Qənirə Paşayeva Qurban bayramını ön cəbhədə əsgərlərimizlə birlikdə qeyd etdi
Siyaset
Oxunub: 620
2 sen 2017 | 21:05
Qənirə Paşayeva Qurban bayramını ön cəbhədə əsgərlərimizlə birlikdə qeyd etdi













Millət vəkili Qənirə Paşayeva Qurban bayramı münasibətilə Tovuz rayonunda, Ermənistanla ön cəbhədə yerləşən "N” saylı hərbi hissədə əsgərlərlə görüşüb və onların bayramını təbrik edib. Əsgər və zabitlər qarşısında çıxış edən millət vəkili Qənirə Paşayeva onları Qurban bayramı münasibətilə təbrik edib.

Qurban bayramının hikmətlərindən danışan millət vəkili Qənirə Paşayeva hər bir hərbçiyə dualarına çatmalarını diləyib. Qənirə Paşayeva deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır: "Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaq və o gözəl bölgələrimizdə də bu gün Cocuq Mərcanlıda qeyd edə bildiyimiz kimi Qurban bayramını qeyd edəcəyik. Aprel döyüşləri və zəfəri bir daha bütün dünyaya ordumuzun artan gücünü göstərdi.
Dostlar sevindi, düşmənlər ciddi təşvişə düşdülər.Ordumuzun daha da inkişafı istiqamətində böyük işlər görülür və inşallah ordumuz bundan da daha güclü olacaq. Sizin Vətənimizi qorumaq istiqamətində ruh yüksəkliyiniz isə xüsusi əhəmiyyət daşıyır. İnşallah torpaqlarımızı işğldan azad edib, bayramlarımızı əsl bayram kimi bütün torpaqlarımızda sevinclə qeyd edəcəyik. Allah bu yolda dövlətimizə, millıətimizə və ordumuza yardımçı olsun!”. Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov da əsgər və zabitləri bayram münasibəti ilə təbrik edib, Ali Baş Komandanın rəhbərliyi ilə ordu quruculuğunda görülən işləri xüsusi vurğulayıb və qələbəyə az qaldı, torpaqlarımızı mütləq işğaldan azad edəcəyik deyib. Daha sonra xidmətdə fərqlənən əsgər və zabitlərə hədiyyələr və millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu kitablar təqdim edilib.Q.Paşayeva yeni çapdan çıxmış kitabının ilk nüsxələrini məhz əsgər və zabitlərə hədiyyə etmək istədiyini deyib və onlara kitabları hədiyyə etməkdən məmun olduğunu deyib. Tədbir bədii hissə ilə davam edib. Millət vəkili Q.Paşayeva və Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov hərbiçilərimizlə və övladları xidmət edən bəzi valideynlərlə də görüşüblər. Validenylər övladlarının hərbi xidmətindən və yaradılmış şəraitdən razılıq ediblər.
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...