İlham Əliyevə ilginc mesaj: “Cənab prezident, bu nazirləri də çıxarın” - Tam siyahı
Siyaset
Oxunub: 20 262
6 in 2017 | 12:12
İlham Əliyevə ilginc mesaj: “Cənab prezident, bu nazirləri də çıxarın” - Tam siyahı













Prezident İlham Əliyevin Prezident Administrasiyası strukturunda dəyişiklik etməsi ölkə mediasının gündəminə çevrilib

Dəyişiklik “yuxarıdan” başlayaraq bütün idarəetməni əhatə edəcək və daha operativ bir komanda formalaşdırılmasına başlanılacaq.

Bununla bağlı Ulus.Az-a bir qrup vətəndaş tərəfindən maraqlı məktub ünvanlanıb. Məktubda prezidentin son dəyişiklikləri təqdir olunur, köhnə fiqurların yeniləri ilə əvəzlənməsinin davam etdirilməsi istənilir.

Məktub müəllifləri ölkə başçısından daha bir neçə naziri işdən çıxarmağı gözlədiklərini qeyd edirlər: “Cənab prezident, referendumdan sonra struktur və kadr dəyişikliklərini, reformaların müsbət nəticələrini görməmək mümkün deyil.

Bu siyasətin və strategiyanın davam etdirilməsini arzulayırıq. Hesab edirik ki, hökumətin içi təmizlənməlidir, reputasiyası korlanmış, adı korrupsiyada hallanmış, vətəndaşları saymayan bəzi nazirlərin də getməsinin vaxtı çatıb.

Biz Azərbaycanda gedən işləri dəstəkləyir, görülən islahatları bəyənir və hökumətin yenilənməsi prosesini təqdir edirik. Sizin bu dəyişiklikləri davam etdirəcəyinizə inanırıq”.

Məktubda qeyd olunur ki, vətəndaşların ən çox narazı qaldığı məmurların və nazirlərin kimliyini müəyyənləşdirmək üçün “velosiped kəşf etməyə” ehtiyac yoxdur.

Həmin nazirlərin fəaliyyəti göz qabağındadır və statistika da onların vətəndaşların hüquqlarını hər addımbaşı pozduqlarını isbat edir.

Sitat: “Azərbaycan vətəndaşlarının ən çox narazı olduğu, prezidentə, mətbuata və güc strukturlarına müraciət edərək kömək istədiyi problemlərin əsas səbəbkarları vəzifə başındadırlar.

Onlar - vergilər naziri Fazil Məmmədov, Əmlak Komitəsinin sədri Kərəm Həsənov, Kənd təsərrüfatı naziri Heydər Əsədov, Mərkəzi Bank sədri Elman Rüstəmov, maliyyə naziri Samir Şərifov, Dövlət Baytarlıq Xidməti rəisi Azər Süleymanov, Gömrük Komitəsi rəhbəriyindəki məmurlar, Fitosanitar Xidməti rəisi Camal Quliyev, səhiyyə naziri Oqtay Şirəliyev, bir çox icra başçıları, hakimlər, komitə rəhbərləri, Azərsu, Azərişıq, Azəriqaz, Su və Meliorasiya Təsərrüfatı və başqa sosial sahələrə bağlı oan qurumların rəhbərləri insanların ən çox şikayət etdiyi məmurlardır. Bu reallığı və mənzərəni danmaq mümkün deyil”.

Ulus.Az-a verilən məlumata görə, prezident İlham Əliyev gələn il keçiriləcək prezident seçkisinə effektli, daha rasional və işlək komanda ilə getməyi hədəfləyib.

Administrasiyadan başlamış islahatlar yaxın günlərdə iki mühüm strukturda da elan olunacaq. Bu, Nazirlər Kabineti və Bakı Şəhər İcra Hakimiyyətidir.

Ümumiyyətlə, təkcə NK deyil, digər nazirlik və komitələrdə yalnız bir müavin ştatının saxlanılacağı iddiası da var. Bu da hökumətin həm bürokratik aparata nəzarət imkanlarını yaxşılaşdıracaq, həm də dövlət idarəetmə aparatında çeviklik yaradacaq.

Belə görünür ki, prezident İ.Əliyevin struktur və kadr siyasətini gücləndirmək, qarşıdakı prezident seçkisi ilində daha çevik komanda ilə işləmək və islahatları tormozlayan qüvvələri hakimiyyətdən uzaqlaşdırmaq siyasəti davam edəcək.

Hələ ötən ay yazmışdıq ki, İslamiada yekunlaşdıqdan sonra hökumətdə neçə vaxtdır gözlənilən ixtisarlar başlanır. Hökumətdə aparılacaq struktur və kadr islahatları Nazirlər Kabinetindən start götürəcək.

Prezident Administrasiyasının və prezidentin iqtisadi müşavirlərinin iştirakı ilə hazırlanan geniş sənəddə öz əksini tapıb, “yuxarıdan aşağıya” bütün idarəetməni tənzimləmək, daha operativ bir komanda formalaşdırmaq məqsədi güdür.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...