Azərbaycanla Ermənistan arasında yeni atəşkəs müqaviləsinə ehtiyac var - Açıqlama
Siyaset
Oxunub: 704
13 may 2017 | 11:30
Azərbaycanla Ermənistan arasında yeni atəşkəs müqaviləsinə ehtiyac var - Açıqlama

















1994-cü ilin 12 mayında imzalanan “Bişkek protokolu” ilə bağlı müxtəlif fikirlər mövcuddur. Müqavilənin bağlanmasından 23 il keçsə də, hələ də qüvvəsini itirmədiyini düşünənlər az deyil

Bəs “Bişkek protokolu”nu Azərbaycanla Ermənistan arasında atəşkəsi dəstəkləyən hüquqi sənəd hesab etmək olarmı? Yoxsa bu sənəd tarixin arxivinə qovuşub?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc modern.az-a açıqlamasında bildirib ki, “Bişkek protokolu”na istinad etmək düzgün deyil. O, sənədin qüvvədən düşdüyünü vurğulayıb:

“Atəşkəsə tarixən çoxlu qiymətlər verilib. Lakin həmin dövrə qayıtsaq, onu deyə bilərik ki, Azərbaycan atəşkəs sazişi ilə ölkə içərisində separatçı qüvvələrin qarşısını aldı, hərbi çaxnaşmaları müəyyən qədər tənzimlədi və səngərdə vahidliyi təmin etdi. Düşmənə qarşı millətin gücünün səfərbər edilməsinə nail oldu. Xəzər dənizi ətrafında gedən çarpışmanın, yəni neft uğrunda müharibənin Qarabağla çulğalaşaraq əleyhimizə çevrilməsinin qarşısını aldı. Bu müqavilə bizə yalnız neft resursu kimi baxan dövlətlərin bir qədər əlini kəsdi, onları neytrallaşdırdı. Nəhayət, özümüzə gələrək toparlanmaq, ordu qurmaq və maliyyə imkanlarımızı artırmaq mümkün oldu.

Lakin atəşkəs müqaviləsindən sonra ermənilərin əsas niyyəti həmin şərtləri danışıqlara keçirmək və İkinci Dünya müharibəsində olduğu kimi kapitulyasiya aktı ilə savaşı yekunlaşdırmaq idi.

Təbii ki, bunlar reallaşmadı. Əslində Vladimir Kazimirovun (ATƏT-in Minsk Qrupunun Rusiyadan olan keçmiş həmsədri) öz adı ilə yaratdığı informasiya resurslarına baş vursaq fərqli məqamları görərik. Bişkekdə imzalanan sənəddə erməni icması nümayənlərinin, Azərbaycan təmsilçilərinin imzasının getməsi, sonradan ATƏT-in də məsələyə qoşulması ilə düşünülürdü ki, Azərbaycan tərəfi ağır şəraitdə torpaqların itirilməsi ilə barışacaq. Bu, olmadı. Ümumiyyətlə, düşünürəm ki, “Bişkek protokolu” artıq qüvvədən düşüb”.

Deputat ötən ilin aprel döyüşlərindən sonra yeni atəşkəs müqaviləsinə ehtiyac olduğunu qeyd edib:

“Ötən il yeni situasiya yarandı. Moskvada Ermənistanın baş qərargah rəisi Yuri Xaçaturov ilə Azərbaycan Silahlı Qüvvələri baş qərargahının rəisi Nəcməddin Sadıkov arasında hansısa sənədin imzalanması rəsmi sənədlərlə təsdiq olunmadı. Yalnız bu məslələr ətrafında anlaşmanın olduğu vurğulandı.
Azərbaycanla Ermənistan arasında yeni atəşkəs müqaviləsinə ehtiyac var
Bir çoxları düşünür ki, həmin danışıqlar Azərbaycanın həm diplomatik-siyasi, həm də hüquqi imkanlarını gücləndirdi. Bu doğrudan da belə idi.

Amma mən hesab edirəm ki, faktiki olaraq atəşkəs müqaviləsi mövcud deyil. Biz hələ də “Bişkek protokolu”na istinad edirik.

Doğrudur, hələ yeni sənəd yoxdur. Amma hərbi qüvvələr və dörd günlük müharibə yeni vəziyyət yaratdı. Atəşkəslə bağlı aprelin 5-də danışıqlar aparılsa da, ortada rəsmi sənədin olduğunu deyə bilmərik.

Yekun olaraq, 1994-cü ilin mayın 12-sində imzalanan sənəd əvvəlki dönəmlərdə bizim mənafelərimizə xidmət etsə də, fikrimcə, dörd günlük müharibədən sonra yeni atəşkəs müqaviləsinə ehtiyac var”.
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO