İlham Əliyev neftsiz ixrac siyasətində təlatümləri keçə bildimi? - Faktlar
Siyaset
Oxunub: 648
18 may 2017 | 10:01
İlham Əliyev neftsiz ixrac siyasətində təlatümləri keçə bildimi? - Faktlar

















Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, bütün problemlərin həllində iqtisadi amilin ön plana çəkilməsidir.

Azərbaycan hökuməti iqtisadi siyasəti milli iqtisadiyyata təsir edən xarici və daxili iqtisadi amilləri, ortamüddətli proqnozları nəzərə almaqla reallaşdırır.

Ona görə də bu gün respublikamızda qeyri-neft sektorunun inkişafı iqtisadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanılır.

Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılmasına xüsusi əhəmiyyət verilir. Maliyyə sektorunun şəffaflaşması prosesi davam etdirilir.

Göründüyü kimi, dünya iqtisadi müstəvisində baş verən təlatümlər fonunda ötən il ölkəmizin iqtisadiyyatında yaranmış durğunluq bu gün artıq öz yerini sürətli inkişafa verib.

Belə pozitiv göstəricilərin əldə edilməsi yaranmış şəraitdə hökumətin apardığı düzgün iqtisadi islahatların nəticəsində mümkün olub. Tədqirəlayiq haldır ki, bu gün hökumət aparılan islahatların uğurlu nəticələri ilə kifayətlənmir.

Eyni zamanda, qeyri-neft sektorunda istehsal həcmi günbəgün artan məhsulların xarici bazarlarda reallaşdırılmasını nəzərdə tutan konkret addımlar atır. Bu baxımdan dövlət başçısının sədrliyi ilə Yevlaxda keçirilən respublika müşavirəsinin müstəsna əhəmiyyəti var.

İndi başlıca hədəf qeyri-neft sektorunda ixracın həcmini bu qaydada uğurla artırmaqdan ibarətdir.

Bu gün söhbət real sektorda istehsal olunan məhsulların təkcə idxalı əvəzləməsindən getmir. Çünki bu sahədə artıq ciddi nəticələr əldə olunub.

İndi söhbət real sektorda istehsal olunan məhsulların daha səmərəli ixracını həyata keçirməyin optimal yollarının araşdırılıb tapılmasından və bu işin müasir tələblər səviyyəsində qurulmasından gedir.

Ulus.Az xəbər verir ki, xarici bazarlarda Azərbaycan məhsullarının reallaşdırılması işində sahibkarlara daha yaxından kömək göstərilməsi məqsədilə atılan uğurlu addımlardan biri də xarici ölkələrdə ticarət evlərinin yaradılmasından ibarətdir.

Bu gün Azərbaycan hökuməti ölkədə sahibkarlığın inkişafı üçün mümkün ola biləcək bütün addımları atır. Bu, dövlətin sahibkarlara və iş adamlarına qayğısının ifadəsi deməkdir.

Əslində istehsalçı öz məhsullarını xarici bazarlara çıxarmaqla bağlı bütün işlərli özü görməli, bu sahədəki problemləri bilavasitə özü həll etməlidir.

Lakin gənc dövlətimizin iqtisadi uğurlarını daha dayanıqlı etmək məqsədilə hökumət azad sahibkarlığın inkişafını nəzərdə tutan islahatları aparmaqla işini bitmiş hesab etmir.

O, eyni zamanda, istehsalçının əlindən tutaraq, ona öz məhsulunu xarici bazarlarda daha uğurla reallaşdıra bilməsi üçün yardımçı olur.

Bir sözlə, bu gün Azərbaycanda real sektorun inkişafı elə bir mərhələyə qədəm qoyub ki, artıq dövlət bu sahədə istehsal olunan məhsulların ixracını daha səmərəli təşkil etməyin yollarını müəyyənləşdirmək üçün konkret addımlar atır.

Hər sahədə sahibkara dəstək göstərilir. Bütün bunlar isə Azərbaycan iqtisadiyyatının daha sürətli və dayanıqlı inkişafından xəbər verir.
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi