İdarəetməni iflic edən icra başçıları istefaya göndərilir - Təfsilat
Siyaset
Oxunub: 54 981
17 apr 2017 | 10:00
İdarəetməni iflic edən icra başçıları istefaya göndərilir - Təfsilat













Azərbaycanda bir neçə rayon icra başçısının istefası gözlənilir. Yaxın vaxtlarda onlardan ikisi barəsində prezident sərəncamı olacağı xəbər verilir. Həmin icra hakimlərindən biri paytaxt rayonlarından birinə rəhbərlik edir...

Ulus.Az-ın məlumatına görə, icra başçıları arasında ölkə rəhbərliyinin narazı qaldığı məmurlar var. Onların fəaliyyəti hakimiyyətin siyasi kursuna ziddir və islahatlar fonunda onların istefaya göndərilməsinə zərurət yaranıb.

Hakim komanda daxilində gedən müzakirələrdən də çıxan qənaət ondan ibarətdir ki, bəzi icra hakimlərinin sərəncamı hazırlansın. Regionlar üzrə aparılan monitorinqlər və sosial həyat səviyyəsi nəzərə alınaraq həmin bölgələrin icra başçılarının işindən kənarlaşdırılması hədəflənib.

Həmin əyalətlərdə insanların şikayət və müraciətləri, məmur özbaşınalığı və qanunsuzluqlar, Prezident Administrasiyasına göndərilən məktublar əsasında dosye tərtib olunur. Bundan sonra bəzi rayonların icra başçıları ilə bağlı qərarlar verilir.

Ulus.Az-ın məlumatına görə, rayon rəhbərlərinin böyük əksəriyyəti iri ranqlı məmurların, oliqarxların yaxınlarıdır. Onlar rayonlarda həmin məmur və oliqarxların biznes maraqlarını qoruyan şəxslərdir.

Ona görə də yeni investisiya cəlb edib, öz himayədarlarına problem yaratmaq istəməzlər. Məsələnin bu tərəfini qətiyyən unutmaq olmaz. Bu problemlərin həllinin yeganə yolu köklü, regional idarəetmə islahatlarından keçir.

Yalnız bu haldan sonra investorların ölkəyə axınını təmin etmək olar”referendumdan sonra icra başçıları ilə bağlı Azərbaycan hökumətinin ciddi islahatlar aparacağı ilə bağlı yayılan xəbərlər özünü doğrultmaqdadır.

Bir müddət əvvəl Prezident Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin çıxışı da aktuallaşmaqdadır.

Z.Nağdəliyev bildirmişdi ki, bundan sonra icra başçılarının fəaliyyətinə qiymət verilərkən əsas meyar kimi onların prezidentin tapşırıqlarına nə dərəcədə əməl etməsi ilə yanaşı, rəhbərlik etdikləri rayonlara nə qədər yerli və xarici investisiya cəlb etmələri olacaq.

Bakı və regionlarda icra başçılarının əksəriyyəti yaşlılardır. Onların gənclərlə əvəzlənməsi planlaşdırılır. Rayonlarda “kiçik padşah”ların sahibkarların fəaliyyətinə ciddi maneçiliklər törətmələri zaman-zaman gündəmə gəlib.

İqtisadi böhranın getdikcə dərinləşdiyi Azərbaycanda problemi aradan qaldırmağın yollarından biri də kənd təsərrüfatının inkişafıdır ki, buna da mane olan qüvvələr sırasında icra başçıları öndə gedir. Gerçəyi ölkə iqtidarı da bilməmiş deyil.
Bu gün, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Bu gün, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO