Bərzanini sevən laçınlı məmurdan yeni paylaşım - FOTO
Siyaset
Oxunub: 624
7 okt 2017 | 15:44
Bərzanini sevən laçınlı məmurdan yeni paylaşım - FOTO
















İraq Kürdüstanında keçirilən müstəqillik referendumuna açıq dəstək nümayiş etdirən Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyev öz “sevgisinin” nümayişində qəti olduğunu bir daha təsdiqləyib.

Axar.az xəbər verir ki, sosial şəbəkələrdə Bərzani sevgisini gizlətməyən F.Tanirverdiyev dayanmadan Şimali İraq Kürd Muxtariyyətinin separatçı rəhbərinin fotolarını paylaşır. Maraqlıdır ki, separatizmə açıq dəstək nümayiş etdirən bu şəxslə bağlı Laçın Rayon İcra Hakimiyyəti başçısı tədbir görüləcəyini bildirsə də, aradan keçən bu müddət ərzində heç bir addım atılmayıb.

Xatırladaq ki, F.Tanirverdiyev hətta dövlətimizi də şantaj etmişdi: “Əgər çıxışmla bağlı məni işdən çıxarsalar, qərar verəcəm. Əgər məni çıxışıma, mövqeyimə görə çıxarsalar, əhsən deyərəm. Fəxr edərəm ki, kürdlüyümə görə məni işdən çıxardılar. Gedərəm pasportu da, hərbi biletimi də yandıraram. Xidmətdə olduğum fəxri fərmanları da yandıraram, ölkəni tərk edərəm”.

İcra başçısının rəsmi açıqlamasından sonra görülən tədbirin nədən ibarət olmasını öyrənmək üçün günlərdir etdiyimiz müraciətə də heç bir cavab verilmir. Hətta İcra Hakimiyyətinə etdiyimiz davamlı zənglərimiz də cavabsız qalır. Laçın RİH F.Tanirverdiyev məsələsində açıqlama verməyə maraqlı deyil.

Daha bir qəribə məqam Laçın rayonundan seçilən deputat Mahir Abbaszadənin mövqeyidir. Millət vəkillərinin parlamentdə kəskin reaksiyasından sonra belə separatizmə dəstək verən bu məmurla bağlı Laçının deputatından cavab almaq mümkün deyil. Hər müraciət və göndərdiyimiz yazılı ismarıclara “bir saat müddətində cavab verəcəyini bildirən M.Abbaszadənin “bir saatı” 9 gündür ki, bitmir.

Qeyd edək ki, Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanirverdiyev özünün Feysbuk səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib. O, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb.

Azərbaycan rəsmi olaraq İraqın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib və dünyada baş verən bütün separatizmlərə qarşı olduğunu bildirib. Dövlətin bu siyasi mövqeyindən sonra bir məmurun separatizmə açıq dəstəyi və onunla bağlı hər hansı addımın atılmaması diqqətçəkicidir.

Baş Prokurorluq olayı diqqətə aldığını və araşdırma aparıldığını açıqlasa da, nəticə barədə rəsmi açıqlama verilməyib.
Bərzanini sevən laçınlı məmurdan yeni paylaşım - FOTO
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!