Nazirdən prezidentə sabotaj: Heydər Əsədov unu bahalaşdırır, aclıq yaradır - Təfsilat
Siyaset
Oxunub: 16 403
18 may 2017 | 10:07
Nazirdən prezidentə sabotaj: Heydər Əsədov unu bahalaşdırır, aclıq yaradır - Təfsilat

















Kənd təsərrüfatı naziri Heydər Əsədov ölkədə aclıq, qıtlıq və taxıl çatışmazlığı problemi yaradır

Nazir prezidentə qarşı sabotaj siyasəti yürütməkdədir.

Son bir neçə ildə taxılçılığın inkişaf etdirilməsi adı ilə davamlı olaraq dövlət büdcəsindən kifayət qədər böyük maliyyə vəsaitləri ayrılır.

Buğda və çəltik istehsalı üçün dövlət büdcəsindən hər hektara görə 90 manat subsidiya ayrılsa da Azərbaycan ərzaq buğdasına olan ehtiyacını daxili istehsal hesabına ödəyə bilmir. Ölkənin cəmi 1,4 milyon ton ərzaq buğdasına ehtiyacı olduğu halda, bu tələbat tam olaraq idxalın hesabına ödənilir.

Baxmayaraq ki, Kənd Kəsərrüfatı Nazirliyi ölkədə 1 milyon 800 min tondan çox buğda istehsal olduğunu iddia edir, hər ildə Azərbaycana 1,4-1,6 milyon ton buğda idxal olunur.

Ölkəyə buğda əsasən, Rusiyadan idxal edilir. Dövlət büdcəsindən həmçinin, toxumçuluğun inkişafına, xaricdən mineral gübrələrin alınaraq ölkəyə gətirilməsinə, texnika ilə bağlı problemlərin həllinə külli miqdarda maliyyə vəsaiti ayrılır.

Ulus.Az xəbər verir ki, H.Əsədov artıq istefası ümün bütün şərtləri yetişdirib. Nazirin yarıtmaz idarəçiliy nəticəsində unun 30 faiz bahalaşacağı gözlənilir. Bu barədə kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib.

Ölkəyə son zamanlar dövlət hesabına Avropa istehsalı, təxminən hər birinin qiyməti 100 min avro olan taxılbiçən kombaynlar alınaraq gətirilib. Lakin bütün bunların müqabilində taxılçılıq sahəsində geriləmələr müşahidə edilir.

Dövlət büdcəsindən sahənin inkişafı üçün ayrılan vəsaitlərin mənimsənildiyi faktlar aşkar edildi: Dövlət başçısı da keçirdiyi müşavirələrdə dəfələrlə belə faktların olduğunu etiraf edib.

Dizel yanacağının, benzinin, texnikanın, mineral gübrələrin və pestisidlərin qiymətləri artdığı halda bu sahədə məhsuldarlığı artırmaq mümkün olmayıb.
Buğda istehsalı, ümumiyyətlə taxılçılıq ölkəmiz üçün strateji əhəmiyyət kəsb etməlidir. Biz müharibə şəraitində yaşayırıq, digər tərəfdən isə bu sahədə problemlərimiz var.

Çörək əhalinin əsas qidasıdır. Ümumiyyətlə, taxıl təkcə çörək demək deyil, bu həm də ət, süd, yumurta, makaron, verməşil, düyü və digər qida məhsulları deməkdir.

V.Məhərrəmov deyib ki, fermerlər aqrotexniki qaydalara vaxtında əməl edə bilmirlər. Azərbaycanın taxılçılığın inkişafı üçün geniş imkanlar və lazımı resurslar mövcuddur. Yetər ki, aidiyyətı qurumların sahəyə diqqəti artırsın.

Dünya bazarında 1 ton ərzaq buğdasının qiyməti 2016-cı ilin dekabr ayında 122,8 dollar, 2017-ci ilin yanvar ayında 137 dollar olduğu halda, bu gün 180 dollar təşkil edir. Bu o deməkdir ki, idxal olunan buğdadan alınan unun qiyməti ən azı 30 faiz bahalaşacaq.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE