Prezident İlham Əliyev komandanı necə dəyişir - daha üç iri fiqur...
Siyaset
Oxunub: 631
3 in 2017 | 12:07
Prezident İlham Əliyev komandanı necə dəyişir - daha üç iri fiqur...

















PA-dan başlamış islahatlar yaxın günlərdə Nazirlər Kabineti və BŞİH-də də elan olunacaq; qarşıdakı prezident seçkisi ilində daha çevik komanda ilə işləmək və islahatları tormozlayan qüvvələri hakimiyyətdən uzaqlaşdırmaq siyasəti davam edəcək...

Prezident İlham Əliyevin Prezident Administrasiyası strukturunda dəyişiklik etməsi ölkə mediasının gündəminə çevrilib. “Yeni Müsavat” hələ ötən həftə İslamiada yekunlaşdıqdan sonra idarəetmədə struktur islahatlarının başlayacağını xəbər vermişdi.

(http://musavat.com/news/nazir-muavinleri-ixtisara-dusur-siyahi_441001.html) Yazıda bildirilirdi ki, hakimiyyət böyük bir məmur ordusu ilə yollarını ayırmağa hazırlaşır. Qeyd olunurdu ki, dəyişiklik “yuxarıdan” başlayaraq bütün idarəetməni əhatə edəcək və daha operativ bir komanda formalaşdırılmasına başlanılacaq.

Struktur islahatlarına məhz Prezident Administrasiyasından (PA) başlanılmasının əlbəttə ki, xüsusi səbəbi var. Əvvəla, bu, idarəetmənin “ürəyi” hesab olunan Prezident Administrasiyasında struktur və kadr ixtisarları aparmadan digər administrativ qurumlarda islahatların effektli olmayacağına verilmiş mesajdır. Çünki Azərbaycan müstəqillik əldə etdikdən üzü bəri bu və digər səbəblərdən PA-da ciddi struktur islahatları aparılmayıb. Təsadüfi deyil ki, PA-da hələ də elə şöbə rəhbərləri varmış ki, onlar bütün prezidentlərin dövründə iş başında qalıb. PA idarəetmədə elə bir mexanizmdir ki, onun indi 10 il əvvəlkindən fərqli olaraq daha effektli quruma çevrilməsinə ehtiyac var.

Struktur islahatlarının PA-dan başlamasının daha bir incə səbəbi də var. Bu, incə nüans digər dövlət strukturlarında gözlənilən ixtisar və islahatlara “dodaq büzəcək”, “niyə özlərindən başlamadılar” deyə biləcək məmurlara yönəlib. Prezident İlham Əliyevin öz administrasiyasında, belə deyək, özünə ən yaxın idarəetmə strukturunda kadr ixtisarları aparması “toxunulmaz məmur yoxdur” sözlərinin daha bir sübutudur.
Sərəncamdan belə qənaət yaranır ki, PA-da başlamış struktur islahatlarının miqyası əslində çox böyükdür.

Müşavirlik institutunun birdəfəlik ləğv edilməsi, bəzi şöbələrin bağlanması və birləşdirilməsi prosesi hələ indi başlayır. Prezident sərəncamında kiminsə konkret işdən çıxarılması barədə bənd yoxdur, amma tanınmış bir sıra məmurların artıq administrasiyadakı işləri ilə vidalaşacağı dəqiqləşib. Onların sırasında yaşlılar da var ki, bu da göstərdikləri effektli dövlət xidmətinə baxmayaraq, prezidentin komandanı gənc kadrlarla əvəzləmə iradəsini göstərir.

Son aylar həm nazirliklərdə, həm birinci vitse-prezident aparatının formalaşmasında gənc kadr təyinatlarına üstünlük verilməsi bu tendensiyanın davamlı olacağını deməyə əsas var. Gənc nazir Ramin Quluzadəyə rabitə ilə bərabər nəqliyyat sahəsinin də həvalə olunması siyasi komandada cavanlaşdırma strategiyasının yürüdüldüyünü təsdiqləyir və göründüyü kimi, davam da edir.

Prezident icra aparatını effektli struktura çevirməklə qarşıdan gələn prezident seçkilərinə hazırlığın başlandığına işarə də verə bilər. Məlumdur ki, prezident seçkilərində əsas yük PA üzərinə düşür. Administrasiyada yenilənmə, daha effektiv idarəetmə mexanizmlərinin qurulması başlayır ki, bu da yaxın aylarda tam yekunlaşacaq.

Bu həm də o deməkdir ki, prezident İlham Əliyev gələn il keçiriləcək prezident seçkisinə effektli, daha rasional və işlək komanda ilə getməyi hədəfləyib. Administrasiyadan başlamış islahatlar yaxın günlərdə iki mühüm strukturda da elan olunacaq. Bu, Nazirlər Kabineti (NK) və Bakı Şəhər İcra Hakimiyyətidir (BŞİH).

“Yeni Müsavat”a daxil olan xəbərdə deyilir ki, NK-də baş nazir müavinlərinin sayı azaldılacaq. Baş nazirin yalnız üç müavininin vəzifəsində qalacağı deyilir. Hazırda baş nazirin biri birinci müavin (Yaqub Eyyubov) olmaqla, 6 müavini (Elçin Əfəndiyev, Əli Həsənov, Abid Şərifov, Əli Əhmədov və İsmət Abbasov) var. Onların çoxu pensiya yaşını artıq haqlayıb Yaqub Eyyubov - 72 yaş (1945-ci il təvəllüdlü), Elçin Əfəndiyev 74 yaş (1943), Əli Həsənov 69 yaş (1948), Abid Şərifov 77 yaş (1940), Əli Əhmədov 64 yaş (1953), İsmət Abbasov 63 yaş (1954). Baş nazir Artur Rasi-zadənin isə 82 yaşı var (1935).

Qaynağımızın sözlərinə görə, müavinlərin üçü pensiyaya göndəriləcək. Qalanlar sırasında YAP-ın icra katibi Əli Əhmədovun olacağı dəqiqdir, Əli Həsənovun və Yaqub Eyyubovun görəvini davam etdirəcəyi deyilir. Bu strukturda da ciddi ixtisarların olacağı dəqiqdir. Çünki ən çox “büdcəyə yük” də məhz NK-dır.

Ümumiyyətlə, təkcə NK deyil, digər nazirlik və komitələrdə yalnız bir müavin ştatının saxlanılacağı iddiası da var. Bu da hökumətin həm bürokratik aparata nəzarət imkanlarını yaxşılaşdıracaq, həm də dövlət idarəetmə aparatında çeviklik yaradacaq.

Bakı Şəhər İcra Hakimiyyətində də rəhbər postlarda ixtisarlar olacaq. İqtisadiyyat Komitəsi, Yaşıllaşdırma Təsərrüfatı Birliyi və Şəhər Kino Xidməti İdarəsi kimi strukturların birləşdiriləcəyi deyilir.

Belə görünür ki, prezident İ.Əliyevin struktur və kadr siyasətini gücləndirmək, qarşıdakı prezident seçkisi ilində daha çevik komanda ilə işləmək və islahatları tormozlayan qüvvələri hakimiyyətdən uzaqlaşdırmaq siyasəti davam edəcək.
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”