30-06-2017, 00:58 Oxunub: 14 986

Ziya Məmmədovdan sonra bu NAZİRƏ də yaxşı yol - BAX BELƏ

Ziya Məmmədovdan sonra bu NAZİRƏ  də yaxşı yol - BAX BELƏ














İqtidar format olur: 2017-də daha hansı nazir işdən çıxarılacaq? - ad bəllidir...

Prezident Administrasiyasında edilən dəyişikliklərdən sonra növbə daha bir nazirə çatıb

Bu xəbəri Ulus.Az-a verən mənbə iddia edir ki, növbəti dəyişiklik kənd təsərrüfatı naziri ilə bağlı ola bilər.

Heydər Əsədovun Ziya Məmmədovdan sonra vaxtının çatdığı bildirilir. Bu ilin sonuna qədər KTN rəhbəri postuna yeni nazir təyin olunacağı xəbər verilir.

Məmmədovlar klanı “son qala”nı təhvil vermək üzrədir. 2013-cü ildə Hesablama Palatasının sədri olan Heydər Əsədov məhz o vaxtlar qüdrətli hesab olunan Məmmədovların sayəsində nazir postuna yiyələnmişdi.

Kənd Təsərrüfatı Nazirliyin ləğv olunaraq İqtisadiyyat Nazirliyinə birləşdirilməsi də müzakirə olunur. Gələn xəbərlər onu deməyə əsas verir ki, tezliklə nazirin qudası - kənd təsərrüfatı naziri Heydər Əsədov da hakimiyyətdəki postu ilə vidalaşmalı olacaq.

Prezident İlham Əliyevin prioritet sahə hesab etdiyi kənd təsərrüfatını H.Əsədov dirçəldə bilmədi. Onun rəhbərliyi dövründə də torpaqlardan istifadədə hökumət istədiyi nəticəni görə bilmədi, nazirliyə isə rüşvət ittihamları daha da artdı.

Ulus.Az-a danışan mənbə iddia edir ki, struktur islahatları çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ləğvi nəzərdə tutulur.

Bildirilir ki, ləğv ediləcək nazirliklərin və ASC-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə birləşdirilərək bunun bazasında Kənd Təsərrüfatı və Ekologiya Nazirliyinin yaradılması layihəsi var.

Aqrar sektorun prioritet elan edilməsi və eyni zamanda büdcə xərclərinin optimallaşdırılması iki nazirliyin birləşdirilməsini zəruri edir. Yeni nazirlik daha operativ və çevik idarəetmə standartları əsasında qurulacaq.

Əsas arqument bu idi ki, kənd təsərrüfatı müəssisələrinin mütləq əksəriyyəti özəlləşdirildiyi halda, aqrar sektorun idarə edilməsi üçün ayrıca bir nazirliyin saxlanılmasına ehtiyac yoxdur.


Ziya Məmmədovdan sonra bu NAZİRƏ  də yaxşı yol - BAX BELƏ
Ziya Məmmədovun qudası da nazir kürsüsündən gedir Ziya Məmmədovun qudası da nazir kürsüsündən gedir Siyaset Daha 2 nazirliyin birləşdiriləcəyi deyilir - İDDİA Daha 2 nazirliyin birləşdiriləcəyi deyilir - İDDİA Siyaset Heydər Əsədovun sayılı günləri qalıb Heydər Əsədovun sayılı günləri qalıb Siyaset Ziya Məmmədovun “qohumlar imperiyası”na son: Qudasına da “yol” göründü Ziya Məmmədovun “qohumlar imperiyası”na son: Qudasına da “yol” göründü Sosial İlham Əliyevdən gözlənən hərəkət İlham Əliyevdən gözlənən hərəkət Siyaset