İŞSIZLIK, ACLIQ BƏHANƏDIR-"YÜKSƏK MAAŞLA 1.6 MILYON IŞ YERI VAR. XALQ RIFAH IÇINDƏ YAŞAYIR"- İDRIS İSAYEV
Siyaset
Oxunub: 831
28 iy 2017 | 09:00
İŞSIZLIK, ACLIQ BƏHANƏDIR-"YÜKSƏK MAAŞLA 1.6 MILYON IŞ YERI VAR. XALQ RIFAH IÇINDƏ YAŞAYIR"- İDRIS İSAYEV














"Azərbaycanda qeyri-formal məşğulluqla mübarizənin gücləndirilməsi ilə paralel olaraq qeyri-formal əmək münasibətlərindən formal əmək münasibətlərinə keçidin stimullaşdırılmasına yönələn institusional və praktiki platformanın formalaşdırılması, vətəndaşların məşğulluğunun təmin edilməsi, layiqli iş yerlərinin yaradılması, onların əmək və sosial hüquqlarının qorunması, maddi və sosial tələbatlarının ödənilməsi islahatların əsas hədəflərindəndir".
"Yeniavaz.com" xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.
Nazir müavini bildirib ki, ölkə başçısı İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti respublikamızın dinamik iqtisadi inkişafına şərait yaratmaqla, bu istiqamətlərin hər biri üzrə mühüm addımların atılmasına imkan verib, məşğulluğun təmin edilməsi, yoxsulluğun azaldılması və regionların inkişafı ilə bağlı bir sıra dövlət proqramları və strategiyalar icra edilib: "Ölkəmizin həyatında yeni və sürətli inkişaf dövrü olan son 13 ildə makroiqtisadi sabitlik şəraitində sosialyönümlü iqtisadiyyatın formalaşması tam təmin edilib, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib. Bunun nəticəsində ölkədə əməkhaqqı və sosial ödənişlər dəfələrlə artıb, 1,6 milyondan çox iş yeri açılıb, yoxsulluq və işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına və vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına nail olunub, sosial cəhətdən həssas əhali qruplarının müdafiəsi gücləndirilib".
İ. İsayev qeyd edib ki, hazırda respublika həyatının bütün sahələrində gerçəkləşdirilən islahatlar yeni keyfiyyət mərhələsinə keçib və başlıca hədəflər milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində öz ifadəsini tapıb. "Əhalinin məşğulluğunun, iqtisadiyyatın rəqabətqabiliyyətli işçi qüvvəsi ilə təmin olunması, əmək bazarında çevik siyasətin həyata keçirilməsini təmin edən institutlar vasitəsilə sosial dialoqun inkişafı, inklüziv məşğulluğun artmasına nail olunması, habelə əmək resurslarından səmərəli istifadə nəticəsində əmək məhsuldarlığının yüksəldilməsi əsas strateji hədəf və prioritetlər kimi müəyyən edilib", - deyə o bildirib.
Nazir müavini xatırladıb ki, "Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" prezidentin 2017-ci il 17 mart tarixli sərəncamının tətbiqi ilə əlaqədar ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin təmin edilməsi və bu sahədə dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb. "Ölkədə əmək bazarının mövcud vəziyyətini, o cümlədən qanunvericiliyi təhlil edərək əmək münasibətlərinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla inzibatçılığın, habelə bu sahənin təkmilləşdirilməsinə dair təkliflərin və əmək münasibətlərinin rəsmiləşdirilməsi və işçilərin sosial müdafiəsinin gücləndirilməsi, qeyri-rəsmi əmək münasibətlərinin aşkar edilməsi, rəsmiləşdirilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi də daxil olmaqla, tədbirlər planının hazırlanması barədə müvafiq tapşırıqlar verilib. Bu tədbir qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasının prezidentin düşünülmüş sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən olduğunu bir daha təsdiq edir. Prezidentin bu sahədə imzaladığı sərəncam bir daha sübut edir ki, dövlətimiz qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına yönələn tədbirləri həyata keçirərək işçilərin əmək və sosial hüquqlarının qorunmasını, maddi və sosial tələbatlarının ödənilməsini təmin edəcək. Qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə, qeyri-rəsmi məşğulluqla mübarizədə nəzarət tədbirlərinin gücləndirilməsinə, bu sahədə monitorinq və təhlil sisteminin qurulmasına, məlumatlandırma və təbliğat işlərinin təşkilinə yönəldiləcək tədbirlər nəticə etibarilə yeni iqtisadi və demoqrafik vəziyyətə uyğun olaraq əmək bazarında sabitliyin təmin edilməsinə, səmərəli məşğulluq və layiqli iş imkanlarının genişləndirilməsinə, əmək bazarı üzrə institusional sistemin potensialının gücləndirilməsinə, inklüziv məşğulluğun artırılmasına, təhsil sistemi ilə əmək bazarı arasında və sosial müdafiə ilə məşğulluq arasında əlaqələrin gücləndirilməsinə xidmət edəcək. Bu tədbirlər, eləcə də Azərbaycan hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq çərçivəsində imzalanan növbəti "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı"nın prioritetləri çərçivəsində və Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyəti müstəvisində aparılan işlər nəticə etibarilə qeyri-rəsmi məşğulluğun səviyyəsinin kəskin şəkildə azaldılması sahəsində əhəmiyyətli nəticələrin əldə olunmasına gətirib çıxaracaq".
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb