"Ordumuzun düşmənə cavabı çox kəskin olacaq" - General
Siyaset
Oxunub: 645
6 apr 2017 | 22:11
"Ordumuzun düşmənə cavabı çox kəskin olacaq" - General















Azərbaycan Ordusunun yaşayış məntəqəmizi atəşə tutan düşmənə cavabı çox kəskin olacaq.

Aztb.info xəbər verir ki, bunu AzərTAc-a sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov aprelin 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin 60 millimetrlik minaatanlardan istifadə edərək Tərtər rayonunun Qapanlı kəndini atəşə tutmalarına münasibət bildirərkən deyib.

Y.Aydəmirov bildirib ki, Qapanlı təmas xəttinə ən yaxın kəndlərdən biridir. Ermənilər son vaxtlar yenə atəşkəs rejimini 100 dəfədən çox pozmağa başlayıblar. İndi təmas xəttinə lap yaxın olan kəndlərdə atəşkəsi pozurlar ki, yerli əhaliyə təsir etsinlər. Lakin Qapanlı kəndinin sakinləri heç vaxt doğma yurdlarını tərk etməyəcəklər.

"Ermənilər keçən ilin aprelində də ön xətdə gərginlik yaratmağa, təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmağa başladılar. Əvvəlcə iriçaplı silahlarla, artilleriya, reaktiv yaylım sistemləri ilə mövqelərimizi, sonra isə yaşayış məntəqələrimizi atəşə tutdular. Amma heç bir nəticə əldə edə bilmədilər, üstəlik layiqli cavab aldılar. Ermənistanda seçkilər keçiriləndən dərhal sonra bizim ön xəttə yaxın məsafədə yerləşən yaşayış məntəqələrimizi yenidən atəşə tutmağa başlayıblar. Qapanlı da həmin kəndlərdən biridir. Qapanlını atəşə tutmaqda məqsəd əhalini qorxutmaq, vətəndaşlar arasında ruh düşkünlüyü yaratmaqdır. Lakin düşmən bu istəyinə nail ola bilməyəcək. Digər tərəfdən, Ermənistan rəhbərliyi bununla ölkə əhalisini guya Azərbaycanın atəşkəsi pozduğuna inandırmağa, ön xətdə gərginliyə nail olmağa çalışaraq, cəmiyyətdə narazılığı yumşaltmağa cəhd göstərir. Lakin Azərbaycan ordusu düşmənin öz istəyinə çatmasına imkan verməyəcək”.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...