“Azərbaycanda insanların ömrünün uzunluğu artır"- İlham Əliyev
Siyaset
Oxunub: 806
6 mar 2017 | 03:22
“Azərbaycanda insanların ömrünün uzunluğu artır"- İlham Əliyev

















"Azərbaycanda insanların ömrünün uzunluğu artır, uşaq və ana ölümü azalır”

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində yeni "Ürək Mərkəzi”nin açılışında deyib.

O qeyd edib ki, son illər ərzində Azərbaycanda səhiyyə sahəsində çox böyük işlər görülüb, 600-dən çox xəstəxana, tibb obyekti əsaslı təmir olunub, yenidən tikilib: "Demək olar ki, bütün rayonlarımızda ya yeni tikilən, ya da əsaslı təmir olunan xəstəxanalar yaxşı xidmət göstərir. Demək olar ki, biz səhiyyə sahəsinin maddi-texniki bazasını artıq yaratmışıq. İndi Azərbaycanda ən mürəkkəb əməliyyatlar aparılır və bu gün bizim səhiyyə sistemimizin həm maddi-texniki təminatı, həm də keyfiyyəti böyük dərəcədə artır. Beynəlxalq qurumlar da bunu qeyd edirlər. Xüsusilə, Dünya Səhiyyə Təşkilatı bizdə bu sahədə görülən işlərə yüksək qiymət verib. Statistik göstəricilərdə də bu, özünü göstərir, insanların ömrünün uzunluğu artır, uşaq və ana ölümü azalır. Bu, səhiyyə sisteminin əsas göstəricilərindən biridir”.

Dövlət başçısı "Ürək Mərkəzi”ni ən müasir standartlara cavab verdiyini bildirib, dünya səviyyəsində ən yüksək qiymətə layiq olan bir mərkəz adlandırıb: "Səhiyyə sahəsinin inkişafı hər bir ölkənin ümumi inkişafını göstərir. Çünki bu sahəyə ayrılan vəsait dövlətin siyasətini, niyyətini ifadə edir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və insanların sağlamlığı sosial sahədə prioritet məsələlərdən biridir. Bilirsiniz ki, artıq neçə ildir kütləvi müayinədən keçmə kampaniyası aparılır. Keçən il bütün bölgələrdə 5 milyon insan pulsuz müayinə olunub. Bu il də 5 milyon insan pulsuz müayinədən keçəcək. Mən xatırlayıram, yeni istifadəyə verilmiş bütün tibb ocaqlarında vətəndaşlarla görüşlər zamanı onlara söyləyirdim ki, siz mütləq ildə bir dəfə müayinədən keçməlisiniz. Biz artıq buna nail olduq və bölgələrdə, tibb mərkəzlərində yaşanan izdiham onu göstərir ki, vətəndaşlar bu imkanlardan böyük həvəslə istifadə edirlər. Bu, ilk növbədə, insanlara lazımdır, eyni zamanda, dövlətimizin inkişafı üçün də bunun çox böyük mənası var. Çünki sağlam millət, sağlam cəmiyyət, əlbəttə ki, hər bir ölkənin inkişafı üçün çox vacibdir. Biz gələcəkdə də səhiyyə sahəsində əlavə tədbirlər görəcəyik. Belə gözəl mərkəzlərin yaradılması ölkəmizin ümumi inkişafını göstərir. Çünki əgər bu mərkəz dünyanın ən qabaqcıl tibb mərkəzlərindən fərqlənirsə, ancaq müsbət istiqamətdə fərqlənir. Çünki bu səviyyədən daha yuxarı səviyyəni təsəvvür etmək mümkün deyil. Burada yüzlərlə həkim, tibb işçisi fəaliyyət göstərir və onların da peşəkarlığı, əminəm ki, bax, burada yaradılmış səviyyəyə uyğundur”.
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş