Rayon icra hakimiyyətləri ləğv edilir - 13 vilayət yaradılır
Siyaset
Oxunub: 794
25 apr 2017 | 09:53
Rayon icra hakimiyyətləri ləğv edilir - 13 vilayət yaradılır
















Regionlara investorların cəlb edilməsi üçün idarəetməni dəyişmək və sadələşdirmək vacib şərtlərdən biridir. Prezidentin rayon icra hakimiyyətlərinin başçılarına “investor cəlb etmək” tapşırığının icrası demək olar ki, sıfır səviyyəsindədir

Bu barədə istiqlal.az-a hakimiyyətdəki qaynaqlardan məlumat daxil olub.

Mənbənin məlumatına görə, hazırkı bürokratik sistem, rayon icra başçılarının korperativ maraqları, ən başlıcası isə iri biznes qruplarının maraqlarını qoruması əlverişli biznes mühitinin formalaşmasını əngəlləyir. Bunun üçün regional idarəetmə qaydaları dəyişməli, bürokratik maneələr aradan qaldırılmalıdır. Ən mühümi isə icra strukturları oliqarxiyanın nəzarətindən çıxarılmalı, birbaşa siyasi hakimiyyətin idarəçiliyinə verilməlidir. Bunun üçünsə indiki ərazi vahidlərinin dəyişdirilməsi, vilayətlərin yaradılması nəzərdə tutulur.

Mənbənin sözlərinə görə, artıq müəyyən nazirliklər də də regional idarəetməyə keçib: "Vergilər Naziliyinin bütün rayonlarda yox, yalnız 15 regional strukturu (Naxçıvan MR Vergilər Nazirliyi və Bakı də daxil olmaqla) mövcuddur. Vergilər Nazirliyinin təcrübəsi göstərdi ki, regional idarəetmə daha səmərəli və effektivdir. Bu zaman həm də nazirliyin saxlanılma xərclərini optimallaşdırmaq asan olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ölkə üzrə 15 regional idarə yaradıb və nəticələr effektivdir. Bu yaxınlarda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də nazirliyin ölkə üzrə 15 regional mədəniyyət və turizm şöbəsinin təşkil ediləcəyini bildirdi". Bu prosesə artıq start verilib. Ardıcılıqla bütün nazirliklərin regional idarələrinin yaradılması, sonda isə rayon icra hakimiyyətlərinin ləğvi və Vilayət Administrasiyalarının yaradılması nəzərdə tutulur".

Mənbənin məlumatına görə, Azərbaycanda 13 vilayətin yaradılması nəzərdə tutulur. Mərkəzi Sumqayıt, Quba, Şamaxı, Şirvan, Lənkəran, Beyləqan, Bərdə, Göyçay, Qəbələ, Yevlax, Gəncə, Şəki, Şəmkir olmaqla 13 vilayət yaradılacaq. Beləliklə, ölkədə Bakı və Naxçıvan MR də daxil olmaqla 15 regional ərazi vahidi olacaq.

"Vilayətlərin yaradılmasında bir məqsədi də mərkəzi hakimiyyətin yükünü azaltmaq və regional idarəedicilərin funksiyalarını artırmaq, dövlət xərclərini optimallaşdırmaqdır. Hesablamalara görə, bir rayon icra hakimiyyətinin saxlanılma xərcləri normalda bir vilayət rəhbərliyinin saxlanılması üçün tam yetərlidir. İkincisi, nazirliklərin yerli şöbələrinin də birləşdirilməsi nəzərdə tutulur ki, bu da büdcə xərclərinə əhəmiyyətli dərəcədə qənaət imkanları yaradır. Nəhayət, vilayətlərin idarəetmə xərcləri mərkəzi büdcə hesabına deyil, yerli resurslar hesabına qarşılanacaq"-deyə mənbə bildirib.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi