Hakimiyyət qaykaları bərkidir: ölkədən çıxan pullara nəzarət güclənir
Siyaset
Oxunub: 831
13 apr 2017 | 09:00
Hakimiyyət qaykaları bərkidir: ölkədən çıxan pullara nəzarət güclənir













Hakimiyyət qaykaları bərkidir. İqtidar yeni iqtisadi strategiyasında prioritet məsələ kimi ölkədən offşor zonalara kapital çıxarılmasının qarşısını almağı hədəfləyib

Bunun birmənalı şəkildə həlli mümkün olmasa da, müəyyən qədər məhdudiyyət qoyulması imkanları var.

Ona görə də 2018-ci ilin sonuna qədər ölkədə xaricə pul çıxarılması və eyni zamanda daxilolmalara ciddi şəkildə nəzarət olunacaq.

Bu barədə mötəbər qaynaqlardan Ulus.Az-a verilən məlumata görə, 2018-ci ilin axırına qədər maliyyə sabitliyinin yaradılması, kapitala tam nəzarət, pulların hara və niyə sərf olunmasında şəffaflığın təmin olunması nəzərdə tutulur.

Rəsmi və qanun şəklində ölkədən çıxan pullara nəzarət var. Azərbaycanda pulu olan oliqarxlardır. O oliqarxların qarşısında da nə gömrük, nə də başqa bir qurum dayana bilir. Onlar istədiyi vaxt istədikləri qədər vəsaiti ölkədən çıxarda bilirlər.

Bunu təcrübə göstərir. Beynəlxalq Bankın məhkəmə materialları ilə tanış olmaq bəs edir ki, bu barədə fikir sahibi olasan. Kifayət qədər vəsait çıxarılıb, amma dövlət sərhədindən buraxılış məntəqələrində qeydiyyatı yoxdur.

Yəni, bu gün Azərbaycandan xaricə pul çıxarmaq problem deyil. Azərbaycanda pulu olan adamların qarşısında hökumətin heç bir qadağası tab gətirə bilmir.

Rüşvət, korrupsiya halları olan ölkədə qayda-qanunları səmərəli şəkildə tətbiq etmək mümkün deyil. Qanunları icra edən məmurlar üçün pul hər şeyi həll edir.

Ulus.Az-a verilən məlumata görə, prezidentin verdiyi fərmanlar bundan sonra maliyyə axınına nəzarəti bir əldə cəmləşdirəcək və gücləndirəcək.

Azərbaycandan vəsait çıxarılmasının və yerli investorların xaricə investisiya yatırmasının qarşısını ala bilməz. Ümumi ideya ondan ibarətdir ki, ölkədə sahibkarlıq üçün münbit şərait yaradılmalıdır, monopoliya, rüşvətxorluq, korrupsiya aradan qaldırılmalıdır, ədalətli məhkəmə sistemi olmalıdır və.s.

Bu məsələlər həll olunsa, heç bir azərbaycanlı iş adamı istəməz ki, xarici ölkədə fəaliyyət göstərib o ölkəyə vergi ödəsin. Sahibkar heç kimə xidmət etmir, onun məqsədi pul qazanmaq və özünə xidmət etməkdir.

Elə mühit yaratmaq lazımdır ki, sahibkar gəlib Azərbaycanda fəaliyyət göstərsin və o, əldə etdiyi qazancından istər-istəməz vətəninə öz töhfəsini verəcək. Azərbaycan hökumətinin tərkibində çox ağıllı, savadlı mütəxəssislər var. Bunu da bilirlər.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi