“Yol polisləri deputatları təhqir edir” - “Onlara heç cür başa sala bilmirik ki…”
Siyaset
Oxunub: 683
8 iy 2017 | 10:30
“Yol polisləri deputatları təhqir edir” - “Onlara heç cür başa sala bilmirik ki…”















Bir sıra ölkələrdə deputatların idarə etdiyi avtomobillər xüsusi nişanlarla fəqlənir. Məsələn, Rusiyada deputat maşınları sayrışan işıqlarla təmin edilib

Bununla da həmin ölkələrdə yol polisi hərəkətdə olan nəqliyyat vasitəsinin kimə məxsus olduğunu təyin edə bilir. Amma Azərbaycanda bunlar yoxdur.

Ona görə də dəfələrlə yol polisi əməkdaşları ilə deputatlar arasında mübahisə yaranıb. Hətta deputatlar bununla bağlı parlamentdə məsələ də qaldırıblar. Hələ ki deputatlarla yol polislərinin mübahisələrinə şahidlik etməkdəyik.

“Deputatın statusu haqqında” qanunun 12-ci maddəsində (Deputatın toxunulmazlığı) göstərilib ki, Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinə görə, deputatın şəxsiyyəti toxunulmazdır.

Deputatın toxunulmazlığı onun evinin, mənzilinin, əşyalarının, şəxsi və xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, ona məxsus sənədlərin, yazışmaların toxunulmazlığını da əhatə edir.

Deputatın toxunulmazlığına Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddələrində nəzərdə tutulmuş hallarda və Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində müəyyən edilmiş qaydada xitam verilir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli də Modern.az-a deyib ki, yol polisi ilə deputatların arasında yaranan mübahisəli məsələlər bir neçə dəfə parlamentin iclaslarında qaldırılıb.

“Sonuncu dəfə bir deputat xanımla yol polisi arasında insident baş vermişdi. Hətta xanım deputatın maşınını cərimə meydançasına aparmışdılar. İki dəfə də bununla bağlı parlamentin iclasında mən məsələ qaldırmışam. Bundan sonra parlamnetin spikeri Oqtay Əsədovun razılığı ilə müvafiq şöbədə layihə hazırlandı. Amma çox təəssüflər olsun ki, bu qanun layihəsi komitədə, plenar iclaslarda müzakirə olunmadı. Konstitutsiyaya və “Deputatın statusu haqqında” qanuna əsasən, millət vəkillərinin toxunulmazlığı var. Deputat onun ailə üzvləri, mənzili, maşını heç cür axtarışa məruz qala bilməz, saxlanıla bilməz, cərimə meydançasına aparıla bilməz. Hətta məhkəmə qaydasında inzibati cəriməyə cəlb oluna bilməz”.

T.Kərimli deyib ki, heç bir yol polisini başa salmaq olmur ki, deputat yüksək konstitutsion hüquqa malikdir.

“Əgər qanunda deputatın toxunulmazlığı göstərilibsə, buna əməl etmək lazımdır. Təsəvvür edin ki, rayon strukturlarının rəhbərlərinin maşınları hansı sürətlə və hansı qayda ilə gedirsə getsin, yol polisləri onlara bir söz demirlər. Amma ali qanunverici hakimiyyətin nümayəndələri olan deputatlar yol polisləri tərəfindən təhqirə məruz qalırlar”.

T.Kərimli qanunvericilkdə xüsusi təyinatlı maşınların sayrışan işıqlarla təmin olunmasına görə müddəaların yer aldığını bildirib.

“Bir çox dövlətlərdə deputatlar da həmin kateqoriyaya aid edilir. Ona görə də bir sıra ölkələrdə deputatların maşınlarında xüsusi nişanlar var. Bu işarələrlə bildirilir ki, həmin maşın ümumi yol qaydalarından kənara çıxa bilər. Ancaq Azərbaycanda bu yoxdur. Mən buna çox təəssüf edirəm. Bu çox ciddi məsələdir. İnzibati Xətalar Məcəlləsinə bununla bağlı maddə də hazırlamışıq. Hələ ki müzakirə olunmayıb. Amma yaxın vaxtlarda yəqin ki, bu məsələ parlamentdə müzakirə olunar. Bununla da məsələ həll edilmiş olar”.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO