Agentlərin adlarının açıqlanmasına görə məsuliyyəti kim daşıyır?
Siyaset
Oxunub: 675
18 may 2017 | 10:37
Agentlərin adlarının açıqlanmasına görə məsuliyyəti kim daşıyır?

















Ələsgər Məmmədli: “Burada dövlət sirri təşkil edən məlumat, informasiya yoxdur”

Ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və polkovnik Azər Mehdiyevin işi üzrə ittiham aktında bu qurumla əməkdaşlıq etmiş bir sıra şəxslərin adları açıqlanıb. 7 milyon manatdan artıq dövlət vəsaitinin mənimsənilməsi epizodunda bəzi şəxslərin agent olmaları haqda məlumatlar var və onların "kod adları", bəzilərinin isə adları mediaya da sızıb. Bu məsələ mətbuatda günlərdir ki, müzakirə olunmaqdadır. Artıq Baş Prokurorluq bu məsələ ilə bağlı bəzi saytlara xəbərdarlıq elan edib, DTX isə məsələ ilə bağlı araşdırmaların başlanması haqda məlumat yayıb.

Media üzrə hüquqşünas Ələsgər Məmmədli “Yeni Müsavat” deyib ki, “Dövlət sirri haqqında” Qanunda göstərilən maddələrdə dövlət sirri təşkil edən informasiyaların qorunması vəzifəsi dövlət sirrini yaradan və ya mühafizə etməli olan şəxslərin üzərinə düşür. Bununla bağlı Cinayət Məcəlləsi ilə də məsuliyyət müəyyən olunub.

Dövlət sirri ilə əlaqəli 3 kateqoriya şəxs var:

- Dövlət sirrini yaradan və onu qorumaqla mükəlləf olan;
- Dövlət sirri ilə işləməyə buraxılan;
- Dövlət sirri məlum olan şəxs.

Ə.Məmmədlli deyir ki, işinə görə dövlət sirri ilə tanış olan şəxs hazırda müzakirə olunan iş üzrə istintaq orqanları və ya prokurorluq strukturlarında biləvasitə istintaq və əməliyyat tədbirləri aparanlardır: “Bu baxımdan, əgər onların araşdırdıqları məsələlərdə dövlət sirri vardısa, yayılmaması üçün tədbirlər görməli idilər. Yəni istintaq zamanı həmin sirlər daxil olan sənədlər tərəflərə verilirsə, onların üzərinə yaymamaq öhdəliyi qoyulmalı idi”.

Hüquqşünas deyir ki, yayılan informasiyaların dövlət sirri olduğuna inanmır: "“Dövlət sirri haqqında” Qanunun 7-ci maddəsində deyilir ki, hüquq pozuntularına dair informasiyalar dövlət sirridirsə, məxfiləşdirilə bilməz. Mətbuatda müzakirəsi gedən, yayılan işdə də konkret hüquq pozuntularının ortaya çıxması faktları var. Bu da o deməkdir ki, həmin məlumatlar dövlət sirri kimi qorunmur. Yayılan məlumatlarda dövlət sirri olsaydı belə, media yaya bilərdi. Çünki həmin məlumatlar nəticə etibarı ilə mediaya gəlib çatıb. Digər tərəfdən, mətbuatda yayılan informasiyalarda hər hansı bir sənədə istinad yoxdur. Qeyri-müəyyən hərf birləşmələri var, bunlar da dövlət sirrini formalaşdıra bilməz. Söhbət “Dövlət sirri haqqında” Qanunun 5-ci maddəsində əməkdaşlıq edən şəxslərin kimliklərinin qorunmasından gedirsə, belə şəxslərin kimliklərini açıq şəkildə göstərən informasiya yoxdur. Burada müzakirələrdə adları çəkilən şəxslər var. Həmin şəxslər şərəf və ləyaqətin qorunması, böhtanla bağlı iddia qaldıra bilərlər. Amma bu da media nümayəndələrini hansısa orqana, prokurorluğa çağırıb “siz dövlət sirrini yayırsız” deməyə əsas vermir. Çünki ortada konkret fakt, sənəd yoxdur. Və ya kimsə əməkdaşlıq haqda olan, üzərində məxfi qrifi qoyulan sənədi görməyib".

“Dövlət sirri təşkil etmiş, sonradan ittiham aktında yer alan məlumatları jurnalist yayırsa, onu dövlət sirrini yaymaqda ittiham etməyə əsas yaranırmı” sualına Ə.Məmmədli belə cavab verib: “İttiham aktında yer alan ifadələr məhkəməyə qədər istintaq sirri hesab oluna bilər. Amma məhkəməyə təqdim olunursa, həmin zaman tərəflərin üzərinə yaymamaq öhdəliyi qoyulmursa, o zaman bununla bağlı medianın da hər hansı bir öhdəliyi yaranmır. Mümkündür ki, media nümayəndələri məhkəmə prosesinə buraxsınlar, onlara deyilsin ki, prosesin qapalı hissələrində səslənən, dövlət sirri təşkil edən məlumatları yaymayın. Bu halda media nümayəndələri prosesin qapalı hissəsindəki məlumatları yaysalar, məsuliyyət daşıyırlar”.

"“Agent siyahısı” üzə çıxandan sonra aydın oldu ki, adları agent kimi mətbuatda hallanan şəxslər əslində MTN vəzifəliləri tərəfindən şəxsi məlumat mənbələri kimi şəxsi maraqlar üçün istifadə ediliblər. Sadəcə, elə şəxslərin adlarına dövlət büdcəsindən vəsaitlər yazılaraq mənimsənilib. Yəni bu şəxsləri əməkdaşlığa dövlət maraqları naminə deyil, şəxsi maraqlara görə cəlb ediblər. Bu halda dövlət sirrindən söhbət gedə bilərmi" sualına hüquqşünasın cavabını təqdim edirik: "“Dövlət sirri haqqında” Qanunun 7-ci maddəsində dövlət sirri dövlətin bu və ya digər formada milli maraqlar baxımından, əməliyyat-kəşfiyyat tədbirləri baxımından qorunan mənafelərinə cavab verir. Qanunun 5-ci maddəsində qeyd edilir ki, milli təhlükəsizliyimizi təhdid edən hal yoxdursa, hansısa qrupun siyasi və iqtisadi məqsədlərini qorumaq, kimlərsə dövlət sirri kateqoriyasına girə biləcək çərçivəyə alınaraq agent və yaxud etibarlı şəxs kimi qanunsuz istifadə olunubsa, burada dövlət sirrindən söhbət gedə bilməz. Üstəlik, prokurorluq orqanı da bu halı müəyyən edibsə, həmin şəxslərin adlarına büdcədən pul silindiyi məlum olubsa, burada dövlət sirri təşkil edən məlumat, informasiya yoxdur. Bu artıq hüquq pozuntusudur və qanunda açıq-aydın göstərilir ki, dövlət sirri kimi qoruna bilməz".

Qeyd edək ki, yayılan məlumatlardan belə məlum olur ki, Elçin Quliyev, müavini İlqar Əliyev və digərlərinin təkcə 2011-2015-ci illərdə “Şimal küləyi” və “Qütb gecəsi” adlı əməliyyatlara xüsusi xərclər smetasından ayrılan 7 milyon manatdan artıq pulu guya sözügedən əməliyyatlarda informator rolunu oynayan müxtəlif “etibarlı şəxslərə”, yəni agentlərə ödənilib. Lakin istintaq həmin vəsaitlərin təyinatı üzrə xərclənmədiyi qənaətinə gəlib. İş üzrə adları müəyyənləşdirilməyən agentlərin “kod adları” aşağıdakılardır:

“Terminator” - şəxsi işi Hilal Əsədovda olan bu agentə 287 min avro, 5400 ABŞ dolları və 12 min manat pul ödənildiyi yazılıb.
“Samir” - 82 min AZN, 53 min ABŞ dolları, 6 min avro. Bundan başqa 2013-cü ilin prezident seçkiləri ərəfəsində 4 ay ərzində hər ay 10 min AZN pul ödənilib.

“Agent Dəniz” - adına 35 min AZN, 13 600 Avro, 1200 dollar yazılıb.
“Hətəm” - adına 217 min AZN, 33 min Avro, 5400 ABŞ dolları yazılıb.
“Atilla” - adına 12 min AZN, 44 600 Avro, 1800 ABŞ dolları yazılıb.
“Əlizadə” - “Fəal istifadə olunduğuna görə” 15 min AZN mükafat alıb.
“Qəhrəman” - 31500 AZN pul alıb.

İş üzrə ittiham aktında 4 şəxsin kimliyi öz əksini tapıb.

1. Etibarlı şəxs “BET” - Behbudov Elçin Tofiq oğlu. 2013-cü ildə A.Məcidov tərəfindən əməkdaşlığa cəlb olunub. Hər ay MTN-dən 2 min AZN pul alıb, xarici səfərləri maliyyələşdirilib.

2. Etibarlı şəxs “YFH” - keçmiş maliyyə naziri Yusifov Fikrət Hüseyn oğlu. 2015-ci ildə A.Məcidov tərəfindən əməkdaşlığa cəlb olunub. Bu müddət ərzində ona 90.000 min AZN pul ödənilib.

3. “Etibarlı şəxs ”İƏ" - Əliyev İlqar Talışxan oğlu. “Yeni Sabah” İctimai Birliyinin rəhbəri. 2011-2015-ci illərdə 132 min AZN, 6100 ABŞ dolları, 2400 avro alıb.

4. Etibarlı şəxs “TT” - Məmmədov Elnur Vaqif oğlu. (Qeyd edək ki, bu şəxs 2004-cü ildən MTN-in Antiterror İdarəsinin rəis müavini İlqar Əliyev tərəfindən əməkdaşlığa cəlb olunub. 2005-ci ildə Ruslan Bəşirlinin həbs olunmasında fəal iştirak edib, öz qohumları ilə birgə məhkəmədə Bəşirlinin üzünə durub. Mənbə -avropa.info)

2011-ci ildə AR CM-in 311.1-ci maddəsi ilə təqsirli bilinərək 4 il həbs cəzası alıb. Taleh Bağırovun “Müsəlman Birliyi Hərəkatı” adlı qurum yaratmaq istəyi barədə məlumat verdiyinə görə 10 min AZN birdəfəlik pul mükafatı alıb.
Bir daha qeyd edək ki, söhbət bu şəxslərin yalnız 2 əməliyyat - “Şimal küləyi” və “Qütb gecəsi” əməliyyatlarında iştirakından və aldıqları pullardan gedir.
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb