Azərbaycanla Türkiyə erməniləri qorxuya salan təlimlərə başlayır
Siyaset
Oxunub: 731
25 apr 2017 | 10:49
Azərbaycanla Türkiyə erməniləri qorxuya salan təlimlərə başlayır
















Mayın 1-dən 5-dək keçiriləcək Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimlərinə hazırlıq gedir

Musavat.com xəbər verir ki, təlimlərə qatılacaq Türkiyə ordusunun şəxsi heyətinin Azərbaycan hərbi hava bazalarından birində təntənəli qarşılanma mərasimi olub. Türkiyə hərbi qulluqçuları təlim dövründə yerləşəcəkləri “N” saylı hərbi hissəyə yola düşüblər.

Türkiyə nümayəndə heyətinin rəhbəri polkovnik Hakan Açıkgöz birgə təlimlərin vacibliyini vurğulayaraq qeyd edib ki, keçirilən təlimlərdə qazanılan təcrübə hər iki ölkənin gələcək əməliyyat planlarına müsbət təsirini göstərəcək. Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə orduları arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, habelə qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək. Təlimlərə hazırlıq dövründə türkiyəli hərbçilər üçün bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, Azərbaycan ordusunun təkbaşına keçirdiyi növbəti genişmiqyaslı hərbi təlimlər (16-21 aprel) təzəcə başa çatıb. İndi isə Türkiyə ilə hərbi manevrlər başlayır ki, bu da şübhəsiz ki, ordumuzun döyüş qabiliyyətinin daha da artırılması baxımından çox önəmlidir. Əlbəttə ki, hər iki təlim ilk növbədə işğalçı Ermənistana növbəti ciddi mesajdır. Azərbaycan xalqının heç vaxt işğal rejimi ilə barışmayacağı, müharibənin bitmədiyi haqda düşmən tərəfə və onun havadarlarına daha bir siqnaldır.

Hərbi ekspert, istefada olan polkovnik-leytenant Üzeyir Cəfərov Türkiyə-Azərbaycan silahlı qüvvələrinin birgə təlimlərinin həm səbirsizliklə gözlənildiyini, həm də geniş müzakirələr üçün meydan açdığın bildirib.

Azərbaycanı və qardaş Türkiyəni istəyən qüvvələr bu təlimlərə sevinir, amma bədnam qonşularımız və onların havadarları gah açıq, gah da gizli şəkildə bu təlimləri narahatlıqla müzakirə edirlər:

“Bundan əvvəl keçirilən hərbi təlimlər zamanı bəzi bədxah qüvvələr silahlı qüvvələrimizin genişmiqyaslı təlimlərdən dərhal sonra hansısa hücum əməliyyatlarını həyata keçirəcəyini, bunun üçün də Türkiyədən hansısa əlavə xüsusi təyinatlı qüvvələrin də ölkəmizə gətirildiyi haqqında olmazın əfsanələr və yalanlar uydururdular. Erməni mediasında artıq bu birgə hərbi təlimlərə qarşı da qara piar başlandığı müşahidə edilir. Ola bilsin ermənilərin hay-küyü artacaq. Lakin düşmənin hansı təbliğatı aparmasından asılı olmayaraq, bu təlimlər, inşallah, yaxın günlərdə başlayacaq və həm bizim əsgər və zabitlərimiz, həm də qardaş Türkiyə ordusunun hərbçiləri qarşılarına qoyulan tapşırıqları uğurla yerinə yetirəcəklər. Belə bir əminlik şəxsən məndə bundan əvvəlki təlimlərdə də iki qardaş ölkənin silahlı qüvvələrinin necə böyük həvəslə təlimlər zamanı qarşıya qoyulan tapşırıqları yerinə yetirdiklərinə görə yaranıb. Birgə təlimlərin vacibliyi ondadır ki, keçirilən təlimlərdə qazanılan təcrübə hər iki ölkənin gələcək əməliyyat planlarına müsbət təsirini göstərəcək və onlar yaxın perspektivdə müxtəlif şəraitlərdə və vəziyyətlərdə birgə fəaliyyət göstərərək əla nəticələrə nail olacaqlar. Bundan əlavə isə bu təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə silahlı qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır. Bu qayda ötən illərdə də sınaqdan çıxarılmış bir metoddur və özünü yaxşı doğruldur”.

Hərbi ekspertin fikrincə, keçiriləcək təlimlər bir növ kiməsə əzələ nümayişi və ya hədə-qorxu kimi qəbul edilməyəcək:

“Bu, sırf iki ölkə arasında bundan əvvəlki illərdə də baş vermiş çoxsaylı təlimlərdən biridir və hələ bu il ərzində ikitərəfli və Gürcüstan silahlı qüvvələrinin iştirakı ilə üçtərəfli birgə hərbi təlimlər formasında davam etdiriləcək. Artıq bu barədə hər üç ölkənin müdafiə nazirlikləri birgə fəaliyyət planını müzakirə edərək təsdiq ediblər”.
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb