Sosializm sosial nikbinlik cəmiyyətidir
Siyaset
Oxunub: 2 434
21 noy 2014 | 23:05
Sosializm sosial nikbinlik cəmiyyətidirSosializm - kommunizm cəmiyyətinin birinci fazasıdır.

Sosializm cəmiyyətinin iqtisadi əsasını dövlət (ümumxalq) və kooperativ-kolxoz mülkiyyəti formsında istehsal vasitələri üzərində sosialist mülkiyyəti, sosial əsasını fəhlələrin, kəndlilərin və ziyalıların sarsılmaz ittifaqı, siyasi əsasını fəhlə sinfinin və onun Kommunist Partiyasının aparıcı rol oynaması şəraitində zəhmətkeşlərin hakimiyyəti, ideoloji əsasının marksizm-leninizm təşkil edir. Sosializmdə cəmiyyətin hər bir üzvünün hərtərəfli inkişafı mənafeyinə bütün xalq təsərrüfatının yüksək texniki səviyyədə planlı surətdə inkişaf etdirilməsi təmin olunur, "hər kəsdən qabiliyyətinə görə, hər kəsə əməyinə görə" prinsipi həyata keçirilir, zəhmətkeşlərin kommunist partiyası prosesi genişləndirilir. Sosializmin ən mühün xüsusiyyətləri bunlardır: sinfi və milli antaqonizmin ləvğ edilməsi, insanın insan tərəfindən istismarının olmaması, fəhlə sinfinin, kəndlilərin və zəhmətkeş ziyalıların sosial və ideya-siyasi birliyi, həyata keçirilməsi üçün həqiqi təminatların olması şəraitində zəhmətkeşlərin əsl sosial və siyasi azadlıqları və hüquqları və iqtisadi, sosial-siyasi və mənəvi sahələrdə digər nailiyyətlər qazanılması.

Sosializm real humanizm cəmiyyətidir. Onun başlıca sərvəti əməkçi insandır. Hər şey insanın rifahı üçün, insan naminə -yeni, sosialist həyat tərzinin ən dərin mənası budur.

Sosializm azad əmək, əsl demokratiya, şəxsiyyətin həqiqi azadlığı, ən qabaqcıl elm və mədəniyyət cəmiyyətidir. Bu cəmiyyət zülmün bütün növlərini aradan qaldırır, əmək, təhsil və istirahət hüququnu təmin edir, zəhmətkeşləri işlə tamamilə təmin edir, cəmiyyətin bütün üzvlərinin yaradıcılıqla hərtərəfli inkişafı üçün real imkanlar yaradır.

Sosializm sosial nikbinlik cəmiyyətidir. O, əmək adamında sabahkı günə, öz övladlarının xoşbəxt gələcəyinə, qocalıqda təminatlı həyata möhkəm inam yaradır.

Sosializm xalqlara yeni, bərabər hüququlu münasibətlər, qarşılıqlı surətdə bərabər əməkdaşlıq və sülh gətirir. O, inkişaf etməkdə olan ölkələrin müstəmləkəçilik nəticələrində əzab-əziyyət çəkən xalqları qarşısında iqsidadi geriliyi tarixən qısa müddətlərdə ləvğ etmək perspektivi, sosial azadlıq və hərtərəfli tərəqqi perspektivi açır.

İqtisadi, siyasi və mənəvi həyatın sosialistcəsinə təşkili göstərmişdir ki, yalnız sosializm müasir dövrün ən mühüm və təxirəsalınmaz ümumbəşəri problemlərinin həlli yolunu açır. Yalnız o, bəşəriyyəti kütləvi qırğın silahı işlədilən məhv edici ümumi müharibə təhlükəsindən həmişəlik xilas etməyə, təbii mühiti qoruyub saxlamağa və yaxşılaşdırmağa qadirdir.

Keçid dövründən sonra və onun nəticəsində kommunizm cəmiyyətinin birinci fazası olan sosializm qərarlaşır və o, iki mərhələ keçir. Birincisi -əsasən qurulan sosializmdir, ikincisi - inkişaf etmiş sosializm cəmiyyətidir. Birinci mərhələ SSRİ - də ötən əsrin 30 - cu illərin ortalarında başladı. Həmin vaxtadək sosializm quruculuğuna dair Lenin planı həyata keçirilmişdir. 60 - cı illərin əvvəllərinə yaxın SSRİ inkişaf etmış sosializm cəmiyyəti mərhələsinə qədəm qoymuşdur ki, bu mərhələdə sosializmin bütün əlamətləri get-gedə daha yetkin olub. Labüdlüyü K.Marks və F.Engels tərəfindən elmi surətdə qabaqcadan deyilmiş olan sosalizm, V. İ. Leninin ideyaları əsasında Sovet İttifaqında real gerçəkliyə çevrilmişdir.Bu, sovet xalqına kommunizm cəmiyyətinin yüksək fazası olan kommunizmin qurulmasına başlamaq imkanı vermişdir. Bolqarıstanda, Çexoslovakiyada, Macarıstanda, ADR - də və bir sıra başqa sosialsit ölkələrində sosializmin əsasları qurulmuş və inkişaf etmiş sosializm quruculuğu həyata keçirilmişdir.

Kommunizm sosializmin bir növüdür. Sosializmin digər növlərindən: sosial demokratiya, liberal sosializm, anarxizm, islami sosializm sayıla bilər.

Sosializm bir iqtisadi sistemdir. Kommunizm həm iqtisadi, həm də siyasi bir sistemdir. Sosializm bərabər bir həyat hazırlayarkən, kommunizm həm bərabər bir həyat, həm də bərabər bir rəhbərlik hazırlayar. İkisi də ictimai bərabərliyi müdafiə edir. Ancaq rəhbərlik mərhələsində ayrılırlar. İkisi də cəmiyyətdəki bərabərliyi müdafiə edərkən Kommunizm sosializmin radikal (uc) nöqtəsi olaraq bilinir. Sosializmdə insanlar iqtisadiyyatın rəhbərliyində söz sahibidir. Əksəriyyətin qərarı tətbiq olunur. Kommunizmdə tək partiya vardır. Partiya nüfuzu etibarlıdır. Gəlirlərin paylaşmasında: sosializm fərdin məhsuldarlığına bağlı olaraq paylamanı müdafiə edərkən, kommunizm fərdin ehtiyacına görə gəlir paylaşımı müdafiə edir.
Sosializmdə xüsusi mülkiyyət mümkündür. İstehsal vasitələrinin dövlətə ya da fərdlərə aid olduğu şəkillər mövcuddur. Kommunizmdə istehsal vasitələri dövlətindir. Xüsusi mülkiyyət yoxdur. İkisində də xüsusi mülkiyyət fərdləri istismar məqsədi ilə istifadə edilə bilməz.
Sosializm kapitalizmlə birlikdə yaşaya bilər və bunu bir keçiş imkanı olaraq qiymətləndirər. Ancaq kommunizm sinifsiz bir cəmiyyət yaratmaq üçün kapitalizmi bütündən yox etmə fikrindədir. Sosializmdə azad din seçimi vardır. Kommunizm dini ortadan qaldırar.
Sosializmdə çox partiyalı seçkilər vardır. Hökumətin-dövlətin başında liderlər ola bilər. Kommunizmdə lider yoxdur. Birbaşa olaraq xalq tərəfindən idarə olunar. Bu model indiyədək tətbiq edilməmişdir. Əsas kommunizm lidersiz və Kommunanın qərarına bağlıdır.
Sosializmdə mülkiyyətin çoxu ortaqlıq içindədir və gerçək sahibliyi işçilərə aid edilməkdədir. Kommunizm isə bütün mülkiyyətin cəmiyyət və ya dövlətə aid edildiyi ictimai təşkilatlanma formasıdır.

***

Sosialist ölkələrində mövcud olan və dövlətin, bütün ictimai işləri idarə edilməsində zəhmətkeşlərin iştirakının məzmununu, prinsiplərini, formalarının və metodlarının əks etdirən ən yüksək demokratiya tipi sosialist demokratiyasıdır. Sosialist demokratiyası sinfi xarakter daşıyır, fəhlə sinfinin və digər zəhmətkeş kütlələrin mənafeyini ifadə edir. Burjua demokratiyasından sosialist demokratiyasınin başlıca üstünlüyü və keyfiyyət fərqi aşağıdakıdan ibarətdir: 1) bir ovuc istismarçılar üçün deyil, zəhmətkeşlər üçün demokratiya; 2) demokratiyanın çox böyük bir miqyasda genişləndirilməsi, sosial vəziyyətə, milliyətə, cinsə, dinə və i. a. görə bütün məhdudiyyətlərin zəhmətkeşlər üzərindən götürülməsi; 3) zəhmətkeşlərə faktik hüquqlar və azadlıqlar təminatı verilməsi; 4) demokratiyanın nəinki siyasətə, həmçinin iqtisadiyyata və mədəniyyətə də şamil edilməsi, zəhmətkeşlərin istehsalı idarəetməyə fəal bir surətdə cəlb olunması.

Sosialist demokratiyası tarixdə ilk dəfə olaraq zəhmətkeşlər üçün real demokratiyadır, dövlətin idarə edilməsində yaradıcılıq fəallığı və təşəbbüskarlığı göstərilməsi üçün geniş imkanlar açmış olan demokratiyadır. Sosialist demokratiyas şəraitində zəhmətkeşlər dövlətin idarə olunmasını həm nümayəndəlikli, həm də bilavasitə demokratiyanı genişləndirmək yolu ilə həyata keçirirlər. Sosialist demokratiyası proletariat diktaturasının qələbəsi ilə yaradılır və ümumxalq dövlətində daha da inkişaf edir.

İnkişaf etmiş sosializm cəmiyyətinin qurulması və sosialist demokratiyası proletariat diktaturasından ümumxalq demokratiyasına çevrilir. Yetkin sosializmin siyasi sistemi dövlətin idarə olunmasında zəhmətkeş kütlələrin faktik və hərtərəfli iştirakını təmin edən xalq hakimiyyətindən ibarətdir. Sosializm cəmiyyətində nümayəndəlikli demokratiyanın geniş inkişaf etməsini parlaq bir surətdə göstərən odur ki, Sovetlərin işində 2,2 milyondan artıq deputat iştirak edirdi. Sosializm cəmiyyətində xalqın mənafeyinə, kommunizm quruculuğu mənafeyinə xidmət edən nə varsa hamısı demokratiyadır.

Sosializm olmadan həqiqi demokratiya mümkün olmadığı kimi, demokratiya daim inkişaf etdirilmədən sosializm də mümkün deyildir. SSRİ Konstitusiyasının 9 - cu maddəsində yazılmışdı ki, "Sovet cəmiyyətinin siyasi sisteminin inkişafında əsas istiqamət sosialist demokratiyasının daha da genişləndirilməsindən: dövlət və cəmiyyət işlərinin idarə olunmasında vətəndaşların getdikcə daha geniş iştirak etməsindən, dövlət aparatının təkmilləşdirilməsindən, ictimai təşkilatların fəallığının artırılmasından, xalq nəzarətinin gücləndirilməsindən, dövlət həyatının və ictimai həyatın hüquqi əsasının möhkəmləndirilməsindən, aşkarlığın genişləndirilməsindən, ictimai rəyin daim nəzərə alınmasından ibarətdir".

Sosialist demokratiyasınin inkişaf etdirilməsində ən başlıca istiqamətlərdən biri cəmiyyətin bütün siyasi quruluşu sistemində Kommunist Partiyasının rəhbər rolunun durmadan yüksəldilməsindən ibarətdir. Partiya demokratiyanı var qüvvə ilə inkişaf etdirilməsinə, ictimai intizamın möhkəmləndirilməsi problemlərinə, bütün vətəndaşların cəmiyyət qarşısındakı öz vəzifələrinə əməl etməsinə - bunsuz isə demokratiya həyata keçirilə bilməz - daim diqqət yetirir.

***

Sovet xalqının iradəsini ifadə edən qanunlarına və onlara əsaslanan digər hüquq aktlarına sosialist dövlətinin bütün orqanları, bütün ictimai təşkilatlar, əmək kollektivləri, onların vəzifəli şəxsləri və vətəndaşlar tərəfindən mütləq, dürüst və tamamilə riayət edilirdi.

Sosialist qanunçuluğu ən əvvəl, sosialist qanunçuluğu əsasında fəaliyyət göstərən, hüquq qaydasının, cəmiyyətin mənafeyini, vətəndaşların hüquqlarını və azadlıqlarının mühafizəsini təmin edən sosialist ümumxalq dövlətinin, onun bütün orqanlarının ən mühüm konstitusiya prinsiplərindən biri idi. Dövlət təşkilatları və ictimai təşkilatlar, vəzifli şəxslər SSRİ konstitusiyasına və sovet qanunlarına riayət etməyə borcludurlar (SSRİ Konstitusiyasının 6 - cı maddəsi).

Bununla birlikdə, sosialist qanunçuluğu o deməkdir ki, vətəndaşlar, sosialist müəssisələri, idarələr və təşkilatlar özləri də dövlət, cəmiyyət və digər vətəndaşlar qarşısında öz vəzifələrini durmadan yerinə yetirməlidirlər.

Sosialist qanunçuluğu qanun əsasında sovet qanunvericiliyinin demokratik sistemini təşkil edir, bunsuz sosialist qanunçuluğu ağılasığmazdır. Sosialist qanunçuluğunun təmin edilməsi şərti sosialist demokratiyasından ibarətdir. Demokratiya olmadan qanunculuq ola bilməz və qanunculuq olmadan sosialist demokratiyasının inkişaf etdirilməsi və təkmilləşdirilməsi mümkün deyildir. Buna görə də partiya və dövlət həyatının Lenin prinsiplərinə və və normalarına riayət edilməsi, vəzifəli şəxslərin və əhalinin siyasi mədəniyyəti, hüquq tərbiyəsi böyük əhəmiyyətə malikdir.

SSRİ - də sosialist qanunçuluğu təminatlar (iqtisadi, ideoloji və hüquqi) sistem ilə təmin edilirdi. Sosialist hüquq və qanunçuluq sovet qanunvericiliyinin tələblərinə əsasən qoyulmuş ictimai münasibətlər qaydasının sosialist dövlət tərəfindən mühafizə edilməsidir. Sosialist hüquq və qanunçuluğnun prinsiplərinə müvafiq olaraq öz hüquqlarının və qanuni mənafeyinin vətəndaşlar, sosialist müəssisələri, idarələr və təşkilatlar tərəfindən faktik surətdə həyata keçirilməsini təmin edir.

"Hüquq qaydasının mühafizə edilməsini yaxşılaşdırmaq və hüquq qaydaları pozuntularına qarşı mübarizəni gücləndirmək haqqında" Sov.İKP MK - nın qərarında (1979) bu işin daha da yaxşılaşdırılmasının konkret tədbirləri müəyyən edilmişdir. Partiya, sovet, hüquq qaydalarının mühafizəsi, digər dövlət orqanları və ictimai orqanlar qarşısında aşağıdakı vəzifələr qoyulmuşdur:

Şəhərlərdə və başqa yaşayış məntəqələrində ictimai qaydanın mühafizəsini yaxşılaşdırmalı; sərxoşluğa və alkoqalizmə qarşı ardıcıl olaraq və əzmkarlıqla mübarizə aparmalı; tədris müəssisələrində və əmək kollektvlərində və yaşayış yerində həddi - buluğa çatmamış olanlar arasında hüquq qaydası pozuntlarının qarşısısnı almaq sahəsində işi təkmilləşdirməli; sosialist mülkiyyətinə qəsd edilməsinə qarşı mübarizəni gücləndirməli; müftəxorluğa və möhtəkirliyə qarşı mübarizəni fəallaşdırmalı.

Hüquq qaydalarının möhkəmləndirilməsində fəhlə yığıncaqlarının, müəssisələrdəki hüquq qaydaları pozuntuları profilaktikası şüarlarının, kənd toplanışlarının və digər ictimai təsir formalarının rolunu yüksəltmk lazımdır. Sosializm yarışına yekun vurularkən intizamın və tərbiyə işinin vəziyyəti nəzərə alınmalıdır. X çağırış SSRİ Ali Soveti II sessiyasın (1979 - cu il noyabr) SSRİ - də xalq nəzarəti haqqında, SSRİ Ali Məhkəməsi haqqında, SSRİ Prokrorluğu haqqında, SSRİ - də Dövlət arbitrajı haqqında və SSRİ - də vəkillik haqqında qəbul etdiyi SSRİ Qanunları sosialist qanunçuluğu və hüquq qaydalarının daha da möhkəmlənməsinə kömək etmişdir.

***

Sosializm cəmiyyətinin sosial strukturu, sosializmdə cəmiyyətin ümumi strukturunun tərkib hissəsidir, siniflərin və sosial qrupların münasibətlərini xarakterizə edir. Sosializm cəmiyyətinin sosial strukturu üçün istismarçı siniflərin və sinfi antaqonizmlərin olmaması xarakterikdir. Burjua cəmiyyətinin sosial strukturundan onun keyfiyyətcə fərqli olması bundadır. Sosializmin ilk pilləsində nisbətən də inkişaf etmiş sosializmin sosial strukturunda müəyyən dəyişikliklər baş vermişdir.
Sosializmin sosial strukturu üçün siniflər və sosial qruplar arasında dostluq münasibətləri xarakterikdir, burada cəmiyyətin sosial-siyasi və ideya birliyi bərqərar olmuşdur. SSRİ - də sosializm cəmiyyəti qurulması ilə onun sosial strukturunda dərin dəyişikliklər baş vermiş, fəhlə sinfinin, kolxozçu kəndlilərin və xalq ziyalıların siyasi və ideya biiyi əmələ gəlmiş, tarixən yeni sosial və çoxmillətli birlik - sovet xalqı yaranmışdır.
Sosializm cəmiyyətinin sosial strukturu yekcins deyildir. Sosializmdə iki dost sinif - fəhlə sinfi və kolxozçu kəndlilər mövcuddur. Cəmiyyətdə olduqca çoxsaylı ziyalılar təbəqəsi vardır. Fəhlə sinfinin, kolxozçu kəndlilərin və ziyalıların daxilində müxtəlif sosiali-peşə qrupları vardır. Müxtəlif siniflər və sosial qruplar arasında müəyyən sosial və mənəvi fərqlər mövcuddur. Bunlardan ən vacibləri şəhərlə kənd arasındakı, fiziki əməklə zehni əmək arasındakı mühüm fərqlərdir.

Kommunist Partiyası öz siyasətində həm bütün xalqın mənafeyini, həm də onu təşkil edən siniflərin və sosial qrupların mənafeyini nəzərə alır, onları bir ümumi məcraya yönəldirdi. Sov.İKP-nin plenum, qurultay qərarlarında və sənədlərində cəmiyyətin sosial strukturunun daha da təkmilləşdirilməsi sahəsində tədbirlər müəyyən edilmişdir. Bu tədbirlər sosial inkişaf və xalqın həyat səviyyəsinin yüksəldilməsi proqramının tərkib hissəsidir. kommunizm quruculuğu gedişində sosial-sinfi sosializm cəmiyyətinin inkişaf edib sosial cəhətcə yekcins sinifsiz cəmiyyətə keçməsi prosesi baş verir

***

Sosializm cəmiyyətində fəhlə sinfi ilə kəndlilərin ittifaqı - kommunizm cəmiyyəti qurmaq uğrunda mübarizədə sosial-siyasi və ideya birliyi ilə yekdilləşmiş olan iki zəhmətkeş sinfin ittifaqıdır. Proletariatın hegomonluğu ilə bu ittifaq feodal-mülkədar və burjua quruluşunun devrilməsi uğrunda birgə mübarizədə yaranmış, sosializm quruculuğu gedişində inkişaf etmişdir. Sov.İKP - nin XXV qurultayında qeyd edilmişdir ki, "ölkəmizdə yeni tarixi birlik - sovet xalqı meydana gəlmişdir, bu birliyin əsasını fəhlə sinfinin aparıcı rol oynaması şərti ilə fəhlə sinfinin, kəndlilərin və ziyalıların sarsılmaz ittifaqı, ölkənin bütün millətlərinin və xalqlarının dostluğu təşkil edir". Sosializm cəmiyyətində fəhlə sinfi ilə kolxozçu kəndlilər arasında müəyyən fərqlər vardır. Lakin bu dost siniflərin kommunizm cəmiyyəti qurulmasına yönəldilən əsas iqtisadi, sosial-siyasi və mənəvi mənafeyi eynidir. Kommunizm quruculuğu dövründə sosializm cəmiyyətində fəhlə sinfi ilə kəndlilərin ittifaqında aparıcı rol fəhlə sinfinə məxsusdur. Kommunist Partiyasının siyasəti fəhlə sinfi ilə kəndlilərin sarsılmaz ittifaqının möhkəmləndirilməsinə və daha da inkişaf etdirilməsinə yönəldirilmişdir.

***

Sosialist inqilabının və sosializm, kommuniazm quruculuğunun ümumi qnunauyğunluqları kapitalizm qurluşunun devrilməsi, sosializm quruluşu yaradılması və onun inkişafı kimi inqilabi prosesin obyektiv surətdə şərtlənmiş əlamətləridir, bu əlamətlər öz məzmununa görə bütün ölkələr üçün ümumidir. Bu ümumilik bütün ölkələrdə sosialist inqilabının məhv etməli olduğu kapitalizmin eyni cür sinfi fəaliyyəti ilə, sosializm quruculuğunun və onun inkişafının bu və ya digər konkret, yerli şəraitdə öz sinfi məzmununu dəyişmədən vahid məqsəd və vəzifələrlə, beynəlxalq kommunist hərəkatının beynəlmiləl xarakteri ilə müəyyən olunur.

Marksizm - leninizm nəzəriyyəsində öz ifadəsini tapmış və təcrübədə təsdiq edilmiş olan sosialist inqilabının və sosializm, kommuniazm quruculuğunun ümumi qnunauyğunluqları qardaş partiyaların beynəlxalq müşavirələri tərəfindən kollektiv surətdə geniş formada ifadə edilmişdir. Sov.İKP - nin XXXIV qurultayında qeyd edilmişdir: "Bu ümumi qanunauyğunluqları dərindən başa düşmək, onlara yaradıcılıqla yanaşmaq və hər bir ölkədə konkret şəraiti nəzərə almaqla bu qanunauyğunluqlara arxalanamq marksist-leninçilərin ayrılmaz xüsusiyyəti olmuş və ayrılmaz xüsusiyyətdir".

Sosialist inqilabının və sosializm, kommuniazm quruculuğunun ümumi qnunauyğunluqları iki qrupa bölünür: sosialist inqilabının sosializmə doğru gedən yolu müəyyənləşdirən qanunauyğunluqları və real surətdə mövcud olan sosializm cəmiyyətinin inkişaf qanunauğyunluqları. "Təcrübədən göründüyü kimi, müxtəlif ölkələrin sosializmə doğru yolu hamı üçün ümumi olan bir sıra çox mühüm mərhələlərdən, məsələn, bu və ya digər formada sosialist inqilabı, o cümlədən istismarçıların dövlət maşınının dağılması, əvəz edilməsi; zəhmətkeşlərin başqa təbəqələri ilə ittifaq bağlamış proletariatın diktaturasının bu və ya başqa formasının yaradılması, istismarçı siniflərin ləvğ olunması; istehsal vasitələrinin ictimailəşdirilməsi, şəhərdə və kənddə sosialist istehsal münasibətlərinin və digər ictimai münasibətlərin bərqərar edilməsi; mədəni sərvətlər xəzinəsinin geniş zəhmətkeş kütlələrinin üzünə açılması, yəni Lenininin düşündüyü mənada mədəni inqilab keçirilməsi kimi mərhələlərdən keçir.

Artıq qurulmuş olan sosializmin əsas xüsusiyyətlərinə gəlincə, bu məsələ də kommunistlərə aydındır. Bu məsələ indi bizə təkcə marksizm təliminin nəzəri müddəalarından deyil, həm də sosialist ölkələrinin inkişaf təcrübəsindən aydındır. Bu xüsusiyyətlər hansılardır, bu, fəhlə sinfi avanqard rol oynamaqla zəhmətkeşlərin hakimiyyəti, ictimai inkişafa marksist-leninçi partiya tərəfindən rəhbərlik edilməsidir. bu, istehsal vasitələri üzərində ictimai mülkiyyət və bunun əsasında bütün xalq təsərrüfatını bütün xalqın rifahı naminə yüksək texniki səviyyədə planlı surətdə inkişaf etdirməkdir. Bu, hər kəsdən qabiliyyətinə görə, hər kəsə əməyinə görə" prinsipini həyata keçirməkdir. Bu, bütün xalqın elmi kommunizm ideologiyası ruhunda, qardaş sosialist ölkələrinin xalqları və bütün dünya zəhməteşləri ilə dostluq ruhunda tərbiyələndirməkdir. Bu, nəhayət, proletar, sosialist beynəlmiləlçiliyi prinsiplərinə əsaslanan xarici siyasətdir.

Hər bir sosialist millətinin tərəqqisi, sosialist dövlətləri suverenliyinin möhkəmlənməsi ilə birlikdə onların qarşılıqlı əlaqəsi daha da sıx olur, onların siyasətində, iqtisadiyyatında, sosial həyatında daha çox ümumilik ünsürü yaranır, sosialist ölkələrinin inkişaf səviyyələri tədricən bərabərləşir. Partiyanın XXV qurultayına Sov.İKP MK - nın hesabat məruzəsində qeyd edilmişdir: "Sosializm ölkələrinin tədricən bir-birinə bu cür yaxınlaşması prosesi indi tamamilə aydın bir şəkildə qanunauyğunluq kimi təzahür edir".

***

Sosialist ictimai münasibətləri sosializm cəmiyyətində iqtisadi, sosial-siyasi və ideoloji münasibətlərin məcmusudur. Sosialist ictimai münasibətləri sosialist məhsudar qüvvələrinə əsaslanır. Sosialist ictimai münasibətlərinin iqtisadi əsası dövlət (ümumxalq) və kolxoz-kooperativ mülkiyyəti formasında istehsal vasitələri üzərində ictimai mülkiyyətdən, sosial əsaslı fəhlələrin, kəndlilərin, ziyalıların sarsılmaz ittifaqından, siyasi əsası fəhlə sinfinin və onun Kommunist Partiyasının rəhbər rol oynaması şəraitində zəhmətkeşlərin hakimiyyətindən, ideoloji əsası marksizm-leninizmdən ibarətdir.

Sosialist ictimai münasibətləri istehsal vasitələri üzərində xüsusi mülkiyyəti və insanın insan tərəfindən istismarının olmaması ilə xarakterizə edilir. Sosializmdə iqtisadi münasibətlər yoldaşcasına əməkdaşlıq və qarşılıqlı yardım əsasında inkişaf edir. Sosializm cəmiyyətində sosial siyasi və ideoloji münasibətlər sovet xalqının sosial-siyasi və ideya birliyi, bütün zəhmətkeşlərin mənafe və məqsəd ümumiliyi əsasında siniflərin və sosial qrupların, millətlərin və xalqların arasındakı dostluq münasibətləridir, ahəngdar münasibətlərdir. Iqtisadi və sosial həyatın təşkilində əsas prinsip "Hər kəsdən qabiliyyətinə görə, hər kəsə əməyinə görə" sosializm prinsipindən ibarətdir. Sosializmdə millətlər və xalqlar arasındakı münasibətlər bərabərlik, dostluq və əməkdaşlıq prinsipləri əsasında qurulur.

***

Sosialist millətlərinin tərəqqisi və bir-birinə yaxınlaşması, sosializm cəmiyyətində milli münasibətlərin inkişafında ikicəhətli vahid prosesdir. Sosializm şəraitində milli münasibətlərin inkişafında qarşılıqlı surətdə əlaqədar olan iki meyl fəaliyyət göstərir: a) hər bir millətin surətlə və hərtərəfli inkişaf etməsi və b) sosialist millətlərinin bir-birinə yaxınlaşması, onların bir-birinə qarşılıqlı təsir göstərməsi. Sosializm bütün sosialits millətlərinin və xalqlarının əsl tərəqqisi üçün şərait yaartmışdır. Fəhlə sinfinin, bütün zəhmətkeşlərin ən mühüm mənafeyini ifadə edən, Lenin milli siyasətini yeridən Kommunist Partiyası bütün millətləri və xalqları vahid beynəlmiləl qardaşlıq halında sıx birləşdirə, fəhlələrin və kəndlilərin çoxmillətli dövlətinin - SSRİ - ni yarada və onların səylərini sosializm və kommunizm quruculuğuna yönəldə bilmişdir. Bu quruculuğun gedişində Sosialist millətlərinin tərəqqisi və bir-birinə yaxınlaşması həyata keçirilir. Maddi vəsaitin və səylərin cəmləşdirilməsi, sovet xalqlarının bir-birinə təmannasız qarşılıqlı yardım götərməsi bütün respubliklarda yüksək inkişaf etmiş sənaye və mexanikləşdirilmiş iri kənd təsərrüfatı yaratamağa imkan vermişdir. "İndi bütün müttəfiq respublikalarımızın yüksək səviyədə inkişaf etmiş sənayesi və iri mexanikləşdirilmiş kənd təsərrüfatı vardır. Sarsılmaz dostluq və qardaşlıq telləri ilə birləşmiş müttəfiq respublikalarımızın maddi istehsalın, elm və mədəniyyətin bütün sahələrində daha da irəliləmək üçün lazım olan hər cür imkanlara malikdirlər" (Sov.İKP XXV qurultayının materialları, səh. 163). 1976 - 1980-ci illərdə SSRİ xalq təsərrüfatı inkişafının əsas istiqamətlərində bütün müttəfiq və muxtar respublikalarda və iqtisadi rayonlarda, muxtar vilayətlərdə və milli mahallarda iqtisadiyyatın daha da yüksədilməsinin təmin edilmışdur. 10-cu beşillikdə müttəfiq respublikalar arasındakı iqtisadi əlaqələr xeyli möhkəmlənmiş, ümumdövlət vəzifələrinin yerinə yetirilməsinə onlardan hər birinin töhfəsi artmış, onların inkişaf səviyyələrinin daha da bərabərləşməsi davam etmişdir.

Sovet cəmiyyətinin sosial-siyasi həyatında dərin keyfiyyət dəyişiklikləri baş vermiş, istismar və istismarçı siniflər, işsizlik, savadsızlıq ləvğ edilmiş, fəhlələrlə kəndlilərin ittifaqı möhkəmlənmişdir. Sosialist millətləri əmələ gəlmiş, sovet xalqının sosial-siyasi və ideya birliyi bərqərar olmuşdur. "Sovet Sosialist Respublikaları İttifaqının əlli illiyi haqqında" məruzəsində L. İ. Brejnev demişdir ki, SSRİ - də yeni mədəniyyət yaranmışdır, - bu mədəniyyət məzmununa görə, öz inkişafının başlıca istiqamətində görə sosialist mədəniyyətidir., öz milli formalarına görə rəngarəng, öz ruhuna və xarakterinə görə beynəlmiləl mədəniyyətidir. Beləliklə bu mədəniyyət bütün xalqların yaratdıqları mənəvi sərvətlərin üzvü vəhdətidir".
İqtisadi, sosial-siyasi və mədəni inkişafının bərabərəşməsi SSRİ - nin bütün respublikalarının surətlə və hətərəfli tərəqqi etməsi üçün mühüm amil olmuşdur. Sovet dövlətindəki bütün millətlərin və xalqların yaradıcılıq enerjisi, quruculuq qabiliyyəti və istedadı qardaşlıq birliyi şəraitində müstəsna doğruluqla aşkara çıxmışdır. Bütün respublikaların, iqtisadi rayonların zəhmətkeşlərinin, bütün xalq təsərrüfatı və mədəniyyət sahələri çoxmillətli əmək kollektivlərinin SSRİ xalq təsərrüfatının inkişaf etdirilməsinə dair 10 - cu beşillik planın yerinə yetirilməsində fəal iştirakı sosialist millətlərinin tərəqqisi və bir-birinə yaxınlaşmasının daha da surətlənməsi yolunda mühüm addım olmuşdur.

Millətlərin və xalqların bir - birinə yaxınlaşması meyli də xeyli inkişaf etmişdir. SSRİ - də sosializm quruculuğu illəri ərzində adamların yeni çoxmillətli birliyi - sovet xalqı əmələ gəlmişdir; bu birlik millətlər və xalqlar arasında yeni ahəngdar münasibətləri - dostluq və əməkdaşlıq münasibətlərini ifadə edir. SSRİ - nin bütün millətləri və xalqları tərəfindən millətlərarası ünsiyyət və əməkdaşlıq dili kimi könüllü surətdə seçilib götürülən rus dili sovet xalqlarının qüdrətli qarşılıqlı əlaqəsi və sıx birləşməsi alətinə, vətən və dünya mədəniyyətinin ən yaxşı nailiyyətlərindən faydalanma vasitəsinə çevrilmişdi.

İnkişaf etmiş sosializm cəmiyyətində sovet adamlarının sosial və milli fərqlərdən asılı olmayan ümumi davranış, xarakter, dünyabaxışı xüsusiyyətləri tədricən həlledici əhəmiyyət kəsb edirdi.

ƏDALƏT ABDİNOV, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...