Bu şəxslər yenidən hərbi xidmətə çağırılacaq - Polkovnikdən "neqodnı"lara pis xəbər
Siyaset
Oxunub: 6 426
7 mar 2017 | 02:07
Bu şəxslər yenidən hərbi xidmətə çağırılacaq - Polkovnikdən "neqodnı"lara pis xəbər














Məlumdur ki, hərbi xidmətə yararsız olan gənclərimiz var.

Maraqlıdır, əgər cəbhədə vəziyyət gərginləşərsə, onlar orduya çağırılacaqmı?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən ehtiyyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, təkrarən çağırışa ehtiyac yaranacaqsa, həmin gənclər həm qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, eyni zamanda qəbul olunacaqları və yaxud təyinatları üzrə gedəcəkləri hərbi hissələrdə müvafiq komissiyadan keçdikdən sonra qərar veriləcək:

“Çağırışla bağlı Azərbaycanda daimi Hərbi Çağırış Komisiyası fəaliyyət göstərir. Onun fəaliyyəti də Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Hərbi xidmətdə möhlət hüququna malik olan gənclərin sənədələri iki cür olur. Sülh dövründə yararsız, müharibə dövründə qismən yararlı, sülh dövründə yararsız, müharibə dövründə də yararsız.

Bu gün sağlamlığı əlinə silah götürməyə imkan verəcək kifayət qədər gənclərimiz var. Azərbaycanda əlavə gücə ehtiyac yoxdur. Bizim bu gün rahat şəkildə 300 minə yaxın ehtiyyatda olan hərbi qulluqçularımız var. Həm sağlamlıq göstəriciləri, həm də digər keyfiyyətlər imkan verir ki, onlar yenidən hərbi xidmətə cəlb olunsun. Zaman-zaman tədricən yaşı ötmüş şəxslər ehtiyyatdan çıxırlar. Yəni, onlar bir də hərbi xidmətə cəlb olunmurlar. Hərbi xidmət müddətini başa çatdırıb, ehtiyyatda olan və digər sahələrdə fəaliyyətlərini davam etdirən kifayət qədər kontingent də var. Əlbəttə, zərurət yaranacaqsa, həmin şəxslər də hərbi xidmətə cəlb olunacaq. Onlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şöbələrində qeydiyyatdadırlar”.

Hərbi ekspert qeyd etdi ki, hər kəs hərbi xidmətə yönləndirilə bilməz:

“Hərbi xidmtə cəlb olunacaq şəxslərin arasında hansısa ağır xəstəlik daşıyıcıları da ola bilər. Bu səbəblə, hər kəs hərbi xidmətə yönləndirilə bilməz. Həmin şəxslər yoxlamadan keçməlidir. Düşünmürəm ki, bu, bizdə problem yaradacaq. Biz insanlarımızı çox rahat şəkildə komissiyadan keçirmə iqtidarındayıq. Həm də onların müəyyən ixtisasla, hərbi sahə üzrə təlimlərə, və yaxud toplantılara cəlb etmək imkanına malikik”.

Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi