Politoloq: Ermənistandakı hərbi baza Rusiya üçün aktuallığını itirə bilər – MÜSAHİBƏ
Siyaset
Oxunub: 1 674
8 dek 2014 | 13:24
Politoloq: Ermənistandakı hərbi baza Rusiya üçün aktuallığını itirə bilər – MÜSAHİBƏ


















“Rusiya Türkiyənin simasında geostrateji əməkdaşını itirə bilər”.

Oxu.Az-ın suallarına keçmiş diplomat Fikrət Sadıxov cavab verir.

- Rusiya prezidenti V.Putinin Türkiyəyə səfəri zamanı başlanılmış Rusiya-Türkiyə müqavilələrini necə qiymətləndirirsiniz?

- İlk növbədə mövcud “Mavi axın”ın çərçivəsində, ikincisi isə Rusiya Türkiyənin simasında regionda yeni geostrateji partnyor əldə edir, çünki dünya siyasətinin hadisələri fonunda, Rusiyaya qarşı qərbi sanksiyaların fonunda bu, həm Rusiyaya, həm də Türkiyəyə sərfəli olacaq çox cəsarətli və peşəkar addımdır. Türkiyə əlavə milyard kubmetrlərlə qaz əldə edir, gələcəkdə yalnız istehlakçı deyil, eləcə də Cənubi Avropa ölkələrinə qaz çatdırılması üçün əsas tranzit ölkələrdən olur. Düşünürəm ki, bu, iki dövləti yaxınlaşdıracaq və bir sıra mürəkkəb problemlər üzrə onları strateji əməkdaşa çevirəcək.

- Rusiya-Türkiyə yaxınlaşması regionda təhlükəsizliyə, o cümlədən də Qarabağ münaqişəsinə necə təsir edəcək?

- Hesab edirəm ki, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə çıxarışlar etmək olmaz. Bu iki dövlətin yaxınlaşmasından dolayı mexaniki tənzimləmə ola bilməz. Aydındır ki, onların yaxınlaşması bizim üçün əlverişlidir. Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir, amma eyni zamanda Azərbaycanın strateji əməkdaşıdır. Türkiyə isə Azərbaycanın hərbi-siyasi müttəfiqi və Ermənistan ilə diplomotik münasibətlər saxlamayan və bu ölkə ilə bağlı sərhədlərə malik olan dövlətdir. Bəli, Türkiyədə bu sərhədlərin açılmasını istəyən şəxslər var, Ankaraya bu məqsədlə təsir edirlər. Bu hadisələrin fonunda bir çox şey türk hökumətinin mövqeyindən asılı olacaq.

- Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasının əsas təyinatı Türkiyənin cənub cinahda NATO-ya üzv kimi saxlanılmasıdır. Bu baza Rusiya və Türkiyə arasında yaxınlaşmanı nəzərə alaraq, gələcək perspektivdə hansı rolu oynaya bilər?

- Bəli, geosiyasi vəziyyət gözəçarpacaq dərəcədə dəyişilib, köklü şəkildə bütün dünya geosiyasətinin və beynəlxalq münasibətlərin landşaftını dəyişib. Və əlbəttə ki, bu hərbi baza qarşısında duran təyinatlar və vəzifələr arxa plana keçdi.

Amma burada birincisi, inersiya amili mövcuddur. İkincisi isə Rusiya Ermənistanın mənəvi-siyasi, eləcə də hərbi dəstəkləmə barədə məsələni gündəmdən silməyib. Üçüncüsü isə gəlin, bu məsələdə romantik olmayaq. Rusiya və Türkiyə arasında yaxınlaşmada daha çox praqmatizm və qarşılıqlı fayda üstünlük təşkil edir, nəinki, romantik xülya və müttəfiq münasibətləri.

Burada müttəfiqlik yoxdur, ola da bilməz. Amma ikitərəfli münasibətlərdə buzların əriməsi, qarşılıqlı fayda əldə edilən regional energetik layihələrin realizəsi müşahidə edilir. Bu fonda regional təhlükəsizlik ilə əlaqədar olan digər məsələləri də həll etmək olar.

Düşünmürəm ki, indiki yaxınlaşma Rusiyanı avtomatik olaraq Ermənistandan bütün silahlı qüvvələrini çıxarmağa və o bazanı bağlamağa sövq edər. Amma digər tərəfdən, Rusiya onu hansısa münaqişədə çətin ki, istifadə edər. Birincisi, Azərbaycan İrəvana qarşı hər hansı güc və ya hərbi qüvvə tətbiq etməyə hazırlaşmır. Söhbət bizim işğal edilmiş ərazilərimizdən gedir və bu məsələdə 102-ci baza çətin ki, birbaşa iştirakçı ola bilsin. Bir daha vurğulayım: biz Ermənistana qarşı ərazi iddiasında deyilik, bu aydındır. Amma gələcək göstərər. Əgər bu Rusiya-Türkiyə əməkdaşlığı daha da güclənərsə, daha uzunmüddətli olarsa, mən Ermənistan ərazisində yerləşən bu bazanın aktuallığını itirəcəyini istisna etmirəm.
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR