İlham Əliyev xalqı iqtidara qarşı qoyan məmur balalarını bağışlamadı - Tam təfsilat
Siyaset
Oxunub: 7 897
8 avq 2017 | 00:58
İlham Əliyev xalqı iqtidara qarşı qoyan məmur balalarını bağışlamadı - Tam təfsilat












Prezident İlham Əliyev qudurğanlıq edən heç bir məmur balasını bağışlamır. Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin avtoqəzada iki nəfəri öldürməsi, onunla ötüşən fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşının bacanağının oğlu Mirməhəmməd İsmayılovun harınlığının nəticəsi də bu qəbildən oldu.

Ulus.Az ötən günün xronikasının xülasəsini xatırladaraq xəbər verir ki, hər iki gənc həbs olunub. “Qaçqınkom” sədrinin nəvəsi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib, nazirin qohumuna isə 1 ay inzibati həbs cəzası verilib.

Bununla da general Novruzəli Orucovun vəzifəsini itirməsi ilə nəticələnən və oğlunun həbsinə səbəb olan qudurğanlığı kimlər tərəfindən təkrar ediləcəksə adekvat cəzasını alacağı bir daha təsdiqini tapdı.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında da qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə etdiyi ciddi xəbərdarlıqlardan nəticə çıxarmayan, özbaşınalıq və cinayətlər törətməkdən belə çəkinməyən dövlət məmurlarına və onların ailə üzvlərinə hələ də rast gəlinir.

Odur ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bir daha bildirir ki, tutduğu vəzifəsindən, etdiyi xidmətlərdən və nüfuzundan asılı olmayaraq dövlət başçımızın məlum tələblərinə etinasız yanaşan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək.

Ulus.Az xəbər verir ki, bu hallar davam edərsə, daha sərt addımlar atılacağı istisna deyil. Prezident məmurları övladlarını tərbiyəli olmağa çağırır. Ölkə başçısı və ailəsi cəmiyyətə bir nümunədir.

Dövlət rəhbəri hər zaman təvazökar olmağa çalışıb, köçkünlərin, aztəminatlı ailələrin yanında olub, ailəsi xeyirxah əməlləri ilə, imkansız insanlara köməyi ilə rəğbət qazanıb. Bu gün müalicəyə, əməliyyata, dərmana pulu olmayan insanlar var.

Prezident və ailəsi həmişə bu insanlara dəstək verir. Ancaq harınlamış və qudurmuş bəzi məmur balaları yaxşılıq etmək əvəzinə pislik edərək insanların həyatına son qoyurlar, onları təhqir edirlər, cəmiyyəti hökumətin üstünə qaldırırlar, aqressiya və gərginlik yaradırlar, seçkiyə 1 il qalmış ölkəni ayağa qaldırmağa yönəlik təhrikedici addımlar atırlar.

Ona görə də prezident sözünün üstündə durub və nalayiq hərəkətlər edənlər əsl əfv olunmayacaq. Ən kiçik xətası olan həbsə gedəcək, məmur valideyn işini itirəcək. İndi gözlənti də məhz budur ki, Ə.Həsənovla bağlı hansı qərar veriləcək.

Nəzərə almaq lazımdır ki, bəzi xarici dairələr Azərbaycanda təxribatlar törətmək, seçkiqabağı ölkəni qarışdırmaq üçün dəridən-qabıqdan çıxırlar.

Məmur uşaqlarının bu cür özbaşınalıqları da zəmin yaradır ki, əhalini qızışdırıb hökumətin üstünə qaldırsınlar.

Məsələnin mahiyyəti başqadır və söhbət qudurğan məmur balalarının yüz minlərlə dollarlıq maşınlarda heç bir qaydalara məhəl qoymadan şütüyərək sözün əsl mənasında terror əsdirməsindən gedir.

Belələrinin şəhərin mərkəzində saatda 180-220 kilometr sürətlə şütüyərək sfetoforun qırmızı işığında keçməsi və qəza törətməsi, yaxud hansısa mağazaya, kafeyə girməsi barədə çoxsaylı insidentlər qeydə alınıb.

Qudurğan məmur balaları təkcə yüksək sürətlə şütüyüb qarşısına keçənləri tapdalamır, onlar elə-belə, kefləri yaxşı olanda qarşılarına keçənləri gülləyə də tuta bilirlər.
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır