Azərbaycanda ölüm hökmü tətbiq edilə bilərmi? - Konstitusya “hə” deyir
Siyaset
Oxunub: 745
19 apr 2017 | 13:27
Azərbaycanda ölüm hökmü tətbiq edilə bilərmi? - Konstitusya “hə” deyir















Azərbaycanda 1998-ci ildə ləğv edilən ölüm cəzasının Konstitusiyadan çıxarılmaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub və buna aydın izah axtarılıb

Belə ki, Azərbaycan Konstitusiyasının insanın yaşamaq hüququnu müəyyən edən 27-ci maddəsində ölüm cəzasının tətbiqini mümkün hesab edilir. Maddənin 2-ci bəndində “...məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır” - deyə qeyd olunub. Burada məhkəmənin hökmü ilə verilən ölüm cəzası insanın yaşamaq hüququnu pozmadığı bildirilir. Həmin maddənin 3-cü bəndi isə “Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər” məzmunundə müəyyən olunub.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünasə Əliməmməd Nuriyev “Qafqazinfo”ya açıqlamasında bu iki bəndi hüquqi şərh edib.

Ə.Nuriyev bildirib ki, 3-cü maddənin mənası o deməkdir ki, ölüm cəzası yenidən qanunla müəyyənləşdirilə bilər: “Azərbaycanda ölüm cəzası Cinayət Məcəlləsindən çıxarılıb. Nə qədər ki, qanunda ölüm cəzası nəzərdə tutulmayıb, bu, tətbiq edilə də bilməz. Konstitusiyanın bu maddəsi gələcəkdə qanuna dəyişiklik edilərək ölüm cəzasının tətbiqini mümkün edir. Nəzəri baxımdan gələcəkdə Azərbaycanda ölüm cəzasının tətbiqi mümkündür. Bunun üçün isə qanuna dəyişiklik edilməlidir. Bu da Cinayət Məcəlləsinə edilən dəyişikliklər təklifinin parlament tərəfindən təsdiqlənməsi yolu ilə olmalıdır”.

Ə. Nuriyev 3-cü bənddə göstərilən “tam ləğv edilənədək” ifadəsinin izahını da verib: “Bunun 1998-ci ildəki qərara aidiyyatı yoxdur. Bu ifadə ölüm cəzasının Konstitusiyadan da çıxarılmasını nəzərdə tutur. Bunun üçün isə referendum keçirilməlidir. Referendumun nəticəsində ölüm cəzasının tətbiqinin mümkünlüyü Konstitusiyadan çıxarılsa, o zaman tam ləğv edilmiş sayılacaq”.

Ə.Nuriyev qeyd edib ki, bu gün Azərbaycanda ölüm cəzasının tətbiqi mümkün deyil: “Biz Avropa Şurasının üzvüyük, ölüm cəzasının ləğvi bizim öhdəliyimizdir. Mən inanmıram ki, Azərbaycan bu məsələyə yenidən qayıtsın. 27-ci bənd sadəcə bu imkanı özündə saxlayır. O zaman ölkəmizin müharibə şəraitində olması nəzərə alınaraq bu maddə saxlanılmışdı. Azərbaycanda Konstitusiya üstün hüquqa malikdir, amma insan hüquq və azadlıqları Konstitusiyadan da üstündür. Azərbaycam məhkəmələri Konstitusiyanın 27-ci maddəsinə istinad edə bilməz”.
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"