Artur Rəsizadə yola salınır - yerinə Kəmaləddin Heydərov gətirilir
Siyaset
Oxunub: 9 581
10 mar 2017 | 18:43
Artur Rəsizadə yola salınır - yerinə Kəmaləddin Heydərov gətirilir














Martın 17-də Nazirlər Kabinetinin Milli Məclisdə illik hesabatı təsdiq edildikdən sonra baş nazir Artur Rasizadənin istefaya göndəriləcəyi, onun yerinə isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun təyin ediləcəyi gözlənilir

Bu barədə istiqlal.az-a hakimiyyətə yaxın mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, artıq Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyindən artıq A.Rasizadə "əvəzedilməz ikinci şəxs" statusunu itirib: İndi ölkənin ikinci şəxsi birinci vitse-prezidentdir. O biri tərəfdənsə, ölkədə işlək baş nazirə ehtiyac var ki, 82 yaşlı Rasizadə bu standarta qətiyyən cavab vermir. 56 yaşlı K,Heydərov isə bu standarta tamamilə uyğundur.

Birincisi, K.Heydərov prezidentə yaxınlığı və sədaqəti ilə tanınır. Bir sıra ciddi layihələrin reallaşmasında problemlər məhz fövqəlnazirin məsuliyyəti üzərinə götürməsi ilə yoluna qoyulub. Məsələn, 2015-ci ilin əvvəlində siyasi hakimiyyətin xüsusi önəm verdiyi 1-ci Avropa Oyunlarına hazırlıq işləri lazımı səviyyədə olmayıb. Prezident İlham Əliyev 2015-ci ilin əvvəlində Olmpiya stadionunun tikintisi ilə tanış olanda işlərin sürətindən narazı qalıb. Bundan sonra prezident fövqəladə hallar naziri Kəmaləddin Heydərova tikintini sürətləndirmək üçün tapşırıqlar verib. Olimpiya Stadionunun tikintisinin de-yure K.Heydərova heç bir bağlılığı olmayıb. Sadəcə, prezident etibarlı və yüksək işgüzarlıq əmsalı olan K.Heydərova qeyri-rəsmi mandat verərək prosesə rəhbərliyi onun üzərinə qoyub.

K.Heydərov da bu işin öhdəsindən məharətlə gəldi – FHN və nəzarətində olan “Gilan-holdinq”ə məxsus ağır texnika və başqa resursları tikintiyə yönəltdi, tikinti vaxtında və keyfiyyətlə başa çatdı. Hətta o vaxta paytaxtın başqa yerlərində də Avropa Oyunları ilə bağlı tikinti işlərinə də K.Heydərov texniki dəstək verirdi. Bir sözlə, o dövrdə K.Heydərov Avropa Oyunlarına hazırlıq işlərində əsas fiqur, prezidentin isə əsas güvəndiyi menecer kimi çıxış edirdi.

İkincisi, siyasi proseslərdə də K.Heydərov daim siyasi hakimiyyətə siper rolunu oynayıb. Məsələn, 2005-ci ildə narıncı inqilabın yatırılması və asi məmurların həbsə atılmasında K,Heydərov həlledici fiqurlardan biri olub.

Üçüncüsü, K,Heydərov prezidenti tapşırıqlarını dərhal və qeyd-şərtsiz yerinə yetirən azsaylı məmurlardan biridir. Məsələn, prezidenti tikinti sektorunda vəziyyəti normallaşdırmaq tapşırığına K.Heydərov anında reaksiya verdi və məsələ qısa zamanda həllini tapdı.

Dördüncüsü, K.Heydərov siyasi elitanın nüfuzlu simalarındandır. Bu da yeni baş nazir üçün tələb edilən əsas keyfiyyətlərdən biridir. Nazirlər Kabinetini işlək struktura çevrirmək və nazirlərin fəaliyyətini kordinasiya etmək üçün kabinetə nüfuzlu, lazım gələndə sanksiyalar tətbiq etməyi bacaran şəxsə ehtiyac var. K.Heydərov bu kriteriyaya da uyğun gəlir.

Mənbənin sözlərinə görə, məhz bu amillər K.Heydərovu indiki situasiyada baş nazir postuna gətirilməsini şərtləndirir.

Mənbə onu da bildirir ki, baş nazir postuna başqa namizədlərin adları da hallanır, ancaq onların şansları yüksək qiymətləndirilmir.

İstiqlal.az bir neçə gün öncə mötəbər mənbəyə istinadla martın 17-də A.Rəsizadənin istefaya göndəriləcəyini yazmışdı.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE