"Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycan qadınının yüksək statusunu göstərir"
Siyaset
Oxunub: 840
3 mar 2017 | 10:33
"Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycan qadınının yüksək statusunu göstərir"









Birinci xanım Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması Azərbaycan qadınının cəmiyyətdə tutduğu yüksək statusu göstərir.

Bunu Trend-ə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri deyib.

Onun sözlərinə görə, bu, həm də birinci xanımın yüksək bilik və bacarıqlara malik müstəsna şəxsiyyətini təsdiq edir: "O, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi, ölkəni inkişaf və rifaha aparan müdrik siyasəti dəstəkləməyə və ictimaiyyətə xidmət etməyə imkan verən bilik və bacarıqlara malikdir". İSESKO-nun baş direktoru qeyd edib ki, Azərbaycan ictimaiyyəti Mehriban Əliyevanın ölkənin balanslı inkişafı üçün böyük səylər göstərdiyini tamamilə anlayır. Onun sözlərinə görə, birinci xanım Heydər Əliyev Fondunun rəhbəri kimi idarəetmə sahəsində böyük işlər görüb və Azərbaycan Prezidenti İlham Əliyevə prezident mandatının icra olunmasında əhəmiyyətli dəstək verib.

Əl-Tuveycri deyib ki, indi Mehriban Əliyevanın Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Azərbaycanın iqtisadi inkişafı və Azərbaycan xalqının rifahı naminə milli məqsədlərə nail olunması üzrə nəcib missiyanın reallaşdırılması üçün üzərinə yeni öhdəliklər götürməsinin vaxtı çatıb: "Mən Mehriban Əliyeva ilə onun İSESKO-nun xoşməramlı səfiri təyin olunduğu vaxtdan tanışam. Hər dəfə Mehriban xanımla Bakıda görüşərkən, mən özüm üçün onun güclü xarakterini, mükəmməl bilik və bacarıqlarını, müasirliyə köklənməsini və daim sülhün, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun, həmrəyliyin geniş vüsət alması ilə bağlı mütəmadi səylərini kəşf edirəm”.

Baş direktorun sözlərinə görə, öz humanist missiyasını tamamilə anlayan Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevə ən yaxşı dayaqdır və onun Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması müdrik və vaxtında verilmiş bir qərardır: "Mən Birinci vitse-prezident Mehriban Əliyevanı, eləcə də Azərbaycan xalqını təbrik edirəm və ona bu nəcib missiyanın həyata keçirilməsində uğurlar arzulayıram”.
Bu gün, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Bu gün, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Bu gün, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR