İlham Əliyevin islamafobiya və radikalizmə qarşı çırmanmasının gzlinləri
Siyaset
Oxunub: 796
13 may 2017 | 10:52
İlham Əliyevin islamafobiya və radikalizmə qarşı çırmanmasının gzlinləri

















Prezident İlham Əliyev hər zaman müsəlman ölkələrinin həmrəyliyini, onların bir olmasının vacibliyini qeyd edir

Bu həmrəylik nə qədər güclü olsa, bizə yanaşma da dəyişəcək.

Bəzi dünya dövlətləri daim çalışırlar ki, bu müsəlman ölkələri arasındakı həmrəyliyə xələl gətirsinlər. Ancaq bilirik ki, bu xalqlar və dövlətlər arasında nifaq salmaq mümkün deyil.

İslam ölkələri arasında vəhdətin təmin edilməsindən ötrü aparılan fəaliyyət son onilliklərdə xeyli intensivləşib.

Ayrı-ayrı müsəlman ölkələrini müxtəlif formatlarda bir araya gətirən siyasi-iqtisadi, mədəni platformalar qloballaşan dünyamızda müsəlman ölkələrinin vahid gücə çevrilməsi, beynəlxalq təhdidlərdən qorunması, inkişaf proseslərində fəal iştirakı məramına xidmət edir.

İslam Həmrəyliyi Oyunları da bu amala əsaslanan yetərincə səmərəli birlik platformalarındandır.

Müasir dünyamızda dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı bir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək qlobal miqyasda islamın ümumbəşəri ideyalarının himayədarı kimi çıxış edir.

Dünyada tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin təbliğinə böyük töhfələr verir və bu, ölkəmizə böyük nüfuz qazandırır.

Son bir neçə il ərzində dünyada - həm bizim bölgədə, Yaxın Şərqdə, Avropada, həm də digər yerlərdə çox təhlükəli, narahatedici hadisələr, qanlı toqquşmalar, müharibələr baş verib və baş verir.

Bəzi ölkələr tamamilə dağıdılıb, yüz minlərlə günahsız insan həlak olub, milyonlarla, on milyonlarla insan qaçqın, köçkün vəziyyətinə düşüb. Bu, öz növbəsində, bundan əziyyət çəkən ölkələrdə radikalizm meyillərini gücləndirir.

Ulus.Az xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında Türkiyə ilə bağlı monitorinqi bərpa etmək barədə qərar qəbul edilməsi bir daha təsdiqlədi ki, özünü demokratik, insan hüquq və azadlıqlarının müdafiəçisi kimi tanıtmaq istəyən bu qurum hələ də ikili standartlardan, qərəzdən əl çəkmir.

AŞPA-nın bu qərarı təşkilatda islamofob meyillərin daha da gücləndiyindən, müsəlman ölkələrinə qarşı təzyiqlərin yeni mərhələyə qədəm qoymasından xəbər verir.

AŞPA-nın Türkiyə ilə bağlı qəbul etdiyi ədalətsiz qərar Azərbaycan cəmiyyətində də hiddətlə qarşılanmış və islamofob dairələrin müsəlman ölkələrinə təzyiqi kimi dəyərləndirilmişdir.

Çünki bu qurumun monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir, Qərbin bəzi qüvvələrinin sifarişlərini yerinə yetirir.

Biz ötən illərdə də dəfələrlə AŞPA-nın məruzəçilərinin Azərbaycana gəlmədən, bir sıra hadisələrlə yerində tanış olmadan, məhbuslarla görüşmədən və cəzaçəkmə müəssisələrində olmadan qərəzli, böhtan və yalan xarakterli hesabatlar hazırladıqlarının şahidi olmuşuq.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...