Hikmət Hacıyev: Ermənistan barbar siyasətini davam etdirir
Siyaset
Oxunub: 554
20 avq 2017 | 13:08
Hikmət Hacıyev: Ermənistan barbar siyasətini davam etdirir














19 avqust dünya humanitar günü ilə əlaqədar BMT Baş Katibinin “mülkü insanlar münaqişələrdə hədəf olmamalıdır” (civilians in conflicts are #NotATarget) başlıqlı çağırışını dəstəkləyirik


Ölkə.Az xəbər verir ki, bu sözləri 19 avqust dünya humanitar günü ilə əlaqədar XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsində mülki insanlarının hədəfə çevrilməsindən ən çox əziyyət çəkən dövlətlərdən biridir: “Ermənistanın Azərbaycana qarşı davam edən müharibəsi nəticəsində beynəlxalq humanitar hüququn öhdəliklərini kobud şəkildə pozaraq Ermənistan tərəfindən mülki Azərbaycan əhalisinə qarşı qəsdən və məqsədyönlü şəkildə hərbi cinayətlər, insanlıq əleyhinə cinayət və soyqırım əməlləri törədilib. İşğal olunmuş ərazilərdən bir milyondan artıq Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulması, Xocalı soyqırımı, 4000 nəfərdən artıq Azərbaycanlının hələ də itkin düşmüş vəziyyətdə olması bunun bariz sübutlarıdır. Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki insanları qəsdən hədəfə alaraq Ermənistan bu barbar siyasətini davam etdirir. 2016-cı ilin aprelində Ermənistanın bu kimi hücumları nəticəsində 30-dan artıq mülki şəxs yaralandı və aralarında uşaq da olmaqla 6 nəfər həlak oldu. Bu ilin 4 iyulunda Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində azyaşlı qızcığaz Zəhra Quliyeva və onun nənəsi həlak oldu, daha bir mülki şəxs ağır yaralandı. Bu cinayətə görə beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınaqla üzləşməsinə baxmayaraq Ermənistan bu günlərdə yenə təxribat törədərək daha bir uşağın yaralanmasının səbəbkarı oldu.

Mülki Azərbaycan əhalisinə qarşı törətdiyi bu cinayətlərə görə bir dövlət olaraq Ermənistan Respublikası ilə bərabər onun siyasi-hərbi rəhbərliyi də məsuliyyət daşıyır.

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində müstəqilliyinin ilk illərində Azərbaycan II Dünya müharibəsindən sonra Avropanın ən böyük humanitar fəlakəti ilə üzləşdi. Ona görə də 19 avqust dünya humanitar günü münaqişədən əziyyət çəkən mülki insanlara yardım göstərilməsi baxımdan da Azərbaycan üçün əlamətdardır. Biz həmin dövrdə Azərbaycanlı qaçqın və məcburi köçkünlərə yardım göstərən BMT-nin müvafiq strukturları və onların əməkdaşlarının dəstəyini yüksək qiymətləndiririk.

Azərbaycan bu gün əldə etdiyi inkişaf sayəsində humanizm prinsiplərinə sadiq olaraq beynəlxalq humanitar missiyaları dəstəkləyir. Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə müxtəlif qitələrdə humanitar yardım və davamlı inkişaf layihələrini həyata keçirirlər”.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO