Azərbaycan dilini təhqir edən "şirkət rəhbəri" ilə bağlı yeni faktlar
Siyaset
Oxunub: 626
25 in 2017 | 14:39
Azərbaycan dilini təhqir edən "şirkət rəhbəri" ilə bağlı yeni faktlar














Bir neçə gün əvvəl Fikrət Məmmədov adlı fəal feysbuk istifadəçisinin öz səhifəsində yazdığı status ətrafında qalmaqal səngimək bilmir

Fikrət Məmmədova məxsus olan məlum status cəmiyyətin əksər üzvləri tərəfindən Azərbaycan dilinin təhqiri kimi qəbul edildiyi səbəbindən birmənalı qarşılanmayıb. Sözügedən şəxs öz statusunda fikirlərini niyə rus dilində çatdırdığını, hansı səbəbdən Azərbaycan dilindən istifadə etmədiyini açıqlamağa çalışarkən Azərbaycan dilini “kütləvi yaltaqlıq dili” adlandırıb, bu dildə böyük bədii, elmi əsərlər yaradılmadığını deyib.

Sözsüz ki, bu statusa rəylər də müxtəlif və daha çox aqressiv olub. Rəy yazanlar arasında kifayət qədər tanınmış jurnalistlər, qələm adamları da yer alıb.
Yaşanan qalmaqal çərçivəsinə Fikrət Məmmədov iş adamı kimi təqdim edilib. Bəzi KİV-lər isə onun böyük turizm kampaniyalarından sayılan "Paramount Travel Club"ın rəhbəri olduğunu iddia edib. Azinforum.az sözügedən şirkətlə əlaqə saxlayıb. Salmanov Anar Damət oğlu adlı şəxs müvafiq sənədləri də bizə təqdim etməklə bildirib ki, Fikrət Məmmədovun onların şirkətinə rəsmi olaraq heç bir aidiyyəti yoxdur: "Bildiyiniz kimi, bəzi KİV-lərdə Fikrət Məmmədov "Paramount Travel Club"un rəhbəri kimi təqdim edilib. Mən çox təəssüf edirəm ki, jurnalistlər onlara verilən hansısa yanlış informasiyanın təsirinə düşərək, sensasiya axtarmaq xatirinə belə dəqiqləşdirilməmiş məlumatları yayırlar. Nəzərinizə çatdırmaq istəyirəm ki, Fikrət Məmmədov adda adamın bizim şirkətin rəhbərliyinə heç bir aidiyyəti yoxdur. Sözügedən şirkətin direktoru mənəm. Təsisçilər də tamamilə başaqa adamlardı, heç onların da sırasında Fikrət Məmmədov adda adam yoxdur. Mənə elə gəlir ki, bu məlumatı dəqiqləşdirmək o qədər də çətin məsələ deyil. Bununla bağlı müvafiq dövlət qurumlarının "online" resurslarına girib lazımi məlumatı əldə edə bilərdilər. Bir daha xatırladıram ki, Fikrət Məmmədov bizim tirizm şirkətinin nə direktorudur, nə də adi işçisi".

"Onu niyə başqa şirkətlər deyil, məhz "Paramount Travel Club"la əlaqələndirirlər" sualına isə Anar Salmanovun cavabı belə olub: "Fikrət Məmmədovla fziki şəxs kimi bağladığımız müqavilə əsasında bizim bəzi layihələrimizdə məsləhətçi kimi iştirak edib. Əməkdaşlığımız əsasən marketinq və menecment sahəsində olub. Bizim şirkətin adının Mədəniyyət və Turzm Nazirliyinin rəhbəriyi ilə yaxın münasibətdə hallandırılması da kökündən yanlışdı. Çünki həmin qurum bizim üzərimizdə yalnız nəzarət funksiyasına malikdir, başqa heç bir yaxınlığımız da ola bilməz”.

Fikrət Məmmədov uzun müddət Mədəniyyət və Turizm Nazirliyində çalışıb. Dovlət qulluğuna qəbulla bağlı keçirilən imtahanlarda lazım olan nəticəni əldə edə bilmədiyi səbəbindən oradan uzaqlaşdırılıb. Onunla nazir Əbülfəs Qarayevin münasibətlərinin heç də yaxşı olmadığı bildirilir.

AFN-in apardığı kiçik bir araşdırmadan sonra məlum olub ki, "Paramount Travel Club"un qanuni təmsilçisi Məmmədova İlahə Aydın qızıdır. İ.Məmmədova ilə F.Məmmədovun qohumluq əlaqələrinin olub-olmaması isə tərəfimizdən araşdırılmaqdadır. (afn.az)
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ