"Bir kişi arvad adı ilə "Facebook"a girirsə, ondan nə kişi olacaq?" — Siyavuş Novruzov
Siyaset
Oxunub: 1 253
13 mar 2017 | 00:30
"Bir kişi arvad adı ilə "Facebook"a girirsə, ondan nə kişi olacaq?" — Siyavuş Novruzov














“Əgər bir kişi öz profilində arvad fotosu və adı yerləşdirərək, şərh yazırsa, ondan nə kişi olacaq? Bu cür hərəkətlər heç bir qanuna və kişiliyə sığmır”.

Bunu olke.az-a açıqlamasında Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov sosial şəbəkələrlə bağlı təklifinə qarşı çıxan şəxslərə cavab verərkən deyib.

S.Novruzov artıq həmin şəxslərin kimliyinin hər kəsə məlum olduğunu bildirib:

“İndi hər kəsə də bəllidir ki, bu cür işlərlə kimlər məşğul olur. Mənim təklifimə qarşı çıxan adamların özləri bu cür çirkin işlərlə məşğuldur. Ona görə də doğru yolda olan adamlar bu məsələdən qəti narahat olmasınlar. Bundan qanunun aliliyindən qorxaraq, başqa-başqa adlar altında ayrı-ayrı şəxsləri təhqir etməklə və ermənilərdən 5 manat pul alıb, Azərbaycan əleyhinə çirkin təbliğat aparan şəxslər qorxsunlar”.

Komitə sədri qeyd edib ki, sosial şəbəkələrdə onun fikirlərini ayrı istiqamətlərə yozan qüvvələr Azərbaycan dövlətçiliyi əleyhinə aparan adamlardır:

“Onların mənim fikirlərimi başqa cür təqdim etməyə haqları yoxdur. Mən tam obyektiv olaraq bildirmişəm ki, sosial şəbəkələrdə Azərbaycanın milli və dövlətçilik maraqlarına zidd və erməni mənbələrinə istinad edilən olan müxtəlif məlumatlar yayırlar. Misal üçün, bu yaxınlarda “Meydan TV” Azərbaycan ordusu ilə bağlı erməni mediasında dərc olunan yalan məlumatları yenidən yaymışdı. Bəzi internet saytları və qüvvələr ermənilərə xidmət edən bu cür məlumatları Azərbaycan cəmiyyətinə sırımaq istəyirlər. Bu cür xəbərləri yazanların ermənilərdən heç bir fərqi yoxdur. Çünki bu adamlar ermənilərin Azərbaycan əleyhinə söylədiyi yalan və qondarma fikirləri cəmiyyətimizə çatdırır. Təbii ki, bütün bunlar belə davam edə bilməz. Bunun qarşısını almaq üçün mütləq internetə nəzarət mexanizmi olmalıdır. Yoxsa ki, sən qaçıb xaricə get, oradan da Azərbaycan əleyhinə yalan fikirlər yaz, heç kəs də səni məhkəməyə verə bilməsin! Həmin adamlar düşünməsin ki, onlar anonim adalarla istədiyi şəxsi təhqir edə biləcək. Bu cür hallara qarşı qanun çərçivəsində addımlar atılmalıdır. Əgər sosial şəbəkələrdə qeydiyyatdan keçən şəxslər doğrudan da qanuna zidd fikirlər söyləmirsə, heç bir cinayətə və ya qanun pozuntusuna yol vermirsə, o zaman adını, soyadını və ünvanını dəqiq yazıb göstərsin. Daha niyə anonim adlarla qanuna zidd hərəkətlərə yol verir?”.
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Dünən, 13:10
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
Dünən, 11:36
Terror dalğası Avropa sıçradı: türklər hədəfdə - VİDEO