına şərait yaradır.

Onların bu mafioz şəbəkəsinə bəzi işbazlar, fürsətcil sahibkarlar da qoşulub. Prezidetin tapşırığı ondan ibarətdir ki, məqsədli şəkildə bahalaşma yaradan şəxslər cəzalanmalıdır.

Fəqət kənd təsərrüfatı naziri Heydər Əsədov, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Dövlət Gömrük Komitəsi sədri Aydın Əliyev, vergilər naziri Fazil Məmmədovun bazarlarda iş adamlarının qiymətləri süni şəkildə qaldırmasına rəvacv verdikləri bildirilir.

Baş naziri müavini Əli Əhmədovun mağazalarda reydindən sonra bahalaşmanın olduğunu təsdiqləməsi də müvafiq qurumları hərəkətə keçirməyib. Süni qiymət artımı adı altında arxasında məmur dayanmayan bir neçə dükan-mağazada, marketdə, xırda sexlərdə yoxlama aparırlar.

Politika.Az-ın İqtisadiyyat Şöbəsinin verdiyi xəbərə görə, Şəffaf vergi sistemi olan ölkələrdə sahibkar qiyməti nə qədər bahalaşdırırsa, bir o qədər çox vergi ödəyir və rəqabət özü qiyməti optimallaşdırır.

"Yoxlama" aparıb sahibkarlara böyük cərimə yazaraq “qiyməti aşağı sal” demək asandır, ancaq bu inhisarçılığın əsl səbəbini yaradan, qiymət artımına birbaşa təsir edən böyük holdinq və idxalda monopoliya yaratmış şirkətlərə yaxın gedə bilməmək başqa bir məsələdir

Nazirlərin və məmurların inhisarçı siyasəti isə məhz bahalaşma ilə nəticələnir. Hər halda bu ölkə süni qiymət artımının səbəbkarı hansısa kəndli və ya fermer deyil. Bunun arxasında sabotajçı məmur komandası dayanır.

Hazırda isə kiçik və orta ölçülü ticarət şəbəkələri bu təzyiqin "ilk qurbanları"na çevrilirlər. Belə davam edəcəyi halda növbəti "qurbanlar" istehlakçılar olacaq, onlar mal qıtlığından əziyyət çəkəcəklər.

İnhisarçı şirkətlərin arxasında duran iriçaplı məmurlar bahalaşmaya səbəb olurlar. Yəqin ki, əksəriyyət həyatında bir dəfə də olsa, istehlakçı kimi hüququnun pozulduğunu deyə bilər.

Yəni getdiyi kafedə, ticarət mərkəzində, geyim dükanında, apteklərdə, özəl tibb müəssisələrində onlardan təqdim olunan xidmətdən və ya məhsuldan çox baha qiymət tələb olunub. Kənd təsərrüfatı naziri Heydər Əsədov, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Dövlət Gömrük Komitəsi sədri Aydın Əliyev, vergilər naziri Fazil Məmmədov isə prezidentin göstərişlərinə əməl etmir.
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası