Gültəkin Hacıbəyliyə "agentlik" etmiş təqaüdçü MTN polkovniki kimdir?
Siyaset
Oxunub: 788
14 may 2017 | 11:13
Gültəkin Hacıbəyliyə "agentlik" etmiş təqaüdçü MTN polkovniki kimdir?

















Vəzifəsindən, tutduğu ictimai-siyasi mövqeyindən asılı olmayaraq, hansısa şəxsin ölkəsinin milli təhlükəsizliyi, ərazi bütövlüyünün qorunması və nəhayət sırf dövlətçilik maraqları naminə vətənadşı olduğu ölkənin xüsusi xidmət orqanları ilə müəyyən məsələlərdə əməkdaşlıq etməsi əslində pis hal sayıla bilməz

Bu gün dünyanın ən inkişaf etmiş, qüdrətli ölkələrinin vətəndaşlarının çoxu hətta bunu öz müqəddəs borcu hesab edir. Başa düşürük ki, MTN-in hazırda ifşa olunan agentləri bir qədər fərqli, daha doğrusu korporativ maraqlar naminə belə əməkdaşlığı ediblər. Çoxları təmsil olunduğu düşərgəni, yaxın dostlarını pul müqabilində satıbsa, artıq buna biz yuxarıda qeyd etdiyimiz kontekstdən yanaşa bilmərik. Bu aydındır!

Ancaq bu xüsusda aparılan müzakirələrin aktiv dönəmində qarşımıza çıxan və bizi dərindən təəccübləndirən bir detalı bölüşməyi vacib bildik. Əvvəllər hazırkı iqtidarın qızğın təbliğatçısı olan, sonradan düşərgəsini dəyişərək radikal müxalifətçiyə çevrilən, sabiq millət vəkili Gültəkin Hacıbəylinin bu mövzu ilə bağlı yazdğı statusu olduğu kimi sizin diqqətinizə çatdırırıq:

“MTN məhkəməsində artıq hamıya bəlli olan, “yanmış” agentlərin adlarını açıqlayırlar. Görünür, pul azaldığından, ballasta gərək yoxdur. Ancaq bu gün də ciddi işlə məşğul olan agentlərin heç birinin adı açıqlanmır. Vaxt gələcək, onlar da ifşa olunacaqlar.
Gültəkin Hacıbəyliyə "agentlik" etmiş təqaüdçü MTN polkovniki kimdir?

Vaxtilə MTN-də yüksək vəzifədə işləyib təqaüdə çıxmış uzaq bir qohumum mənə konkret olaraq ona məlumat ötürən iki millət vəkilinin adını və kod adını demişdi. İkisi də bu gün də “bərkgedən” deputatlardandır. Hər dəfə onları görəndə polkovnikin dedikləri yadıma düşür”.

Hacıbəylinin açıqlamasında vacib bir məqam var. Deyir ki, vaxtilə MTN-də yüksək vəzifədə işləmiş polkovnik rütbəsində olan bir qohumu ona xüsusi xidmətlə əməkdaşlıq edən iki deputatın adını, hətta təxəllüsünü belə deyib. Bu məsələdə Gültəkin Hacıbəylinin səmimiyyətinə tam inanıram. Əminik ki, polkovnik xanımın bərtgedən vaxtları qohumuna yaltqlanmaq üçün hətta qanunla üzərinə götürdüyü məxviçiliyə belə riayət etməyib. Gültəkinin cazibəsi onu elə valeh edib ki, etdiyi əmələ görə konkret cinayət məsuliyyətinin belə nəzrdə tutulduğunu unudub. İfşa olunan agentləri başa düşdük, hazırda hamı onları qınayır. Bəs bu polkovnikin etdiyi hərəkətin adı nədir? Ölkənin xüsusi xidmətilə əməkdaşlıq edən millət vəkillərinin adını və təxəllüsünü o, qohumuna deməlidirmi? Əgər deyibsə, o buna görə hansı məsuliyyəti daşımalıdır? Göründüyü kimi, sullar çoxdu.

Bizə elə gəlir ki, ölkənin əlaqədar qurumları bu cür ciddi məsələni dərindən araşdırmalıdır. Hər halda, Gültəkin Hacıbəyli ilə qohumluq əlaqəsində olan təqaüdçü polkovniki tapıb bu sualları ona ünvanlamaq onlar üçün çətin olmaz… (azinforum.az)
Bu gün, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Bu gün, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Bu gün, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR