Azərbaycanın parlament diplomatiyası - nələr etmişik?
Siyaset
Oxunub: 727
14 avq 2017 | 13:00
Azərbaycanın parlament diplomatiyası - nələr etmişik?














Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları Azərbaycanın beynəlxalq fəaliyyətində önəmli rol oynayır

Bəs, Azərbaycanla bağlı məsələlərin, həqiqətlərin çatdırılmasında Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları tərəfindən hansı addımlar atılır?

Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-ABŞ, Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə qeyd edib ki, Braziliya parlementində Azərbaycanın ərazi bütövlüyünün tanınması və ərazisinin işğalı ilə bağlı çıxışlar edib.

“İşçi qrupun Braziliya səfəri olub. Parlament rəhbərliyi ilə müxtəlif görüşlər keçirilib. Azərbaycan parlament diplomasiyası son illərdə öz işini gücləndirib. İşçi qruplarının sayı artıb və onlar Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün iş görür, görüşlər keçirir. Bu istiqamətdə parlament diplomatiyasını gücləndirərək Azərbaycanın mövqeyinin daha da möhkəmlənməsinə çalışırıq. Həmçinin ABŞ və Avstriya parlamentariləri ilə görüşümüz zamanı da Dağlıq Qarabağla, Xocalı soyqrımı ilə bağlı məsələlər qaldırılır. Düşünürəm ki, deputatlarımız Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında çox böyük işlər görürlər”.

Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məlahət İbrahimqızı bildirib ki, Milli Məclisin beynəlxalq əlaqələr istiqamətində çox böyük nailiyyətləri var.

“Parlamentlərarası əlaqələrimiz daha da genişlənib. Dünyanın elə bir güşəsi yoxdur ki, orada Azərbaycan deputatları ilə həmin ölkənin parlamentariləri arasında görüşlər, qarşılıqlı səfərlər olmasın. ABŞ-ın bir sıra ştatında Azərbaycan nümayəndə heyətinin iştirakı ilə keçirilən tədbirlər, konfranslar, Xocalı soyqırımını anma mərasimi, həmçinin həm Bakıda, həm də Vaşinqtonda Azərbaycan-ABŞ əlaqələrinə həsr olunan bir sıra konfranslar keçirilib.

ABŞ-ın 20-ə yaxın şatatı Xocalı soyqırımını tanıyıb və düşünürəm ki, bu, ən böyük uğurlarımızdan biridir. Cənubi Amerika ölkələri sırasında Xocalı soyqırımını tanıyan ölkələrin sayı artır. Azərbaycan parlament heyətlərinin orada çıxışları zamanı Dağlıq Qarabağ bir nömrəli məsələ kimi öz əksini tapır.

Xüsusilə Avropa Şurası, ATƏT, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarda Dağlıq Qarabağ məsələsinin qaldırılması çox böyük əhəmiyyət daşıyır. Azərbaycan haqqında reallıqları Avropa ictimaiyyətinə, avropalı həmkarlarımıza hər zaman deputatlarımız geniş məlumatlar verirlər. Ermənistanın işğalçı bir ölkə olmasını dünyaya sübut edirlər”.

Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə deyib ki, bu qrup xətti ilə bir neçə dəfə Tacikistana səfər edib.

“Tacikistanda olduğum dövrdə parlamentin rəhbəri, rəsmi və ictimaiyyət üzvləri ilə görüşlər keçirmişəm. Həmin görüşlərdə Azərbaycan haqqında, Ermənistanın torpaqlarımızı işğal etməsi ilə bağlı məlumat vermişəm. Eyni zamanda Azərbaycanda müddətini başa vurmuş Tacikistan səfiri ilə görüşlərim olub. Həmin görüşlərdə də Azərbaycan həqiqətləri ilə bağlı məsələlərə toxunmuşam.

Həmçinin Tacikistana etdiyimiz səfərlər zamanı, parlamentarilərlə görüşlər zamanı da Ermənistanın torpaqlarımızı işğal etməsi ilə bağlı onlara məlumat vermişəm. Bildiyiniz kimi mən 8 işçi qrupunun üzvüyəm. Bununla bağlı Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında heç bir ölkə ilə fərq qoymuram. Görüşlərimizin, münasibətlərimizin hər birində Azərbaycanla bağlı obyektiv və dolğun informasiyaların verilməsinə çalışırıq. Həmçinin ölkələrin parlamentariləri, universitet müəllimləri, tanınmış insanları, keçmiş dövlət xadimləri ilə görüşlərdə də bu məsələnin onların diqqətinə çatdırılmasına nail olmaq istəyirik. Düşünürəm ki, deputatlarımız Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında çox böyük işlər görürlər”. [b][/b]
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb