“Eldar Mahmudov bizdən nə istəyirdi?!”- İntihar edən polkovnikin qardaşı
Siyaset
Oxunub: 608
21 sen 2017 | 09:41
“Eldar Mahmudov bizdən nə istəyirdi?!”- İntihar edən polkovnikin qardaşı













Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə və 2014-cü ildə "Azərsu” ASC-də iqtisadçı vəzifəsində işləmiş Mətləb Mustafayevin apellyasiya şikayəti üzrə məhkəmə davam etdirilib.

AZXEBER.COM xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə Bakı Hərbi Məhkəməsindən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) antiterror mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və digər əməkdaşı, polkovnik-leytenant Azər Mehdiyevin cinayət işinin materialları tələb olunub.

Hakim bildirib ki, həmin cinayət işində M.Mustafayevə aid olan şahidlərin ifadələri Bakı Hərbi Məhkəməsindən alınıb və hazırkı işə əlavə olunub.

Daha sonra M.Mustafayevin vəkili Adəm Məmmədov qeyd edib ki, müvəkkilinin əməlində heç bir cinayət tərkibi yoxdur. Onun sözlərinə görə, M.Mustafayevin MTN-in Antiterror Mərkəzinin əməkdaşları tərəfindən həbs edilməsi qabaqcadan qurulmuş oyundur.

Daha sonra çıxış edən Mətləb Mustafayev bildirib ki, 2014-cü ildə MTN-də işləyən kiçik qardaşı Malik Mustafayevlə birgə nazirliyə gedib: "Həmin vaxt qardaşım bildirdi ki, nazir Eldar Mahmudov məni yanına çağırır. Çünki Eldar Mahmudov qardaşımdan məni soruşmuşdu. Mənim Kərəm Həsənovla niyə yola getmədiyimi, işdən qanunsuz çıxarılmağım barədə Xətai rayon Məhkəməsinə, "Xalq”, "Respublika” və "Azərbaycan” qəzetlərinə müraciət etməyimi irad tutub. Mənim nazirliyə gəlməyimi istəmişdi. Maliklə gəldim, məni Elçin Quliyev və İlqar Əliyev qəbul elədi”.

Mətləb Mustafayev qeyd edib ki, 2014-cü il sentyabrın 11-də Antiterror Mərkəzinin əməkdaşları tərəfindən həbs edilib: "Görülən əməliyyatlara əsas rəhbərliyi İlqar Əliyev edib. Sentyabrın 10-da Eldar Mahmudov daxili rabitə telefonu vasitəsilə Elçin Quliyevə zəng edib bildirib ki, Mətləb Mustafayevin evində tapança olması barədə əməliyyat məlumatı var. Bundan bir həftə sonra nazir yenə də eyni qayda vasitəsi ilə Elçin Quliyevə bacımın evində silah olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirib. Bütün bunları məhkəmədə Azər Mehdiyev açıqlayıb”.

MTN işində zərərçəkən çıxışında nazir müavinləri olmuş Hilal Əsədova, Əli Şəfiyevə və Elçin Əliyevə, həmçinin, idarə rəisləri olmuş – " Əlimusa Əliyevə, Məzahir Yaqubova, Nəcməddin Həmidova, Pərviz Səfərova, Mövlan Şıxəliyevə müraciət edib: "Bu şəxslərdən soruşmaq istəyirəm ki, nə səbəbdən nazir Eldar Mahmudovun qanunsuz hərəkətlərinə "dayan” deməyə cürət etməyiblər? Eldar Mahmudov məndən və qardaşımdan nə istəyib? Ona Cəbrayıl rayonu işğal olunan zaman oradan gətirdiyimiz iki dəst yorğan-döşək lazım idi? İstəyərdi, ona verərdik. Fikirləşərdik ki, həmin yorğan-döşəyimiz də işğal altında olan kəndimizdə qalıb. Nazir Eldar Mahmudovun biz iki qardaşa qarşı bu qədər müsibətlər etməkdə məqsədi nə olub?”

lent.az
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO