Deputatın bacısı oğlu Baş Prokurorluğu, DİN-i və PA-nı təhqir etdi - Şok səs yazısı
Siyaset
Oxunub: 2 606
23 apr 2017 | 13:11
Deputatın bacısı oğlu Baş Prokurorluğu, DİN-i və PA-nı təhqir etdi - Şok səs yazısı
















70 saylı Masallı şəhər seçki dairəsindən namizəd olan Nəriman Əliyev Parlamentdə olub, səsi çıxmayan deputatlarımızdandır

Cənub bölgəsində onu daha çox İranla yaxşı ticarət əlaqələri olan oliqarx kimi tanıyırlar. Onun Masallı rayonunda "Könhə bazar” kimi tanınan bazarda da pay sahibi olduğu iddia olunur. Ölkəyə İran İslam Respublikasından idxal olunan xurma və kişmişlə yanaşı, düyü də Nəriman Əliyevin vasitəsi ilə daşınır. Vaxtilə bu biznesdə N.Əliyev İrandan olan şəriki ilə çalışıb.

Lakin günlərin birində şəriki ilə birlikdə N.Əliyev həbs edilir. Onlar dəbdəbəli ofislərdən başlarında qara maska MTN-in təcridxanasına gətirilir. Bəs görəsən, bu həbsin səbəbi nə imiş? Niyə biznesi gündən-günə çiçəklənən Nəriman Əliyev bir də gözünü MTN-in "podval”ında açır? O, niyə iranlı biznesmen ortağı ilə birlikdə Eldar Mahmudovun çetesinin diqqətini cəlb edib? Deyilənə görə, onların vasitəsilə Azərbaycana gətirilən düyülərin içindən narkotik maddələr aşkarlanıb. Bu planın kim tərəfindən hazırlandığını, və ya gerçək olduğunu deyə bilmərik. Çünki ətraflı bilgiyə sahib deyilik.
Sosial şəbəkələrdə dolaşan məlumatlara görə, N.Əliyevin ortağı hətta işgəncə dəzgahından belə keçirilir. Külli miqdarda pul müqabilində N.Əliyevin ortağı azad olunur və İrana keçəndən sonra orada müəmmalı şəkildə dünyasını dəyişir. Şəriksiz qalan N.Əliyev bir müddət biznesindən də əlini üzür.

Deputatın bacısı oğlu Baş Prokurorluğu, DİN-i və PA-nı təhqir etdi - Şok səs yazısı

Eldar Mahmudovun qəbuluna çağırılan N.Əliyevə təklif olunur ki, həmin qaydada işini davam etdirsin.

Orada biznesinin N.Əliyevə külli miqdarda pullar qazandırdığını söyləməklə ölkəyə gətirilən mallarının yoxlanmayacağını da deyirlər. Beləcə, şəriki müəmmalı şəkildə ölən N.Əliyev Eldar Mahmudovun adamına çevrilir. Məlumat üçün vurğulayaq ki, Nəriman Əliyevin adı bu ilin mart ayında həmkarı Elmira Axundova və Masallının icra başçısı Rafiq Hüseynovla bağlı qalmaqallarda hallanırdı.

Saxta diplomla bir müddət ölkə mətbuatının gündəmini zəbt edən Nəriman Əliyevin hərbi xidmətdə olmadığı ilə bağlı xəbərlər də yayılmışdı. Hərbi xidmətə yararsız olan şəxsin deputatlığa nə qədər yararlı olması isə şübhə doğuran məsələlərdəndir. Bundan başqa, Nəriman Əliyevin şəxsi avtomaşınına 90 AA 133 dövlət nömrə nişanını almaq üçün 50 min dollar pul xərclədiyi də söylənilir.

7News.az xəbər verir ki, "Ştutqart MMC"-nin direktoru Əfqan Abdullayev Arif oğlunun işçilərə küllü miqdarda məbləğ yükləmə faktı bu günlərdə ortalığa çıxıb. Dayısı Milli Məclisin Deputatı Nəriman Əliyevin tutduğu mövqedən istifadə edən Əfqan Abdullayev bir neçə dəfə işçilərini polisə gətirərək hədə-qorxu ilə boyunlarına küllü miqdarda pul yükləyib. Bunu etməkdə əsas məqsədi işçilərin ömrü boyu başqa mağazada işləməməsi, işçini özünə borclu edib həmişəlik şirkətdən aslı etmək istəyidir. Əlacsız qalan vətəndaşın hüquqlarını qoruyan Azərbaycan Respublikasının Baş Prokurorluğunu, DİN-in "102” xidmətini, Prezident Administrasiyasını təhqir edən Əfqan Abdullayevin səs yazısı qeydə alınıb.

Deputatın bacısı oğlu ilə bağlı sosial mediada yayılan bir şikayəti olduğu kimi təqdim edirik: "Mən Rəfiyev Fərhad Rasim oğlu başıma gələn məmur özbaşınalığı ilə bağlı Azərbaycan ictimaiyyətinə müraciət edirəm. Bu ilin yanvarında 10 il satıcı işlədiyim "Ştutqart" mağazalar şəbəkəsinin rəhbəri Əfqan Abdullayev və dayısı şirkətin qeyri-rəsmi sahibi millət vəkili Nəriman Əliyevin mənə və ailəmə göstərdikləri qorxu və təzyiq nəticəsində mənim bütün əmlakım əlimdən alındı. Millət vəkili Nəriman Əliyevin mənə telefanla və şəxsən görüş zamanı etdikləri təzyiqdən sonra mənim 109 kvadratlıq evim bacısı oglu Əfqan Abdullayevin adına keçirildi. Mənim, həyat yoldaşımın və qardaşımın idarə etdiyimiz 3 avtomaşın isə deputat Nəriman Əliyevin qardaşı olgu Əliyev Qubad İmran oglunun adına keçirildi. Bir gün içində mən və həyat yoldaşım göz yaşları içində qorxaraq bütün əmlakımızı millət vəkili Nəriman Əliyevin bacısı və qardaşı oglanlarının adına keçirdik. Bütün Azərbaycan ictimaiyyətindən xahiş edirəm ki, məsələni gündəmdə saxlayasınız. Mən iki övladımla evsiz qalmışam.”


Bu gün, 17:25
Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar"
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)