Qarabağ münaqişəsinin həlli forması ilə bağlı yeni reallıq: Hərbi yol, yoxsa siyasi həll variantları
Siyaset
Oxunub: 672
19 apr 2017 | 20:13
Qarabağ münaqişəsinin həlli forması ilə bağlı yeni reallıq: Hərbi yol, yoxsa siyasi həll variantları

















Yaxın Şərq problemi sanki Qarabağ münaqişəsinin çəkisini azaldıb

Beynəlxalq güclərin maraq dairəsi daha çox Suriya böhranına yönəlib. Yaranmış vəziyyət Qarabağ münaqişəsinə hansı formada təsir göstərə bilər?

Qarabağda hərbi əməliyyatların bərpası diqqəti Suriya böhranından müəyyən mənada yayındıra bilər. Bu baxımdan, bölgədə sülhə nail olmaq lazım gəlir.
Prinsipcə, Amerika və Rusiya öz maraqları çərçivəsində və müəyyən şərtlər daxilində Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının əleyhinə deyil. Sadəcə, problem odur ki, Vaşinqtonla Moskvanın maraqları həmişə üst-üstə düşmür. Onların münaqişənin həllinə baxışda maraqlar çərçivəsi bir qədər fərqlidir. Vaşinqton və Moskva münaqişənin öz maraqları çərçivəsində həllinin qeyri-mümkünlüyünü dərk edəndə, mövcud status-kvonun saxlanmasını daha düzgün sayırlar. Hazırda qeyri-müəyyənlik var və heç bir tərəf mütləq üstünlüyə malik deyil. Münaqişənin həlli bu və ya digər dərəcədə qeyri-müəyyənliyi aradan qaldıra bilər. Ancaq hər iki tərəf bu qeyri-müəyyənliyi öz xeyrinə çevirmək istəyir.

Hazırda münaqişənin həlli forması ilə bağlı Azərbaycan və Ermənistanın maraqları üst-üstə düşməsə də, bir reallıq var ki, münaqişənin uzanması hər iki ölkəyə böyük güclərin təsir imkanlarını artırır, onların xarici siyasətdə öz maraqları çərçivəsində hərəkət imkanlarını isə məhdudlaşdırır. Bu baxımdan orta və uzunmüddətli perspektiv üçün Azərbaycan və Ermənistana münaqişənin tezliklə həlli daha vacibdir. İndi isə qısa və qismən orta perspektiv gündəmə gəlib. Həm də Azərbaycan üçün münaqişənin tezliklə həlli, ən azından həlli trendlərinin müəyyənləşməsi vacibdir.

Ermənistanda isə vəziyyət bir az fərqlidir, onların işğal olunmuş əraziləri boşaltmaq problemi var. Bu, daxili siyasətdə həmişə spekulyasiya predmetinə çevriləcək. Yəni Azərbaycan münaqişənin həlli yönündə nəsə aldə etməlidirsə, Ermənistan nəsə itirməlidir.

Məsələ ondadır ki, Ermənistan Dağlıq Qarabağın ətraf rayonlarını da işğal edib. Bu halda əgər beynəlxalq güclər birinci mərhələdə etimad tədbirlərini ön plana çəkə bilsə, ikinci mərhələdə isə münaqişənin həlli yollarının araşdırılması və tapılması şərti qoyularsa, biz uduzacağıq. Çünki münaqişənin siyasi həlli yolu tapılmadan hər hansı etimad tədbirləri nəticə etibarıyla mövcud status-kvonun qorunmasına xidmət edir. Ona görə də Azərbaycan etimad tədbirlərinin münaqişənin siyasi həlli prosesi ilə paralel getməsinə çalışır.

Danışıqların indiki mərhələsində rəsmi Bakı daha çox bunun üzərində dayanır. Lakin bəzi araşdırmaçılar düşünürlər ki, etimad tədbirləri olmadan münaqişənin siyasi həlli yolu mümkün deyil. Əslində, münaqişənin həlli yollarının istiqamətlənməsi yolunda atılan addımlar etimadın güclənməsinə gətirməlidir. Burada belə bir sual yaranır — siyasi həll yollarını görmədən hansı qarşılıqlı etimada nail olmaq mümkündür?

Burada bir detala da diqqət yetirmək lazım gəlir. Hərbi yol və gücün tətbiqi münaqişələrin həllində həmişə vasitə olub, nəticə etibarıyla hər şey diplomatların vasitəsilə beynəlxalq hüquq çərçivəsinə salınır. Ona görə beynəlxalq güclərin “Qarabağ münaqişəsinin hərbi həlli yoxdur” açıqlaması absurd ifadədir.

Şəraitdən asılı olaraq Azərbaycan bu və ya digər vasitələrdən istifadə də edə bilər. Yaxın vaxtlarda addım atılmazsa, münaqişənin qızışması qaçılmazdır.
Məsələ ondadır ki, atəşkəs limiti bitib. Amma bu halda iki amil ciddi nəzərə alınmalıdır: Birinci, qüvvələr nisbətində Azərbaycanın üstünlüyü birmənalıdır, bura maliyyə, insan, hərbi resurslar daxildir. Bundan daha ciddi ikinci amildir — xarici güclər. Bu haqda danışanda, ilk növbədə, Rusiya amili nəzərə alınmalıdır. Rusiya regionda yeganə hərbi-siyasi mövcudluğu olan gücdür.

Əgər Bakı Rusiyanın, ən azından neytral qalmasını təmin edəcək addımlar atarsa və bu addımların nəticəsi Azərbaycanın uzunmüddətli strateji maraqlarına zidd deyilsə, o zaman hərbi gücdən istifadə etmək olar. Əks təqdirdə, gücdən istifadə digər ölkələrin münaqişəyə müdaxiləsinə gətirə bilər, bunun nəticələri isə çox acınacaqlı ola bilər… (Avropa.info)
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir