“Putinlə İlham Əliyev arasında münasibətlər yaxşı səviyyədədir” — Pənah Hüseynlə sensasion müsahibə
Siyaset
Oxunub: 585
21 avq 2017 | 11:15
“Putinlə İlham Əliyev arasında münasibətlər yaxşı səviyyədədir” — Pənah Hüseynlə sensasion müsahibə














Onu Azərbaycanın ən təcrübəli siyasətçilərindən biri hesab etmək olar. Amma təcrübəsinə rəğmən hələ də gənclik çılğınlığını qoruyub. Hər halda söhbət əsnasında bəzi suallarımıza verdiyi reaksiyalar bunu deməyə əsas verir

Beləliklə, “Ölkə.Az” xəbər portalının suallarını Azərbaycanın keçmiş Baş naziri (aprel 1993 – iyun 1993-cü il tarixlərində), Milli Məclisin sabiq deputatı Pənah Hüseyn cavablandırır:

“Qlobal böhranlar Azərbaycana da təsir edəcək”

– Gələn il Azərbaycanda prezident seçkiləri keçirilməsi nəzərdə tutulur. Seçki öncəsi vəziyyəti necə qiymətləndirirsiniz?

– Gələn il Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı insanları əsasən bir məsələ xüsusi maraqlandırır. İnsanlar düşünürlər ki, görəsən indiki Prezidentin növbəti dəfə də namizədliyi irəli sürüləcəkmi? Görünür ki, indi bu məsələ bütün təbəqələri maraqlandırır. Hazırda isə seçki ərəfəsi əsas diqqət çəkən hadisə bundan ibarətdir.

Bütövlükdə baxsaq, hazırda dünya böyük sarsıntılar və toqquşmalar içərisindədir. Bunun ayrı-ayrı ölkələrdə və cəmiyyətlərdə üzə çıxmasını da narahatlıqla izləyirik. Bu baxımdan da sözügedən qlobal böhranların regiona, o cümlədən Azərbaycana da təsir edəcəyi məsələsini kənara qoymaq olmaz. Əgər bu gün Azərbaycanda seçkidən danışmağın mənasız olduğunu düşünsək də 5-6 ay sonra hansı vəziyyətin olacağını dəqiq proqnoz etmək çətindir. İstənilən an vəziyyət dəyişə bilər. Ona görə də Azərbaycanda seçki öncəsi vəziyyət fırtınadan əvvəlki sakitçiliyi xatırladır. Qlobal və regional problemləri kənara qoysaq, bu gün Azərbaycanın daxilində də siyasi-iqtisadi və elitaarası böhranların yarandığını müşahidə edirik. Bu cür proseslər istənilən an nəzarətdən çıxa bilər.

“Rusiyanın Azərbaycanda keçiriləcək seçkilərə müdaxiləsinə inanmıram”

– Azərbaycanda keçiriləcək seçkilərə Rusiyanın müdaxilə imkanları nə qədərdir?

– Ümumiyyətlə, indiki vəziyyətdə Rusiyanın Azərbaycanda keçiriləcək seçkilərə müdaxiləsinə inanmıram. Çünki indi Azərbaycan iqtidarının apardığı siyasət Rusiyanı qane edir. Ona görə də düşünmürəm ki, Rusiya Azərbaycanda seçkilərə müdaxilə edəcək və sairə.

“Putinlə İlham Əliyev arasında münasibətlər yaxşı səviyyədədir”

– Amma 2013-cü ildə keçirilən seçkilərdə Rusiyanın Azərbaycana təzyiqləri müşahidə olunmuşdu. Bunu bir çox iqtidar və müxalifət nümayəndələri də etiraf etmişdi...

– Nə olsun ki, 2013-cü ildə Rusiyanın seçkilərə təsiri olub? Nəticədə yenə də İlham Əliyev prezident seçilib. Həmin vaxt Rusiya prezidenti Vladimir Putin də Bakıya gəlib İlham Əliyevlə görüşmüşdü. Təkcə bu onu göstərir ki, hazırda Putinlə İlham Əliyev arasında münasibətlər yaxşı səviyyədədir. Yəni, hazırda Azərbaycan və Rusiya bir-birinin maraqlarına cavab verirlər. Bütün bunlar isə Azərbaycan müxalifətinin zərərinə işləyən məqamlardır. İndi yenidən Azərbaycanda keçiriləcək prezident seçkilərinə guya Rusiyanın təsir edəcəyi ilə bağlı məsələlər ortaya atılır. Bu heç də belə deyil. Real müxalifət bu məsələni düzgün qiymətləndirməlidir.

“Rusiyanın Rüstəm İbrahimbəyovu Azərbaycanda hakimiyyətə gətirmək istəyi blef idi”

– 2013-cü ilin prezident seçkilərində Milli Şuranın namizədi olan Rüstəm İbrahimbəyov Rusiyada yaşaya-yaşaya Azərbaycan prezidentliyinə namizəd olmaq istəyirdi. Ancaq ona pasport verilmədi. Sizə elə gəlmirmi ki, Rusiya həmin vaxtı həm müxalifəti aldatmışdı, həm də bu yolla Azərbaycan iqtidarına da təzyiq göstərirdi?

– Mən sizinlə qəti razı deyiləm. Rusiyanın Rüstəm İbrahimbəyovu Azərbaycanda hakimiyyətə gətirmək istəyi blef idi. Sonradan da çoxlarının ağızına söz düşdü ki, Rusiya Azərbaycana təzyiq edəcək və sairə. Hesab edirəm ki, artıq bu məsələ ictimai rəyə təsir göstərmir.

“Sürət Hüseynov Rusiyadan olan adamların köməyi ilə siyasi dövlət çevrilişinə cəhd edib”

– Son vaxtlar Sürət Hüseynovun, Rəhim Qazıyevin və digər bu kimi şəxslərin gündəmə gəlməsi də Rusiyanın Azərbaycana təzyiqi kimi qiymətləndirilir. Bu məsələ ilə bağlı sizin düşüncələriniz nədən ibarətdir?

– Bilirsiniz, Sürət Hüseynovla bağlı məsələyə artıq cavab verdiyim üçün daha bu barədə danışmaq istəmirəm.
Rəhim Qazıyevi deyə bilmərəm, amma Sürət Hüseynovun indiki iqtidara loyal münasibəti əslində onun haradan qaynaqlanmasını göstərir.
Bilirsiniz ki, indiyədək Azərbaycanda bir neçə dəfə inqilab olub. Onlardan biri də xaricdən - Rusiyadan olan adamların köməyi ilə Sürət Hüseynov tərəfindən törədilən siyasi dövlət çevrilişidir.

Rəhim Qazıyevlə bağlı məsələ isə bir qədər fərqlidir. O, 1992-1993-cü illərdə Azərbaycanda iqtidarda olan hakimiyyətin komandasının vəzifəli üzvlərindən biri olub. Onunla bağlı məsələ şəxsi motivlərlə bağlıdır. Rəhim Qazıyevin hazırda Azərbaycan iqtidarına xidmət etməsi qənaətində deyiləm. Çünki Rəhim Qazıyevin indiki iqtidara qarşı tənqidi fikirləri bunu deməyə əsas verir. Ancaq bütün bunlar onun müsbət rolu olmasından xəbər vermir. Hesab edirəm ki, Rəhim Qazıyev 1992-1993-cü illərdə olduğu kimi, yenə də Azərbaycanın milli maraqlarına və mənafelərinə uyğun olmayan fəaliyyət göstərir. Çünki onun AXC-Müsavat və Əbülfəz Elçibəy hakimiyyəti və komandası haqqında söylədiyi xoşagəlməz fikirləri bunu deməyə əsas verir. Ona görə də Rəhim Qazıyevin fəaliyyəti Azərbaycanın milli və demokratik qüvvələrinin əleyhinədir. Azərbaycanın demokratik və milli maraqları strateji maraqlara uyğun olduğu üçün bu həm də Azərbaycanın dövlət maraqlarına qarşı olan mövqedir.

“Rəhim Qazıyev hakimiyyətdə olduğumuz dövrdə vəzifəsindən azad olunub”

– Sülhəddin Əkbər Rəhim Qazıyevi AXC-Müsavat hakimiyyəti dövründə vətənə xəyanət etməkdə ittiham edir. Siz bu ittihamlarla razısınız?

– Bilirsiniz, istənilən addımın hüquqi və siyasi məzmunu olur. Hesab edirəm ki, həmin dövrdə Əbülfəz Elçibəy hakimiyyətinə qarşı mübarizə aparmaq və onun devrilməsinə xidmət etmək Azərbaycanın milli və dövlət maraqlarına tam zidd idi. Bununla bağlı istənilən siyasi xarakterli ifadələr də işlətmək mümkün idi. Bu baxımdan da 1993-cü ilin hakimiyyət dəyişikliyinə dəstək vermək hüquqi mənada milli xəyanət idi.

Digər tərəfdən isə istənilən hakimiyyət daxilində müəyyən qruplar və ya şəxslər olur ki, onlar illərlə o hakimiyyətdə vəzifədə işləyirlər. Ancaq onlara görə müəyyən fikirlərin yaranması ilə razı deyiləm. Çünki Rəhim Qazıyev bizim hakimiyyətdə olduğumuz dövrdə vəzifəsindən azad olunub. Biz hələ iqtidarda idik, Rəhim Qazıyev müdafiə naziri vəzifəsindən getmişdi.

“Nazirlər öz yerlərinə övladlarının təyin edilməsinə çalışırlar”

– Razılaşırsınızmı ki, Azərbaycanda bir çox müxalifət partiyalarının özündə belə demokratik mühit yoxdur? Misal üçün siz 19 ildir ki, partiya sədrisiniz..

– Mən bununla qəti razı deyiləm. Ayrı-ayrı inkişaf etmiş demokratik ölkələrdə də partiya sədrinə fərqli münasibət var. Misal üçün, Türkiyədə partiyanın böyük-kiçikliyindən asılı olmayaraq, partiya sədrinə münasibət yüksək səviyyədədir.

Siz müxalifət partiyalarının daxilində guya demokratiyanın olmadığını düşünürsünüz. Bu doğru deyil. Deyirsiniz ki, partiya liderləri nə üçün dəyişmir? Məgər prezident dəyişib? Bu cür yanaşmalar düzgün deyil. Ümumiyyətlə, hakimiyyətlə müxalifətdə olan siyasi partiyaların Nizamnamələrinin müqayisəsi yanlışdır. Hakimiyyətdə olmağa müəyyən vaxt qoyula bilər. Siyasi partiya sədrləri üçün isə bunu tələb kimi qoymaq düzgün deyil. Bu həm də müasir demokratiyanın əsas funksiyalarından biridir.

Mən sizə bir həqiqəti deyim. Əgər Azərbaycanda vəzifəli şəxslərin öz qohumlarını yüksək vəzifələrə təyin etməsinin qarşısı alınmasa, yaxın illərdə nazirlər açıq şəkildə öz yerlərinə övladlarını, qohumlarını hazırlayacaqlar. Artıq əksər nazirlərimiz də qocalıb. Yəqin ki, gec-tez əvəz olunacaqlar. İnanın ki, nazirlər öz yerlərinə övladlarının təyin edilməsinə çalışırlar. Əgər bu prosesin qarşısı alınmasa, vəziyyət adiləşəcək. Azərbaycanda da bu prosesin başlanması istisna deyil. Sözümün canı da odur ki, bu məsələni qoyub, siyasi partiya sədrlərini neçə illərdir ki, sədrlikdən getməməklə bağlı günahlandırmaq absurddur. Mən 1998-ci ildən partiya sədriyəm. Ancaq burada heç bir qəbahət görmürəm. Digər tərəfdən isə arada mən bir müddət partiya sədri olmamışam, məni əvəz ediblər.
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi