Banklara “kozır”: Camaatın xalça-palazını da əlindən alacaqlar - Gərginlik
Siyaset
Oxunub: 7 456
25 apr 2017 | 00:40
Banklara “kozır”: Camaatın xalça-palazını da əlindən alacaqlar - Gərginlik















Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi müzakirə olunub.

Qanun layihəsinin müzakirəsi ciddi mübahisələrə səbəb olub.

Millət vəkili Əli Məsimli qeyd edib ki, Azərbaycanın bank sistemində olan problemlər, faiz dərəcələrinin yüksək olması insanların vəziyyətini daha da ağırlaşdırıb:

“Problemli kreditlərimizin sayı kifayət qədərdir. Bu baxımdan sözügedən qanun layihəsi əgər bu məsələlərin həllinə yönələcəksə, onu qəbul etmək olar.

Bu gün banklar valyutadəyişmə məntəqəsinə çevrilib. İndiyədək insanların evləri, mülkləri, torpaqları, avtomobilləri əlindən alınırdısa, belə çıxır ki, indi də ev əşyaları, xalçaları, palazları əllərindən alınacaq ki, bu da çox ağır nəticələrə gətirib çıxaracaq”.

Qeyd edək ki, “Daşınar əmlakın yüklülüyü haqqında qanun” layihəsinə əsasən kredit təşkilatları mal-qaranı, maşın və avadanlıqları, kiçik texnikanı, televizor və kompüteri və digər daşınar əmlakları girov kimi qəbul edə biləcəklər.

Ulus.Az xəbər verir ki, bu zaman həmin əmlaklarla bağlı məlumatlar, onların göstəriciləri qeydə alınacaq və reyestrə ötürüləcək.

Beləliklə, istənilən kredit təşkilatı daşınar əmlakı girov kimi qəbul etməzdən əvvəl reyestr vasitəsilə bu əmlakın üzərində yüklülüyün olub-olmadığını aydınlaşdıra biləcək.

Ekspertlər hesab edir ki, bu qanunun qəbulundan və tətbiqindən sonra bankların girov kimi qəbul etdiyi daşınar əmlakın sayının 2 dəfə artacaq, kiçik və orta biznesə kredit qoyuluşunda nəzərəçarpacaq irəliləyiş olacaq.

Millət vəkili Vahid Əhmədov bildirib ki, qanun layihəsinin əsas məqsədi bankların sağlamlaşdırılmasıdır. Onun sözlərinə görə, qanun layihəsi bankların kreditvermə imkanlarının genişləndirilməsinə səbəb olacaq. “Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında vergi daxilolmalarının payı olduqca yüksəkdir. Dövlət büdcəsinin 60%-i vergi daxilolmalarının hesabına formalaşır.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...