Hökumət ağzı söyüşlü icra başçılarına hansı cəza hazırlayıb? - Detallar
Siyaset
Oxunub: 4 126
26 apr 2017 | 18:38
Hökumət ağzı söyüşlü icra başçılarına hansı cəza hazırlayıb? - Detallar











Azərbaycanda vətəndaşa qarşı qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlər edən dövlət orqanının vəzifəli şəxsinə qarşı cərimələr bir neçə dəfə ağırlaşdırılır.

Ulus.Az xəbər verir ki, bu təklif icra başçılarına qarşı daha çox yönələ bilər. Çünki əksər hallarda vətəndaşları təhqir edən məmurlar rayon icra hakimləri olur.

Bundan sonra hər bir vətəndaş səs və ya video yazısı təqdim etməklə onu aşağılayan məmuru daha ağır cəzalandıra bilər.

Ölkə başçısı müşavirələrdə “Məmurlar xalqla adam kimi davranmalıdır”, “vəzifəli şəxslər xalqın ayağına getməlidir”, “harın məmur balaları cəzalandırılacaq”, “Mən harınların arxasında duranları cəzalandıracam”, “xalqla kobud rəftar edən məmurlar ciddi cəzalanacaq” kimi fikirlər səsləndirib.

Ancaq deputatlar, məmurlar, icra başçıları insanları aşağılayan ifadələr tez-tez işlədirlər. Normal ölkədə hansı məmur cəsarət edib vətəndaşı təhqir edə bilər?
Əgər belə bir hal baş versə, vətəndaş vəzifəli şəxsi məhkəməyə verər, təzminat tələb edər. Azərbaycan reallığı budur.

Ulus.Az sual edir ki, niyə harınlamış bəzi dövlət məmurları ancaq çapıb-talamaqla məşğul olublar və ya olurlar? Cavab çox sadədir. Çünki belələrində dövlətə, xalqa xidmət etmək şüuru, məqsədi yoxdur.

Vəzifə onlar üçün varlanmaq, harınlamaq, sadə vətəndaşı əzmək vasitəsidir. Çünki belə məmurlar üçün əxlaq, müqəddəs dəyər, halal və haram anlayışı, xalqa, dövlətə xidmət şüuru yoxdur.

Azərbaycan dövlətinin keşiyində duran sadə vətəndaşa Qədim Romadakı kimi, ağasına bir qarın çörək qarşılığında xidmət edən “Daxmalı qul” kimi baxırlar.

Ona görə də Cinayət Məcəlləsinin 293-cü (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza) maddəsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən "3000 manatdan 4000 manata qədər” cərimə "4000 manatdan 6000 manata qədər” cərimə ilə əvəzlənir.
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO