İlham Əliyevin neftdən asılılığı azaltmaq siyasəti hansı effekti verməkdədir? - Eksklüziv
Siyaset
Oxunub: 18 850
27 may 2017 | 00:58
İlham Əliyevin neftdən asılılığı azaltmaq siyasəti hansı effekti verməkdədir? - Eksklüziv














Hələ 2003-cü ildə Prezident İlham Əliyev bəyan etdi ki, neft bizim üçün məqsəd deyil, vasitədir. Dövlət başçısı neft hesabına ölkəni inkişaf etdirməyi, gücləndirməyi, neftdən əldə olunan gəliri sərmayə kimi insan kapitalına yönəltməyi vəzifə kimi qarşıya qoydu.

Bu barədə Ulus.Az-ın İqtisadiyyat Şöbəsi məlumat yayıb. Ölkədə iqtisadiyyatın və sosial həyatın elə bir sahəsi yoxdur ki, onun inkişafına neftdən əldə olunan gəlirlər sərf edilməsin.

Məsələn, son illər ərzində Azərbaycanda 3 mindən çox məktəb binası təmir olunub və tikilib. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə çatır. Bunlar dövlətin yeritdiyi düzgün və uzaqgörən iqtisadi siyasətin nəticəsidir.

Dövlət neftdən asılılığı azaltmaq üçün qeyri-neft sektorunun inkişafına xüsusi önəm verir. Qeyri-neft sektorunun aparıcı sahəsi olan kənd təsərrüfatında çoxşaxəli işlər həyata keçirilir.

Bölgələrdə yaradılmış infrastruktur - rəvan yollar, müasir hotellər və s. turizmin inkişafına təkan verib. Son illərdə ölkə iqtisadiyyatını şaxələndirmək üçün böyük səylər göstərilib.

Bunun sayəsində indi Azərbaycanın ümumi daxili məhsulunda neft amili təxminən 30 faizdən bir qədər çoxdur. Ümumi gəlirlərin əksəriyyəti qeyri-neft sektoru hesabına formalaşır.

Qurulan bütün infrastruktur və aparılan yenidənqurma işləri də bu məqsədi daşıyır ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli olsun, biznes imkanları genişlənsin, neftdən və qazdan asılılıq daha da aşağı düşsün.

Ulus.Az-ın İqtisadiyyat Şöbəsi yazır ki, hazırda mənfəət neftinin 75 faizi Azərbaycana qalır. Azərbaycan dövləti bundan istifadə edərək qarşıya prioritet kimi qoyduğu vəzifələrin həlli prosesini davam etdirir.

İndi ən önəmli vəzifə məhz bundan ibarətdir ki, uzunmüddətli dayanıqlı iqtisadi inkişaf konsepsiyası icra edilsin və ölkə gələcəkdə, ümumiyyətlə, neftin qiymətindən asılı olmasın. İşlər də elə bu istiqamətdə davam edir.

Qeyri-neft sektorunun müxtəlif sahələrində istifadəyə verilmiş müəssisələrdə minlərlə insan öz məşğulluq problemini həll edir.

Təkcə bu ilin birinci rübündə 85 min yeni iş yeri yaradılıb ki, bunların da 70 mini daimidir. Həmin dövrdə 9 min iş yeri bağlansa da, insanların işlə təmin olunmasında müsbət dinamika danılmazdır.

İş yerləri demişkən, indi Azərbaycanda həyata keçirilən neft-qaz layihələrində çalışanların əksəriyyəti ölkənin öz vətəndaşlarıdır. Müstəqil Azərbaycanın dövlət neft strategiyası uğurla həyata keçirilir.

Bu, Azərbaycan iqtisadiyyatının inkişaf etməsi üçün böyük imkanlar yaradır. Bu, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi və daimi olması üçün çox böyük imkanlar yaradır.
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır