PA rəsmisinin mesajının sirri: Nazim İbrahimov üçün “əcəl zəngi” çalınır - Təcili
Siyaset
Oxunub: 738
13 may 2017 | 11:10
PA rəsmisinin mesajının sirri: Nazim İbrahimov üçün “əcəl zəngi” çalınır - Təcili

















Prezident Administrasiyasının (PA) Diasporla iş üzrə Dövlət Komitəsiinn fəaliyyətindən narazı olduğu müşahidə edilir

Ölkə rəhbərliyini komitə sədri Nazim İbrahimovun gördüyü işlər qane etmir.

N.İbrahimovun fəaliyyətindən narazılıq zaman-zaman dilə gətirilir. Hətta komitənin ləğv olunub Xarici İşlər Nazirliyinə birləşdiirlməsi də təklif edilir.

Ancaq N.İbrahimovun vəzifədən getməsi üçün konkret qərar yoxdur. Sadəcə, PA tərəfindən narazılıq hiss olunur.

Bir neçə gün əvvəl PA-nın İctimai-siyasi məsələlər şöbəsinin Diasporla iş üzrə sektorunun müdiri Qafar Əliyev son günlər Ukrayna və digər bir sıra ölkələrdə bəzi Azərbaycan diaspor təşkilatları rəhbərləri ilə bağlı xoşagəlməz xəbərlərin yayılmasına münasibət bildirib.

PA rəsmisi Q.Əliyev deyib ki, bir çox ölkələrdə, o cümlədən Ukraynada, Rusiyada, Qazaxıstanda və bəzi Avropa dövlətlərində diaspora işi ilə bağlı nöqsanlar mövcuddur. Onun sözlərinə görə, bütün bunlar isə təəssüfedici haldır:

“Dünya Azərbaycanlılarının III və IV qurultaylarında Prezident İlham Əliyev xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarını bir-biri ilə sıx əməkdaşlıq etməyə və həmrəy olmağa və xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizlə əməkdaşlıq etməyə çağırıb.

Çox təəssüflər olsun ki, bəzi ölkələrdə diaspora təşkilatlarının birliyinə nail olmaq hələ də mümkün olmayıb. Bu da ondan irəli gəlir ki, bəzi diaspora nümayəndələri diaspor işinin mahiyyətini və xüsusiyyətlərini, məqsədlərini anlamırlar. Onlar elə bilirlər ki, diaspora işi xaricdə müəyyən mövqe qazanıb, təşkilat yaradıb və onun sədri olub özünü tanıtmaqla bitir”.

Ulus.Az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin istefaya göndərilməsi ilə bağlı deyilənlər tezliklə reallaşa bilər.

14 ildən artıqdır ki, Diasporla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edən Nazim İbrahimovla bağlı son zamanlar əksər kütləvi informasiya vasitələrində müxtəlif səpkili məlumatlar dolaşmaqdadır.

Bildirilir ki, bu illər ərzində komitənin fəaliyyətində ciddi irəliləyişlər əldə olunmadığından artıq onun ləğv edilib Xarici İşlər Nazirliyinin tabeliyinə verilməsi məsələsi gündəmə gəlib.

Beləliklə, hazırda Diasporla İş üzrə Dövlət Komitəsindən müxtəlif qurumlara çoxsaylı şikayətlərin ünvanlandığını qeyd edən məlumatlı şəxsin sözlərinə görə, Nazim İbrahimovun rəhbərlik etdiyi qurum qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində kifayət qədər funksionallıq nümayiş etdirə bilmir.

Məhz elə bu səbəbdən də artıq Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərinin tutduğu vəzifədən azad ediləcəyi barədə məlumatlar kütləvi xarakter almaqdadır.

Yeri gəlmişkən, nəzərinizə çatdıraq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin qardaşı ATV telekanalının sabiq rəhbəri Tağı İbrahimov bir müddət əvvəl vəzifəsindən istefa verərək Türkiyəyə köçüb.

Nazim İbrahimovun digər qardaşı Hacı İbrahim Nehrəmli isə artıq bir müddətdir ki, ciddi maddi problemlərlə üz-üzə qalıb.

Bütün bunlar onu deməyə əsas verir ki, artıq hakimiyyət fəaliyyətində yol verdiyi nöqsanlar səbəbindən komitə sədrinin işinə son verməyi planlaşdırır.
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ