Qənirə Paşayeva bayramda Tovuzun ön cəbhə kəndlərində ailələri ziyarət edib
Siyaset
Oxunub: 4 271
23 mar 2017 | 13:33
Qənirə Paşayeva bayramda Tovuzun ön cəbhə kəndlərində ailələri ziyarət edib















Millət vəkili Qənirə Paşayeva bayramda Tovuzun ön cəbhə kəndlərində ailələri ziyarət edib, qayğıları ilə maraqlanıb.

Millət vəkili Qənirə Paşayeva İlk öncə Tovuzun Ağdam kəndində sakinlərlə görüşüb, kənd sakinlərinin müharibənin ən gərgin dövründə də, bu gün də düşmənin bütün təxribatlarına baxmayaraq heç bir zaman öz evlərini tərk etməməsini, bununla da düşmənə ən layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirərək onların bayramlarını təbrik edib. Şəhid ailələrini ziyarət edən millət vəkili Q. Paşayeva kənddə bir sıra seçiciləri də dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Sakinlər millət vəkilindən Ağdam kəndinin bərbad vəziyyətdə olan yolunun düzəldilməsi üçün təkrar lazımi qurumlara müraciət etməsini xahiş ediblər. Bununla bağlı bir neçə dəfə müvafiq qurumlara müraciət etdiyini deyən millət vəkili Bakıya dönən kimi hökumətə ön cəbhə sakinlərinin bu xahişi ilə bağlı tərar müraciət edəcəyini vurğulayıb. Millət vəkili həmçinin bir neçə gün əvvəl ön cəbhədə şəhid olmuş Tovuzun Yanıqlı kənd sakini şəhid Elvin Əhmədovun ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıb. Millət vəkili bəzi kənd sakinləri ilə də görüşüb və onların qaldırdığı məsələlərlə bağlı müvafiq qurumlarla müzakirə aparacağını bildirib. Bir neçə gün öncə ön cəbhədə şəhid olmuş Tovuzun Yuxarı Öysüzlü kəndindən olan şəhid Abbasov Həsənəli Çingiz oğlunun da ailəsinə baş çəkən millət vəkili Q.Paşayeva ailənin qayğıları ilə maraqlanıb və kənd sakinləri ilə də görüşüb. Rayonun bir sıra kəndlərindən seçiciləri qəbul edən millət vəkili bəzi kəndləri ziyarət edərək sakinlərin bayramını təbrik edib, qayğı və problemləri ilə maraqlanb. Sakinlərlə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib.
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ