Milli Məclisin “üz qaraldan” deputatları - Akvariumunda delfin saxlayan, iş adamını intihar həddinə çatdıran, müəllimləri həbs etdirən…
Siyaset
Oxunub: 626
16 avq 2017 | 09:28
Milli Məclisin “üz qaraldan” deputatları - Akvariumunda delfin saxlayan, iş adamını intihar həddinə çatdıran, müəllimləri həbs etdirən…













V çağırış Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətə başlamasından iki il keçir. İki ilin yekununda dövlətimizin ali qanunverici orqanının fəaliyyəti, ölkənin ictimai-siyasi həyatındakı rolu, parlamentdə təmsil olunan millət vəkillərinin işgüzarlığı heç şübhəsiz ki, ölkə ictimaiyyətinin xüsusi diqqətindədir.

Parlamentin fəaliyyətini daima diqqət mərkəzində saxlayan Editor.az millət vəkillərinin tətilə çıxaraq istirahət etdiyi bir dönəmdə gündəlik müşahidələr və mətbuatın monitorinqi vasitəsilə onların fəaliyyətinə olan ictimai münasibəti araşdırmağa çalışıb.

Araşdırmalar göstərib ki, ümumilikdə spiker Oqtay Əsədovun rəhbərliyi altında Milli Məclis kifayət qədər uğurla fəaliyyət göstərərək, respublikamızın ictimai-siyasi həyatında aktiv rol alıb. İstər ölkəmiz üçün zəruri olan qanunvericilik aktlarının hazırlanması, istərsə də dövlətçilik maraqlarının qorunması baxımından parlament və millət vəkilləri prinspial mövqe nümayiş etdiriblər.

Lakin bununla belə 2 illik dönəmdə bir sıra deputatlar yalnız fəaliyyətsizlikləri və gündəmə gəldikləri qalmaqallarla yadda qalıblar.
Millət vəkilləri Hadi Rəcəbli, Astan Şahverdiyev, Hüseynbala Mirələmov bu mənada digər həmkarlarını “üstələyərək”, xüsusi diqqət çəkiblər. Onların zaman-zaman mətbuata verdikləri qalmaqallı açıqlamalar uzun müddət müzakirə mövzusuna çevrilərək, vətəndaşların ciddi hiddətinə səbəb olub.

Mətbuatda yer alan məlumatlar göstərir ki, bir sıra millət vəkilləri isə ümumiyyətlə Milli Məclisin iclaslarında çıxış etmir, hər hansı qanunvercilik təşəbbüsü irəli sürmür, ciddi cəhdlə seçiciləri və ictimaiyyət nümayəndələri ilə təmasdan yayınırlar. Bu qəbildən olan deputatlar medianın gündəminə yalnız barələrində səsləndirilən şikayətlər və qalmaqallar vasitəsilə gəlirlər.

Editor.az bu millət vəkillərinin siyahısını və haqlarında mətbuata sızan ittihamları hissə-hissə oxucularına təqdim edir:
Milli Məclisin “üz qaraldan” deputatları - Akvariumunda delfin saxlayan, iş adamını intihar həddinə çatdıran, müəllimləri həbs etdirən…

Rüstəm Xəlilov ( 64 saylı Sabirabad ikinci seçki dairəsi): Milli Məclisin veteran deputatı statusunu qazanmaqda olan Rüstəm Xəlilov da medianın ən çox tənqid hədəfində olan millət vəkillərindəndir. R. Xəlilovun millət vəkili mandatı daşıdığı 12 ildə parlamentin iclaslarında demək olar ki, çıxış etməməsi, seçicilərlə aktiv təmasa həvəsli olmaması, barəsində yayılan çoxsaylı şikayətlər və jurnalistlərdən ciddi cəhdlə uzaq gəzməsi onu medianın tənqid hədəfinə çevirən əsas səbəblərdir. Deputatla bağlı “Google” beynəxalq axtarış şəbəkəsində apardığımız qısa araşdırma zamanı qarşımıza çıxan ilk xəbər başlıqları belədir:

“Oğlu maliyyə xəyanətində, özü deputatlıq eşqində-Rüstəm Xəlilov niyə yenə deputat olmaq istəyir?”(afn.az); “Rüstəm Xəlilov YAP-ın nüfuzuna xələl gətirir – Deputatın seçiciləri belə düşünürlər”(liderinfo.az); “Deputat Rüstəm Xəlilovun “cəza dəstələri” Sabirabadda fəaliyyətə keçib(azerbaycaninfo.az); “Rüstəm Xəlilov üçün yolun sonu göründü(yenicag.az); “Deputat müəllimləri həbs etdirib?(qafqazxeber.az); “Sabirabadın yenilməz Rüstəm bəlası – ARAŞDIRMA(realliq.info); “Deputat Rüstəm Xəlilov: “Məni mənəvi cəhətdən sındıra bilməyiblər(modern.az);
Milli Məclisin “üz qaraldan” deputatları - Akvariumunda delfin saxlayan, iş adamını intihar həddinə çatdıran, müəllimləri həbs etdirən…

Əsabil Qasımov (79 saylı İmişli seçki dairəsi): Əsabil Qasımovun da adı tez-tez Milli Məclisin iri biznesmen deputatları və qalmaqallı üzvləri sırasında çəkilir. “Karat Holdinq”in sahibi olan millət vəkilinin seçicilərlə görüşlərini, Milli Məclisdə çıxışlarını əks etdirən hər hansı məlumata rast gəlinmir. Deputatla bağlı “Google” beynəxalq axtarış şəbəkəsində apardığımız qısa araşdırma zamanı qarşımıza çıxan ilk xəbər başlıqları belədir:

“Deputatın biznesində şok maxinasiya: “Əsabil dedi ki, qardaşını həbsdə çürüdəcəm…”(virtualaz.org); “Deputatın oğlu kimə zor tətbiq edib? – Əsabil Qasımov haqda şok iddia”(mia.az); “Deputat Əsabil Qasımovdan prezidentə şikayət olundu “(millet.az); “Deputat Əsabil Qasımov Rusiyada 1,5 milyarda sanatoriya tikdirib”(gundeminfo.az); “ŞOK: Karmen” ununu Ermənistanda “Armen” adı ilə satışa çıxaran kimdir? – Əsabil Qasımov haqda ilginc iddialar”(azertaym.az); “Deputat Əsabil Qasımov un məmulatlarını bahalaşdırdı”(azerbaycaninfo.az); “Oliqarx-deputat Əsabil Qasımov iş adamını intihar həddinə çatdırıb”(xezernews.az); “Əsabil Qasımov: Azərbaycanda perspektiv üçün yeni inkişaf kursu müəyyənləşdirilib”(yap.org.az)
Milli Məclisin “üz qaraldan” deputatları - Akvariumunda delfin saxlayan, iş adamını intihar həddinə çatdıran, müəllimləri həbs etdirən…

Ağalar Vəliyev (97 saylı Goranboy – Ağdam – Tərtər seçki dairəsi): Artıq 7 ildir ki, parlamentdə təmsil olunan A.Vəliyevi ictimaiyyət millət vəkilindən daha çox iş adamı və “Azəraqrartikinti” ASC-nin rəhbəri kimi tanıyır. Mətbuatın monitorinqi göstərir ki, Ağalar Vəliyevi də Milli Məclisin ən qalmaqallı və qanunverici orqana nüfuz gətirməyən deputatlarından biri hesab etmək olar. Deputatla bağlı “Google” beynəxalq axtarış şəbəkəsində apardığımız qısa araşdırma zamanı qarşımıza çıxan ilk xəbər başlıqları belədir:

“Villası ilə Prezident Sarayını kölgədə qoyub, akvariumunda delfin saxlayan “Alabala”- Ağalar Vəliyev”(Yenicag.az); “Millət vəkili Ağalar Vəliyev Eldar Mahmudovun “toru”na necə düşüb?”(miq.az); “Ağalar Vəliyevin biznes gizlinləri, villası və mandat “legitimliyi” – ARAŞDIRMA”(arqument.az); “Deputat Ağalar Vəliyev şirkətində “şpion” axtarır”(liderinfo.az); “Ağalar Vəliyev bir ailənin faciəsinə səbəb ola bilər…”(bakunews.az); Deputat Ağalar Vəliyev yaralı tankçıya baş çəkib(azpolitika.info); “İcra başçısıyla deputat arasında qalmaqal – 4 hinduşkaya DSK sədri postu?” (aznews.az);

QEYD: Yazıda əksini tapan məlumatlar və məqalə başlıqları dövrü mətbuatda yayımlanıb və bir çoxu rəsmi şəkildə təkzib edilməyib.

(Editor.az-ın Araşdırma Qrupu)
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi