Hakimiyyət sahibkarlara qənim olan 3 naziri susdurub - Sensasion adlar
Siyaset
Oxunub: 7 536
20 may 2017 | 13:44
Hakimiyyət sahibkarlara qənim olan 3 naziri susdurub - Sensasion adlar












Hamı bilsin, prezident artıq səbrinin tükəndiyini bəyan etdi, sərt addımlar atılmaqdadır

Qlobal və regional səviyyədə mürəkkəb siyasi- iqtisadi proseslərin hökm sürdüyü, iqtisadiyyata xarici neqativ təsirlərin gücləndiyi indiki şəraitdə sahibkarlığın inkişaf mühüm önəm daşıyır

Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində son illərdə sahibkarlığın inkişafı ilə bağlı imzaladığı mühüm sənədlər strateji əhəmiyyət kəsb edir.

Dövlət başçısının qeyd etdiyi kimi, sahibkarlığın inkişafı Azərbaycanın ümumi tərəqqisinin əsas şərtidir. Ona görə də iş adamlarına maksimum sərbəstlik verilməlidir və verilir.

Son vaxtlar qəbul edilən qərarlar sahibkarlığın inkişafında nəzərə çarpan süni əngəllərin aradan qaldırılması məqsədi daşıyır.

Bu gün ölkədə aparılan hər bir iqtisadi islahatın kökündə sosial problemlərin aradan qaldırılması, məqsədi dayanır.

Prezidentinin dərin iqtisadi islahatlar paketi çərçivəsində biznes mühitinin yaxşılaşdırılması, lisenziya tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə endirilməsi mühüm qərarlardır.

Ulus.Az xəbər verir ki, vergilər naziri Fazil Məmmədov, kənd təsərrüfatı naziri Heydər Əsədov və Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev istədiyi kimi sərbəst fəaliyyət göstərə bilmir.

Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb.

Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir.

Prezident təkcə son bir il ərzində Nazirlər Kabinetinin iclasında həmin məmurlara üzünü tutaraq ciddi xəbərdarlıq etdi ki, əl çəkin bu əməllərinizdən, sahibkarları incitməyin.

Amma nə faydası, onlar nəticə çıxarmırdılar. Sanki Prezident korrupsiyaya qarşı təkbaşına mübarizə aparmalı olmuşdu. Nəhayət, bıçaq boğaza dirəndi, səbri tükənən ölkə başçısı neylədi: son sərt addımını atdı. İndi nazirlərin səsi də çıxmır.

Eldar Mahmudovun, Fazil Məmmədovun və onların yolunu tutan digər nazirlərin də nahaq işi, əməli yerdə qalmayacaq. Ona görə ki, hamı bilsin, prezident artıq səbrinin tükəndiyini bəyan etdi, sərt addımlar atılmaqdadır.
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill