Prezident tikintini dayandırdı, Abutalıbov dərhal öz sərəncamını ləğv etdi - Fotolar
Siyaset
Oxunub: 718
21 apr 2017 | 09:58
Prezident tikintini dayandırdı, Abutalıbov dərhal öz sərəncamını ləğv etdi - Fotolar
















Yasamal rayonu ərazisində, Həsənbəy Zərdabi küçəsində yerləşən "Ovçular evi”nin ərazisində çoxmərtəbəli kompleksin tikintisinə dair Bakı şəhər İcra Hakimiyyətinin verdiyi icazə qüvvədən salınıb. Onun yerində park salınacaq

Bu barədə "Sputnik”ə Bakı şəhər İcra Hakimiyyətinin adının açıqlanmasını istəməyən nümayəndəsi bildirib.

Mənbənin sözlərinə görə, Bakı sakinləri üçün salınacaq yeni istirahət məkanının adı "Mədəniyyət park”ı adlanlandırılacaq və onun tikintisi bir neçə aya yekunlaşacaq.

Xatırladaq ki, bir neçə gün öncə KİV-də "Ovçular evi”nin dağıdıldığı, ətrafındakı ağacların qırıldığı, onun yerində isə çoxmərtəbəli binanın tikintisinin planlaşdırıldığı ilə bağlı yayılan xəbərlər paytaxt sakinlərinin marağına səbəb olub. Mətbuatda həmçinin, bu binanın Milli Məclisin deputatları üçün nəzərdə tutulduğuna dair informasiyalar yayıldı. Lakin prezident İlham Əliyevin müdaxiləsindən sonra tikinti dayandırıldı və tikinti işlərini həyata keçirən şirkət barəsində cinayət işi açıldı. Habelə şirkət ağacların kəsilməsinə görə 130 min manat cərimələndi. Hazırda ağır texnika vasitəsilə 54 çoxillik şam ağacnın kütləvi şəkildə məhv edildiyi ərazi metal hasarla əhatəyə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raquf Mirzəyev bildirib ki, Mətbuat prospektində ağacların kütləvi şəkildə məhvinə dair məlumat nazirliyin qaynar xəttinə aprelin 13-də daxil olub: "Nazirliyin əməkdaşları əraziyə baxış keçirdikdən sonra 27 fərqli ağacın bioloji ziyan aldığını, daha 52 ağacın isə məhv edildiyini aşkarlayıblar”.

R.Mirzəyevin sözlərinə, araşdırma zamanı müəyyən edilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında həmin ərazidə tikinti aparılması üçün torpaq sahəsi ayrılıb və "A-3 Sənaye Tikinti Korporasiyası" MMC tərəfindən orada tikinti işlərinə başlanılıb:

"Həmin şəxslər apardıqları tikinti işləri zamanı hazırda mövcud yaşıllıqların çox olmasını nəzərə almadan, qanunvericiliyə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq qaydada ekspertiza rəyi almadan ərazidə söküntü işlərinə başlayıblar.

Nəticədə ərazidə yaşıllıq məhv edilib. Bu səbəbdən də "A-3 Sənaye Tikinti Korporasiyası” MMC barəsində akt və protokol tərtib edilib və onlar tərəfindən ağacların məhv edilməsinə görə təbiətə 80 min 760 manat məbləğində ziyan vurulduğu müəyyənləşib. Eyni zamanda, həmin MMC İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsi əsasında 50 min manatadək cərimə edilib. Vurulan ziyan cinayət tərkibi yaratdığından aidiyyəti üzrə hüquq mühafizə və məhkəmə orqanlarına müraciət edilib. Həmin MMC-yə ümumilikdə 130 min 760 manat cərimə kəsilib”.

Bütün bunlardan başqa, 30 min üzvü olan "Ovçular Cəmiyyəti”nin taleyi sual altında qalıb.

Birliyin sədri Füzuli Əşrəfov "Sputnik Azərbaycan”a açıqlamasında bildirib ki, onlara Xaqani küçəsində yer ayrılıb: "Daha ətraflı məlumatı yaxın günlərdə paylaşacağıq”.


Prezident tikintini dayandırdı, Abutalıbov dərhal öz sərəncamını ləğv etdi - Fotolar

Prezident tikintini dayandırdı, Abutalıbov dərhal öz sərəncamını ləğv etdi - Fotolar
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO