Hərbi xidmətə çağırışda dəyişiklik - Nazirliyin yeni qərarı ilə...
Siyaset
Oxunub: 17 953
27 in 2017 | 13:10
Hərbi xidmətə çağırışda dəyişiklik - Nazirliyin yeni qərarı ilə...















Təhsil Nazirliyinin yeni qərarı qüvvəyə minib

Bundan sonra universitet tələbələri təhsillərini vaxtından tez bitirib, diplom ala biləcəklər. Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev belə deyib. Onun sözlərinə görə bir tələbə semestr zamanı daha çox fənn götürərsə, universiteti 4 ildən daha tez bitirə biləcək. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30-a qədər kredit müəyyənləşdirilir. Eyni zamanda bu tələbələrə əlavə fənn imkanı da yaradılacaq.

Maraqlıdır, bu dəyişkiliyin ali təhsil ocağına və ya tələbələrə nə kimi əhəmiyyəti olacaq?

Təhsil eksperti Kamran Əsədov Cebhe.info-ya açıqlamasında deyib ki, bir müddət əvvəl Nazirlər Kabineti tərəfindən “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"na dəyişikliklər edildi:

“Bu dəyişikliklər zəruri idi. Belə ki, ali təhsil müəssisələrinin müstəqilliyinin genişləndirilməsi, ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına uyğunlaşdırılması və ən əsası tələbələrin təhsilalma imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlara ehtiyac var idi. Bundan başqa orta məktəbi vaxtından əvvəl bitirmənin mümkünlüyü təhsil haqqında qanunda öz əksini tapsa da ali məktəblərdə bu mexanizm yox idi. Lakin yeni dəyişiklikdən sonra qiyabi təhsilalma formasından fərqli olaraq tədrisə qismən cəlb olunan tələbə ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla, tədris qrafikini özü tərtib edir və fənnə qoyulan bütün tələbləri ödəməlidir.

Həmin dəyişikliyə görə tələbə ali təhsil müəssisəsini tez qurtarmaq imkanı əldə edəcək. Belə ki, tələbə təhsil müddətində 240 kredit toplamalıdır. Bu səbəbdən tələbə tədris qrafikini düzgün tərtib etdiyi halda ali təhsil müəssisəsini 4 ildən tez bitirə bilər. Bu da onun əmək bazarına daha tez daxil olmasına imkan yaradacaq. Əlbəttə ki, bu hal hərbi xidmət haqqında qanunda da dəyişikliklər edilməsini zəruri edir. Çünki, hərbi xidmət haqqında qanunda yəni təhsil alan tələbə dörd il müddətində möhlət hüququna malikdir. Lakin tələbə bu müddəti tez başa vurduqda ordu sıralarına vaxtından tez çağırıla bilər. Dəyişiklilər bir də ali təhsil müəssisələrinin idarə olunması ilə bağlıdır”.

Ekspert deyib ki, son illər ərzində Azərbaycan təhsilinin inkişafı üçün çoxsaylı tədbirlər həyata keçirilir. Lakin bu addımların demək olar ki, hamısı orta məktəb səviyyəsindən yuxarı qalxmır:

“Bu da əlbəttə ki, yaxşı hal deyil. Ona görə də, ali məktəblərlə bağlı islahatların aparılması labüddür. İlk növbədə bu islahatları universitetin idarə olunması ilə başlamaq lazımdır. Çünki hal-hazırda universitetlərin idarə olunması sovetlər dönəmindən qalmış idarəçilik formasından istifadə olunaraq həyata keçirilir. Hesab edirəm ki, yaxın vaxtlarda universitetlərə qəbul imtahanlarının sadələşdirilməsi, idarəçilikdə yeni formaların tətbiqi bu sahədə irəliləməyə doğru mühüm addım olardı. İnanıram ki, yaxın vaxtlarda "Ali təhsil haqqında qanun" layihəsi qəbul ediləcək və bu sahənin inkişafı üçün qanunvericilik bazası olacaq”. (cebhe.info)
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO