Ermənilər Ermənistandan qaçır - hava limanlarında bilet xaosu
Siyaset
Oxunub: 790
30 sen 2017 | 13:13
Ermənilər Ermənistandan qaçır - hava limanlarında bilet xaosu














İşğalçı Ermənistanda daxili ictimai-siyasi durum günbəgün ağırlaşmaqda davam edir. Düşmən ölkədə indi artıq təkcə övladları boş yerə Qarabağda öldürülmüş əsgər anaları deyil, tələbələr və vəkillər də, digər sosial təbəqələrin təmsilçiləri də, kəsəsi, hamı vaxtaşırı etiraz aksiyaları keçirir, etirazın bir forması kimi tez-tez aclıq aksiyalarına əl atırlar.

Ermənistandan bu yöndə gələn xəbərlər faktiki surətdə ölkənin böyük sosial-siyasi partlayış ərəfəsində olduğuna şəhadət verir. Yerli və xarici təhlilçilər də bu yöndə xəbərdarlıqlar eləməkdədirlər. Vəziyyəti qəlizləşdirən amillərdən biri isə Ermənistanı 20 ilə yaxındır “gəlmə” ermənilərin - “Qarabağ erməniləri”nin istədiyi kimi idarə eləməsidir. Təbii ki, daxili ictimai narazılığın digər köklü səbəbləri də var.

*****

Musavat.com-un məlumatına görə, bu xüsusda aparıcı erməni nəşrlərindən olan “Qraparak”ın son sayındakı redaksiya məqaləsi maraq doğurur. Nəşr ölkənin əsas çıxış qapıları olan hava limanlarındakı situasiyaya diqqət çəkərək yazır: “Ermənistanın aviabiletlər bazarında yumşaq desək, ”idarəolunan xaos", kobud dillə isə desək, “tam bardak” hökm sürür. Hətta Gürcüstan istiqamətində ən ucuz sayılan biletlər belə, az qala hər saniyə bahalaşır. Şirkətlərin “menecerləri” axşam bir qiymət elan edirlər, səhər isə alış zamanı aydın olur ki, iki biletdən biri baha, o biri isə daha bahadır".

Qəzetin yazdığına görə, bu payız günlərində ölkədə bilet qiymətlərinin ələlxüsus Moskva və Tiflis istiqamətlərində süni atımı “Staxanov tempi” ilə davam edir. “Qat-qat ağlamalı vəziyyət isə biletlərin qaytarılması ilə bağlı yaşanır: heç bir mexanizm mövcud deyil, sərnişin hətta uçuşa bir həftə qalmış səhhətindəki problemlə bağlı bileti geri verirsə belə, bircə dram da qaytarılmır. Bu şəkildə əsasən Rusiya aviaşirkətləri, o cümlədən ”Aeroflot" fəaliyyət göstərir - hansı ki, qiymətlərin kəllə-çarxa çıxmasında rekordçu hesab edilə bilər", - deyə nəşr sonda əlavə edir.

*****

Əslində qəzetin yazdıqları işğalçı Ermənistanın mövcud durumu fonunda təəccüblü deyil. Hava limanlarındakı bilet ajiotajı da mövcud aclınacaqlı sosial-ictimai durumun doğurduğu məntiqi sonunclardan yalnız biridir.

Məsələ ondadır ki, bu ilin aprelində keçirilən və ölkənin yeni dönəmə (parlamentli üsul-idarəçiliyə) keçidinin əsasını qoymuş seçkilərdə erməni xalqı ümidli idi ki, rəhbərliyə hər halda yeni, daha praqmatik siyasi qüvvələr gələcək. Məlum olduğu kimi, bu ümidlər dəfn edildi və 19 ildir Ermənistanda hakimiyyəti zəbt eləmiş “Qarabağ klanı”, Dağlıq Qarabağdakı separatçı hərəkatın “səhra komandirləri”, Xocalı hərbi caniləri hakimiyyəti əldə saxlaya bildilər - təbii ki, həm də Rusiyanın “dobrosu” ilə.

Bu da o anlama gəlir ki, Ermənistanda 19 il öncə ciddi şəkildə dərinləşməyə başlamış iqtisadi-siyasi böhran davamlı olacaq. İndi az çox ağılını itirməyən ermənilər də yaxşı başa düşür ki, Dağlıq Qarabağ münaqişəsi yoluna qoyulmadan, Azərbaycan və Türkiyə ilə iqtisadi, siyasi, diplomatik, insani əlaqələr bərpa edilmədən, qısası, izolyasiya durumu aradan qalxmadan Ermənistanın inkişafı, dirçəlməsi mümkün olmayacaq. Demək, əhalinin rifahı da ilk növbədə Rusiyadan gələn pul transfertlərinə, bir də diaspordan dilənilən vəsaitlərə bağlı qalacaq.

*****

Müharibə və blokada vəziyyəti, habelə xarici aləmə və dünya okeanına çıxışın olmaması üzündən böyük xarici sərmayələrin ölkəyə gəlişinin əngəllənməsi, iş yerlərinin yoxluğu, hakimiyyəti sarmış korrupsiya və sabaha inamsızlıq yekun etibarilə sıravi və iş qabiliyyətli vətəndaşları kütləvi şəkildə ölkədən köçə vadar edir. Hər necə olmasa, istənilən insan və ailəsi təhlükəsizlikdə, yaxşı yaşamaq istəyir. Çünki həyat insana bir dəfə verilir. Qarabağ ixtilafı isə artıq 30-cu ilinə yaxınlaşmaqdadır.

İşğalçı ölkənin blokadası, xarici aləmdən təcridi isə bəlli səbəblərdən ilbəil daha da güclənir. Elə bu günlərdə Baklı-Tiflis-Qars dəmiryolunun istismara hazır olması haqda gələn xoş xəbər İrəvan üçün, ermənilər üçün növbəti pis müjdə hesab edilə bilər. Çünki bu dəmiryolu Ermənistan iqtisadiyyatının “rüşeym halında” qalmasının ömrünü uzadacaq, ölkənin tranzit önəmini daha da azaldacaq, emiqrasiyanı sürətləndirəcək.

Təsadüfi deyil ki, indiki prezident Serj Sərkisyanın dönəmində daha çox erməni Ermənistanı tərk edib, nəinki eks-prezident Robert Köçəryanın dönəmində. Yerli sosioloqlar və demoqraflar isə prosesin getdikcə daha da sürətlənəcəyini proqnoz edirlər. Daha bir səbəbə görə: Serj Sərkisyan gələn ilin aprelində prezidentlikdən baş nazirliyə “transfer edib” öz hakimiyyətini davam etdirmək niyyətindədir.

Baş nazirlik uğrunda daxili siyasi savaş artıq başlayıb. Sərkisyan və klanının hakimiyyətdə daha 5 il qalması isə avtomatik şəkildə Qarabağda müharibə ehtimalının da artması deməkdir. Ölkədən kütləvi köçün yeni dalğasının bir səbəbi də bu... \\musavat.com\\
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...