Məmurlar yeni Azərbaycanı talayıb: 125 milyard hara getdi? - Dəhşətli faktlar
Siyaset
Oxunub: 39 563
1 in 2017 | 09:35
Məmurlar yeni Azərbaycanı talayıb: 125 milyard hara getdi? - Dəhşətli faktlar

















Valyuta ehtiyatlarında böyük geriləmə müşahidə olunub. 2014-cü ildə valyuta ehtiyatlarımız 51 milyarda yaxın idisə, bu il bu rəqəm 37 milyarda enib

Mərkəzi Bank uçot dərəcəsini 5 faizdən 15 faizə qaldırıb. Mərkəzi Bank valyuta bazarında əsas oyunçudan ikinci oyunçuya çevrilib. Əsas oyunçu isə hazırda Dövlət Neft Fondudur.

Hazırda xarici borclar büdcənin 20 faizini təşkil edir. Yəni proses bu şəkildə davam edərsə, bu, 30 faizdən də yuxarı ola bilər. Bəzi şirkətlər ağına-bozuna baxmadan borclanmaya gedirlər. Düzdür, onların içərisində möhtəşəm layihələr həyata keçirənlər də var.

Ancaq elələləri də var ki, nə etdikləri məlum deyil. Ona görə də bu məsələni araşdırmaq və qiymət vermək lazımdır. Yoxsa büdcəmizin böyük bir hissəsi borcların qaytarılmasına gedə bilər.

Təkcə banklar 125 milyard Azərbaycan iqtisadiyyatına vəsait qoyublar. Halbuki bu və ya digər ayrılmış pullardan yeni bir Azərbaycan qurmaq olardı.

Ulus.Az yazır ki, deputatlar da hökuməti “topa tutub”. Deputat Vahid Əhmədov isə iqtisadiyyatda geriləmənin bu il də davam etməsindən narahatlıq ifadə edib.

Onun sözlərinə görə, ötən il sənayedə 0,3 faiz artım hiss olunsa da, tikinti və inşaat sektorunda ciddi geriləmə müşahidə olunur.

Deputat Qüdrət Həsənquliyev isə çıxışında ildən-ilə borcların və borc faizlərinin büdcədən ödənilməsindən narahat olduğunu deyib.

Növbəti çıxışçı Əli Məsimli dövlət borclarının artmasından narahatlıq bildirib, onun sözlərinə görə, hazırda xarici borclar büdcənin 20 faizini təşkil edir. Axır 10 ildə tikintiyə 45 milyard manata qədər dövlət vəsaiti xərclənib.

2006-2015-ci ildə dövlət büdcəsindən tikintiyə 44,6 milyard manat, təhsilə 11,8 milyard manat, sosial müdafiəyə və təminata birlikdə 11,1 milyard manat, dövlət idarəetmə aparatının saxlanmasına 10,1 milyard manat, səhiyyəyə 4,7 milyard manat ayrılıb.

Dövlət büdcəsindən hər il orta hesabla tikintiyə 4,5 milyard manat, təhsilə 1,2 milyard manat, idarəetmə aparatının saxlanmasına 1 milyard manat, səhiyyəyə isə 500 milyon manata qədər vəsait xərclənib.

Göründüyü kimi, 10 ildə şişirdilmiş, davamlı əlavə dəyər yaratmayan, əsasən qeyri-kommersiya təyinatlı layihələrlə talan olunan neft gəlirlərindən ən çox bəhrələnən tikinti sektoru olub, hazırda daha çox tənəzzülə məruz qalan da inşaat bölməsidir.

10 ildə Dövlət Neft Fonduna karbohidrogen resurslarının satışından birbaşa 125 milyard manat vəsait daxil olub. Bu pulun 67,2 milyard manatı dövlət büdcəsinə transfert vasitəsilə, 23 milyardı isə birbaşa fondun özündən müxtəlif layihələrə xərclənib.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO