Ermənilərin Şuşanı “paytaxt” etmək niyyətinə Bakıdan sərt reaksiyalar
Siyaset
Oxunub: 675
12 may 2017 | 09:51
Ermənilərin Şuşanı “paytaxt” etmək niyyətinə Bakıdan sərt reaksiyalar

















“Dərhal həmsədrlər Bakıya çağırılmalı və onlar...”

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “paytaxtı”nı Şuşaya köçürmək niyyətindədirlər. Rusiyanın erməniyönümlü saytları bildirib ki, Dağlıq Qarabağın separatçı hakimiyyəti “DQR” parlamentinin Şuşaya köçürülməsi layihəsini müzakirə edib. Bildirilir ki, son nəticədə Xankəndi ilə birləşmə yolu ilə “DQR”in “paytaxtı” Şuşaya köçürülə bilər.

Bu məsələ Azərbaycan ictimaiyyətində geniş müzakirəyə səbəb olub. Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov virtualaz.org saytına bildirib ki, Şuşa şəhərinin statusunun istənilən dəyişikliyi Azərbaycan Konstitusiyasının və beynəlxalq hüququn birbaşa pozulmasıdır. Azərbaycan bu qanunsuzluğu tamamilə dayandırmaq hüququna malikdir: "İnzibati ərazi bölgüsünün və Azərbaycanda şəhərlərin statusunun hər hansı dəyişikliyi yalnız prezident İlham Əliyevin səlahiyyətinə daxildir. Ona görə də qoy ermənilər təxribatla məşğul olmağı qurtarsınlar və vəziyyəti daha da ağırlaşdırmasınlar".

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan deputat Fərəc Quliyev bildirib ki, artıq fərqli qərarlar verməyin zamanıdır: “Ermənilərin hansı davranışlarından asılı olmayaraq, biz artıq fərqli və qəti qərarlar qəbul etməliyik. Beynəlxalq təşkilatlara kifayət qədər imkan verildi ki, dinc yolla məsələni həll etsinlər. BMT də özünün 4 qətnaməsini həyata keçirmək üçün nizamnaməsinin 7-ci bəndinin 45-47-ci paraqraflarına əməl etmədi. Bundan başqa isə 2016-cı ilin aprel savaşından sonra da beynəlxalq güclər məsələni həll etmək üçün vaxt istədilər, ancaq bu da nəticəsiz qaldı. Həmçinin Azərbaycan Xarici İşlər Nazirliyi də rəsmən bəyan edir ki, ermənilər danışıqlardan qaçırlar. Bütün bu kimi faktların ardınca növbəti addımların atılması, Rusiyanın artıq açıq şəkildə ermənilərə dəstək verməsi göz önündədir. Bu dəstək istər mətbuat, istərsə Xarici İşlər Nazirliyinin rəsmiləri, istərsə də hərbi-sənaye kompleksinin verdiyi silahlar səviyyəsində özünü göstərir. Hadisələr onu deməyə əsas verir ki, biz tamam fərqli taktika seçməliyik. Hesab edirəm ki, çəkinməyə ehtiyac yoxdur. Həm də artıq siyasi oriyentasiyamızda da redaktələr etməyin zamanı çatıb. Görürük ki, Gürcüstan qərbyönümlü siyasət yürütdü və ABŞ, Gürcüstanın işğal olunmuş əraziləri ilə əlaqə saxlayan dövlətlərə sanksiyalar tətbiq etməklə bağlı sərəncam verdi. Eyni zamanda biz artıq müharibənin sona çatdırılması ilə bağlı hərbi yolun tətbiq olunması üçün tədbirlər görməliyik. Ola bilər ki, bu savaş uzunmüddətli və üzücü olsun, hərçənd belə olacağını düşünmürəm. Həmçinin mif olan Rusiya gücündən də qorxmağa ehtiyac yoxdur. Hesab edirəm ki, biz bu qədər görünən mövqe tutduqca, ermənilərin utopik planları, çağırışları ilə rastlaşacağıq. Nəhayət ki, məsələni həll etməliyik”.

F.Quliyev qeyd edib ki, işğal olunmuş ərazimiz varsa, bu, suverenliyimizin 20 faizinin itirilməsi deməkdir: “Biz ərazimizə nəzarət edə bilmirik. Həm ora talanıb, həm yandırılmış torpağa çevrilib, həm də orada yaşayan insanların əmlak hüquqları tapdalanıb. Ümumiyyətlə, insanlarımızın hər bir hüququ alt-üst olub. Onlar oradan qovulublar. İndi isə ermənilər həmin ərazilərimizdə hüquqi baxımdan müəyyən addımlar atmağa cəhd edirlər. Bu, istər saxta referendum olsun, istər də saxta paytaxt məsələsi. İşğal altında olan ərazilərin azad olunması ilə məsələlərə birdəfəlik son qoyulmalıdır. Yoxsa detallara münasibət bildirməklə bir şeyi dəyişməyəcək”.

Müxalifət nümayəndələri də hesab edirlər ki, belə bir məqamda atacağımız addım torpaqlarımızı işğaldan azad etməkdir. Belə ki, Ümid Partiyasının sədri İqbal Ağazadə qəzetimizə bildirdi ki, bu məqamda rəsmi Bakının üzərinə düşən iş Şuşanı işğaldan azad etməkdir. VHP sədri Sabir Rüstəmxanlı da oxşar fikirlər səsləndirdi. “Həmin ərazilər onların əllərindədir. İşğal edib, oturublar orada. Ona görə də ağıllarına nə gəlsə, edə bilərlər və bizim də təsir gücümüz, mexanizmimiz yoxdur. Bu baxımdan, bu cür hadisələrin yalnız bir cavabı var, o da Qarabağı işğaldan azad etmək”, deyə S. Rüstəmxanlı bildirib.

Politoloq Elxan Şahinoğlu isə sosial şəbəkədə məsələ ilə bağlı bildirib ki, rəsmi Bakı prosesin qarşısını ala bilər: “Separatçıların ”paytaxtı" Şuşaya köçürməsinə, Kəlbəcərdə məktəb, uşaq bağçası, xəstəxana və su elektrik stansiyasının tikintisinə necə mane olmaq mümkündür? Rəsmi Bakı separatçıların Xankəndində təmir etdiyi hava limanının istifadəsinə necə əngəl oldusa və separatçılar qorxularından bu hava limanından istifadə edə bilmirlərsə, təyyarələr enib-qalxmırsa, eyni taktikadan Şuşa və Kəlbəcərlə bağlı da istifadə etmək lazımdır. Necə oldu ki, separatçılar 20 ildə işğal altındakı torpaqlarda heç bir fəaliyyət göstərmədilər və qəfil həmin torpaqlarda tikinti işlərinə başladılar? Kim onlara bu təxribatlarına görə təhlükəsizlik zəmanəti verdi? Dərhal Minsk Qrupu həmsədrləri Bakıya çağırılmalı və onlar baş verənlərin hansı nəticələrə gətirəcəyindən xəbərdar edilməlidirlər. Ümumiyyətlə, elan edilməlidir ki, işğal altındakı torpaqlarda infrastruktur işləri və köçürülmə müharibəyə səbəb olacaq".
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...