Soçi görüşünün pərdəarxası: prezident İlham Əliyev önə çıxır
Siyaset
Oxunub: 613
25 iy 2017 | 12:34
Soçi görüşünün pərdəarxası: prezident İlham Əliyev önə çıxır














ÜAK-ın qeydiyyatı, eləcə də avantürüst bir bloggerin Bakıda mühakiməsinin Kremli guya narazı saldığı barədə iddialar gerçək deyil; Moskvada anlayırlar ki, Azərbaycanın siyasi və iqtisadi məsələlərdə aşkar üstün mövqeyə çıxması Bakı ilə bir sıra mühüm məsələlərdə anlaşmanı vacib edir

İyulun 22-də Rusiya prezidenti Vladimir Putinlə Azərbaycanın dövlət başçısı İlham Əliyev arasında Soçidəki görüş hər iki ölkənin KİV-lərində ciddi müzalkirə olunmaqdadır. Görüşün formatı diplomatik dildə “qalstuksuz görüş” adlandıra bilər ki, bu da adətən iki yaxın ölkənin, iki dost prezidentin görüş formatına daha uyğundur.

Mətbuat üçün qısa açıqlamada aydın oldu ki, prezidentlər ikitərəfli münasibətlərdən tutmuş regional və dünya siyasəti ilə bağlı müzakirədə ikinci-üçüncü tərəflərin iştirakı olmadan üzbəüz danışmaq formatını seçib. Rəsmi təbliğat görüşlə bağlı xüsusi bir məqamın üzərində dayanır: münasibətləri korlaya biləcək üçüncü tərəfin. Üçüncü tərəfin isə erməni lobbisi və onun təsiri altına düşmüş Rusiya məmurları olduğuna açıq işarələr var.

Yəni görüş zərurəti ilə bağlı ilk ipucu odur ki, xüsusən Azərbaycan tərəfi üçüncü qüvvənin münasibətlərə xələl gətirməsindən narahatdır. Bu kontekstdə Ümumrusiya Azərbaycanlıları Konqresinin bu ilin mayında qeydiyyatının ləğvi önə çəkilir. Bu barədə istər rəsmi, istərsə də qeyri-rəsmi səviyyədə bir neçə aydır ki, danışılır və Moskva rəhbərliyi üçün yenilik deyil. Fəaliyyət dairəsindən asılı olmayaraq, hansısa təşkilatın qeydiyyat məsələsi, və ya erməni lobbisinin vay-şüvəni prezidentlərin şəxsi görüşü üçün səbəb ola bilərmi?

Azərbaycan prezidenti bu aylar ərzində bu mövzuda danışmayıb, çünki yenə də təkrar edirik ki, dövlətlərarası münasibətlər fonunda ÜAK-ın qeydiyyatı gələcək əməkdaşlığa hər hansı ciddi əngəl deyil. Eləcə də avantürüst bir bloggerin-həm də Rusiya vətəndaşlığı olan Lapşinin Bakıda mühakiməsinin Kremli guya narazı saldığı barədə aylardı ki, iddialar dolaşır. Lapşin Rusiya üçün heç kimdir, baxmayaraq ki, həm XİN, həm Bakıdakı rus səfir onun həbsxanada olmasından arada danışırdılar.

Adam Qarabağa qanunsuz səfər edib, qanunlarımıza nümayişkaranə hörmətsizlik edib. Guya Rusiyada adam öldürən və ya qanunu pozan Azərbaycan vətəndaşı üçün Bakı Moskvadan inciyir və ya izahatmı istəyir? “Lapşin işi”ni böyüdən ermənilər, bir də ermənipərəst XİN əməkdaşları idi ki, onlar da danışıb-danışıb susdular. İndi Lapşin heç Azərbaycana da gərək deyil, aparıb lap Rusiyanın ucsuz-bucaqsız çöllərində azadlığa buraxsınlar...

***
Prezidentlərin görüşünün baş tutduğu ərəfə isə daha diqqətəlayiqdir. Birincisi, iyulun 22-də Amerikanın hər iki palatası həm Rusiyanın iri neft şirkətlərinə, həm İrana qarşı sanksiyaları müzakirə mərhələsini yekunlaşdırmışdı və sanksiyaların nələri nəzərdə tutduğu artıq Moskvaya bəlli idi. Həm Rusiya, həm İran Azərbaycanın yaxın qonşularıdır. Yeni sanksiyaların qəbul edilməməsi üçün Putin və administrasiyası neçə aydır çalışır, amma G-20 sammitində Donald Trampla görüş də heç nəyi dəyişə bilmədi.

Yeni sanksiyalar Rusiya neft-qaz şirkətlərinin fəaliyyətinin qısıtlamaqla yekunlaşmır, ən əsası Rusiyaya qaz kəmərlərinin tikintisi üçün yeni texnoloji avadanlıqların verilməsini qadağan edir. Dənizin dibindən çəkiləcək texnoloji avadanlıqları Rusiyanın öz gücünə əldə etməsi mümkünsüzdür. ABŞ isə həm “Şimal axını-2" və ”Türk axını"nın tikintisində iştirak edən şirkətlərə sanksiyalar paketini nəzərdə tutan qanunu təsdiq edib. Ağ Ev rəsmisi bəyan edib ki, Tramp qanun layihəsini imzalayacaq.

“Şimal axını-2" reallaşmasını Putin dövlətin əsas proriteti hesab edir. ABŞ iyulun 25-də təsdiq edilə biləcək son sanksiyaların ”Şimal axını-2"nin gerçəkləşməsinə imkan vermək olmadığını açıq etiraf edir. Belə bir vaxtda isə ABŞ Azərbaycanın əsas enerji projekti olan “Cənub Qaz Dəhlizi”nə açıq dəstəyini artırıb, Trampın Bakıya göndərdiyi iki məktub, İstanbuldakı neft-qaz sammitində dövlət katibi Reks Tillerson prezident İlham Əliyevlə görüşündə bu dəstəyi bir daha bəyan etməsi Rusiyanı narahat etməyə bilməz. Avropa Rusiyadan enerji asılılığını azaltmaq üçün Azərbaycan qazının əvvəl TAP, sonra isə TANAP layihələri ilə dünya bazarna çıxarılmasına hər cür dəstək verir.

Rusiyanın milyardlıq gəlir əldə edə biləcək projektlərinin əngələndiyi bir vaxtda Azərbaycana həm ABŞ-dan, həm də Avropa Birliyindən “yaşıl işıq” yandırılması Rusiyanı öz müttəfiqi ilə məsləhətləşməyə vadar edə bilər. Moskva "Cənub Qaz Dəhlizi"ni artıq əngəlləmək gücündə deyil, milyardlar xərclənib, 40 faizədək kəmərin tikintisi yekunlaşıb. Putin bu məsələdə öz müttəfiqi Azərbaycandan bir qədər tələsməməyi, Rusiyanın öz kəmərlərini “bərkitməyə” vaxt qazanmasını xahiş edə bilər.
Prezidentin son səfərlərinin trayektoriyası da diqqət çəkir, Azərbaycanın bu regionda hansı önəm daşıdığını bir daha göstərir. Polşaya rəsmi səfərdən sonra prezidentin Latviyaya səfəri Avropanın yeni düzənində Azərbaycana verilən önəmi göstərir. Bu, təkcə enerji məsələri ilə yekunlaşmır, Avropa Azərbaycanı mürəkkəb bir regionda öncül mövqeyə çıxarmağa çalışır, bunun üçün prezident İlham Əliyevdə siyasi iradə olduğunu da yaxşı anlayır. Yeri gəlmişkən, məhz Polşa və Latviya “Şimal axını-2"nin gələcək taleyində önəmli qərarlar verməyə sahibdir.

Moskvada da anlayırlar ki, Azərbaycanın siyasi və iqtisadi məsələlərdə aşkar üstün mövqeyə çıxması Bakı ilə bir sıra mühüm məsələlərdə anlaşmanı vacib edir. Rusiya istər müttəfiqləri, istər rəqibləri ilə qaba dildə danışmaq zamanının keçdiyinin fərqindədir. Rusiyanın təsir imkanları olan keçmiş sovet respublikalarında yumşaq diplomatiya xəttini seçməkdən başqa yolu qalmayıb. İndi yeni müharibə ocaqları və işğal sssenariləri Rusiyanın dünyada siyasi izolyasiyasını daha da genişləndirə bilər. Rusiyalı politoloqların Soçi görüşü haqda açıqlamalarında “Azərbaycanla dostluq və müttəfiqlik” mesajlarına üstünlük vermələri də bunun göstəricisidir.

“Rusiya haqda Avropanın qərar verən mərkəzləri nə düşünürlər” rəyini Azərbaycanın baxış bucağından dinləmək Putin üçün maraqlı ola bilməzmi? Niyə Azərbaycan?

Ermənistan Moskvanın vassalıdır və Sərkisyanın Avropa gəzintiləri erməni lobbisindən pul qopartmaqdan o yana keçmir. Gürcüstan Qərblə o qədər yaxınlaşıb ki, onlar da Rusiyaya elə Avropa Birliyindəki mühafizəkar dairələrdən fərqli baxmırlar. Azərbaycan prezidenti isə balanslı siyasət aparır və bu və ya digər hadisələrə özünün obyektiv mövqeyi var.

Rusiya jurnalistlərindən biri Bakıya bu yaxınlarda etdiyi səfərdə prezidentlə görüşmüş və maraqlı bir faktı açıqlamışdı. O, prezident İlham Əliyevə istinadən “Rusiya yox, Putin Azərbaycanı satmaz” ifadəsini işlətmişdi. Bu, ifadənin özü iki prezident arasındakı münasibətlərin hansı səviyyədə olduğunu bir daha göstərmişdi.

Bəs prezidentlər hansı məsələlərdə razılaşa bilərlər? Soçi görüşündə ən müxtəlif məsələlərin, sözsüz ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində müzakirələr də olub. Rusiya Alıxanlı hadisəsindən sonra Azərbaycanda müharibə ritorikasının artmasından narahatdır. Ermənistan Rusiyadan Azərbaycanı müharibə variantından çəkindirmək üçün az qala yalvarır ki, bunu Sərkisyanın yerli televiziyaya müsahibəsi də təsdiq etdi. Azərbaycan torpaqlarının işğaldan azad edilməsini istəyir.

Amma Soçi görüşünün əsas müzakirəsi, zənnimizcə, Qarabağ deyil, məhz Azərbaycanın Rusiyaya qarşı yeni və daha ciddi sanksiyaların verildiyi bir ərəfədə mövqeyinin bir daha dəqiqləşdirilməsi olub. İlham Əliyev isə dostlarını heç vaxt yarı yolda qoymur...
Bu gün, 09:39
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
Bu gün, 09:34
Azərbaycana 5 milyardlıq silah verdik... – Karapetyan
Bu gün, 09:31
Azərbaycan xəritəsi: Zəngəzur da daxil edildi
Bu gün, 09:27
Əraziləri qaytarmalıyıq, müharibə olmamalıdır - Paşinyan
Bu gün, 09:00
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Dünən, 23:28
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Dünən, 16:00
Rəsmi Tiflis Ermənistanın silahlanmasında İŞTİRAK EDƏCƏKMİ? - AKTUAL
Dünən, 15:30
Tiflisin Bakıya ehtiyacı var... - ÇÜNKİ...
Dünən, 14:29
NATO-nun baş katibinin Azərbaycana səfəri başa çatdı - FOTO
Dünən, 14:24
İlham Əliyev Putini təbrik edib
Dünən, 14:22
Paşinyanın daş-kəsəkli və əzablı yolu - GƏLİŞMƏ
Dünən, 14:20
Pakistan Əfqanıstanı bombaladı: çoxlu ölü
Dünən, 14:01
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb, Azərbaycan xalqını bayram münasibətilə təbrik edib - Yenilənib
Dünən, 14:00
Cənubi Qafqazda hind ehtirası - NƏ BAŞ VERİR?
Dünən, 12:37
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı
Dünən, 12:27
Türkiyə nəhəngi Qurban Qurbanovla maraqlanır
Dünən, 12:21
Azərbaycana yaz gəlir
Dünən, 12:16
Avtomobil sahibləri üçün əla fürsət - Əldən verməyin!
Dünən, 12:11
Nüfuzlu ABŞ nəşri Ermənistanı qınadı: "Azərbaycana qarşı çıxır..."
Dünən, 10:10
Şad xəbər: Sosial müavinətlər qrafikdən əvvəl ödəniləcək
Dünən, 10:00
NATO indi də Cənubi Qafqaza can atır: Bu hərbi-siyasi alyansın hədəfləri Bakının mövqeyindən asılıdır
Dünən, 09:27
Füzuli şəhərinə daha 34 ailə yola salınıb - FOTOLAR
Dünən, 09:18
NATO Azərbaycanla tərəfdaşlığının daha da gücləndirilməsində səbirsizlənir
Dünən, 09:00
Prezident: Azərbaycan-NATO tərəfdaşlığının uzun tarixi var
16-03-2024, 10:49
Bakıda yeni hava limanı tikilir - VİDEO
16-03-2024, 10:41
Prezident yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - FOTO
16-03-2024, 10:00
İcra başçıları əvəzinə xüsusi nümayəndələr - YENİ DETALLAR MƏLUM OLDU