Bunu səndən gözləmirdik, Ankara - Bu da Belə XƏYANƏT
Siyaset
Oxunub: 2 638
16 okt 2017 | 00:58
Bunu səndən gözləmirdik, Ankara - Bu da Belə XƏYANƏT













Azərbaycanın erməni işğalında olan ərazilərinə qanunsuz səfər edərək Bakını heçə sayan, Xankəndidə və Xocalıda ermənilərin maraqlarına cavab verən bəyanatlar verən, sonra da mətbuat konfransı keçirərək Dağlıq Qarabağı "Artsax" adlandıran, qondarma "erməni soyqırımı"nın Ankara tərəfindən rəsmən tanınmasının "labüd" olduğunu vurğulayan Türkiyə vətəndaşlarını Ankara sanki görməzdən gəlir.

Halbuki həmin adamlar beynəlxalq hüququn prinsiplərini və normalarını kobud şəkildə pozublar, Azərbaycan qanunvericiliyinə görə cinayətkar sayılırlar və ən başlıcası - Azərbaycanla Türkiyə, bu iki qardaş ölkə arasındakı münasibətlərə kölgə salmağa yönəlmiş addım atıblar.

Bu azmış kimi, Qarabağa səfər edən Türkiyə vətəndaşları Ufuk Uras, Səid Çətinoğlu, Əli Bayramoğlu və Erol Qatırçıoğlu hal-hazırda Türkiyə qəzet və saytlarına qanunsuz səfərləri və səfər təəssüratları haqqında geniş müsahibələr verir, televiziya proqramlarında nümayişkaranə şəkildə Qarabağ ermənilərinin qonaqpərvərliyindən, mövcud durumlarından pozitiv danışırlar.

Çünki özlərini rahat hiss edirlər, Azərbaycanın tələblərinə, iki ölkə arasındakı əlaqələrin önəmini vurğulayan Bakının çağırışlarına biganə qalan Türkiyə hökumətinin davranışından faydalanırlar.

Bunu səndən gözləmirdik, Ankara - Bu da Belə XƏYANƏT












Xəyanət səfəri

""Qərb Ermənilərinin Milli Konqresinin Milli Şurası"nın təsisçisi Araqat Ahonyanın təşəbbüsü ilə Xankəndidə qarabağlı separatçılarla Türkiyədən gəlmiş siyasətçilər və mədəniyyət xadimlərinin görüşü olub. Görüşdən sonra mətbuat konfrası keçirilib".

Erməni mediasında yayılan xəbərdə belə deyilirdi.

Səfəri Ermənistandakı "Veradarts" ("Qayıdış") fondu təşkil etmişdi.

İşğal altında olan, separatçı rejimin idarə etdiyi Xankəndidəki mətbuat konfransında Türkiyə Yaşıllar və Gələcək Partiyasının (Yeşiller ve Sol Gelecek Partisi) yetkilisi, "Ankara Düşüncə Platforması" qeyri-hökumət təşkilatının rəhbəri, sabiq millət vəkili Ufuk Urasın başçılıq etdiyi, Türkiyədən Xankəndinə gəlmiş nümayəndə heyəti vardı.

Türkiyədən Ermənistana yollanan, oradan da Dağlıq Qarabağa keçən nümayəndə heyətinə U.Uras, yazıçı Əli Bayramoğlu, yazıçı və teleaparıcı Erol Katırçıoğlu, yazıçı Səid Çətinoğlu daxildilər.

"Xankəndidə bizi çox mehriban qarşıladılar. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyirik" söyləyən U.Uras qondarma "erməni soyqırımı"nın da Türkiyə tərəfindən rəsmən tanınmasını arzuladığını söyləyib.

Dağlıq Qarabağa yollandığı üçün Azərbaycan XİN-in "qara siyahı"sına düşməkdən çəkinib-çəkinməməsi barədə erməni jurnalistin sualını cavablayan U.Uras deyib: "Bizdə bir məsəl var: "İslanmışın yağışdan qorxusu olmaz". Xankəndiyə səfərimizin hansı siyasi sonuclarının olacağını bilmirəm. Sadəcə, demək istəyirəm ki, rəsmi Bakının mövqeləri ilə bağlı etirazlar mövcuddur və bunu da Bakının diqqətinə çatdırmaq istəyirik. Biz sülh arzulayırıq, Xankəndiyə də buna görə gəldik".

U.Urasın dediyinə görə, arvadı Zeynep Uras İstanbulda "Ermənilərdən üzr istəyirik!" sloqanlı aksiya keçirdiyi üçün işdən qovulub.

Yazıçı və siyasi fəal Səid Çətinoğlu isə bildirimişdi: "Mən ermənilərə, Pont yunanlarına və assuriyalara qarşı illər boyu soyqırım tətbiq edildiyi yerdən gəlmişəm. Soyqırım problematikası üzrə mütəxəssisəm. Belə nəticəyə gəlmişəm ki, Dağlıq Qarabağ münaqişəsi və soyqırım arasında oxşarlıqlar, əlaqələr var".

S.Çətinoğlunun fikrincə, bir zamanlar Osmanlı Türkiyəsinin müttəfiqi olmuş Almaniya və Avstriya qondarma "erməni soyqırımı"nı tanıdığından Türkiyə də bunu etməlidir.

"Düşünürəm ki, Türkiyə-Ermənistan sərhədi qeyd-şərtsiz açılmalıdır. Çünki Türkiyədə cəmiyyətin əksər hissəsi bunu istəyir", - S.Çətinoğlu söyləyib.

Bunu səndən gözləmirdik, Ankara - Bu da Belə XƏYANƏT










Ankara niyə susur?

Fikir verin - Türkiyə vətəndaşları olan bir qrup yazar və jurnalist beynəlxalq hüquq normalarını pozaraq Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər edir, separatçı rejimin rəhbərliyi ilə görüşür, Xocalı soyqırımının baş cəlladı Serj Sarkisyanla bir araya gəlir və ölkələrinə qayıtdıqdan sonra isə ölkə mediasında erməni qonaqpərvərliyi haqqında ağızdolusu danışmağa başlayırlar.

Yəni açıq-aşkar ermənilərin təbliğatını aparırlar. Ən acınacaqlısı isə budur ki, bütün bunları Türkiyə hökuməti görməzdən gəlir. Xarici İşlər Nazirliyinin sözçüsü, Ədliyyə Nazirliyinin mətbuat müşaviri, yaxud səfir səviyyəsində verilmiş yumşaq bir bəyanatla kifayətlənir. Bunu həmin şəxslərin, öz təşəbbüsü olması ilə izah olunur.

"Təşəbbüs"mü?

Əvvəla, həmin şəxslər erməni işğalında olan Azərbaycan ərazisinə yollanıblar. Onlar Tuvalu və ya Svazilend yox, qardaş Türkiyənin vətəndaşları olduqlarından məsələnin sırf siyasi və qanuni aspektləri ilə yanaşı, mənəvi yönləri də var.

Sonra da ki, Ankaranın belə biganə davranışı bizi ermənipərəst yazarların xəyanətindən daha çox rəncidə edir.

Türkiyə hökumətinin bu fakta hüquqi qiymət verməməsi, müvafiq addımları atmaması gələcəkdə də belə halların yaşanmasına şərait yaradır. Əgər məsələyə qarşı hökumət sərt tədbirlər görsəydi, Türkiyə ictimaiyyətində də həmin şəxslərə qarşı ciddi ictimai qınaq formalaşardı.

Oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı aparılan müzakirələrdə Türkiyə Böyük Millət Məclisinin CHP partiyasından olan deputatları- Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsici, Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı tənqidi hesabat üzrə Qətnamənin lehinə səs verdilər.

Azərbaycana qarşı qərəzli münasibətin, eyni zamanda erməni lobbisinin və anti-türk, anti-islam dairələrin sistematik fəaliyyətinin əyani təzahürü olan məlum qətnamənin Türkiyəli millət vəkilləri tərəfindən dəstəklənməsi heç bir izahı olmayan bir hadisə kimi Azərbaycan xalqının yaddaşına yazıldı.

Təbii, Azərbaycan-Türkiyə münasibətləri hər zaman iqtidarla-müxalifət münasibətərindən, onların arasındakı siyasi çəkişmələrdən ucada, belə proseslərin fövqündə durub.

Lakin Ankara unutmamalıdır ki, beynəlxalq, regional və milli məsələlərdə Azərbaycan həmişə Türkiyəyə birmənalı, ən genişmiqyaslı dəstək verib. Bunu yaxın keçmişdə də kifayət qədər nümunələri var.

Bütün bunların müqabilində eyni həssaslığı Türkiyədən və xüsusi ilə də Türkiyədən gözləmək Azərbaycan xalqının və ictimaiyyətinin mənəvi haqqıdır. Burada isə əsas gözləntilər məhz Türkiyə hökumətindəndir. Məhz Türkiyə rəhbərliyi iki ölkə arasında olan qardaşlıq bağlarını zədələyə biləcək, münasibətlərə kölgə salacaq cəhdlərin qarşısını vaxtında və sərt şəkildə almalıdır ki , gələcəkdə də kimsə buna cəhd etməsin.

Ümid etmək istərdik ki...

Türkiyə vətəndaşları olanların bu səfərini başa düşmək çox çətindir. Çünki bu səfəri edənlər bizim üçün dost, qardaş olan Türkiyənin vətəndaşlarıdır. Bunu heç cür başa düşmək mümkün deyil, biz bu hərəkəti gözləmirdik, amma istənilən halda bu, cinayətdir. Qondarma rejimə səfər əslində Azərbaycan dövlətinin işğal edilmiş torpaqlarımıza qeyri-qanuni səfər edilməməsi ilə bağlı tələblərinə məhəl qoyulmaması deməkdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu həmin şəxslərlə bağlı cinayət işi açıb və Türkiyənin müvafiq qurumlarına bu haqda məlumat verilib. Lakin təəssüf ki, indiyə qədər Türkiyənin müvafiq qurumları tərəfindən bu istiqamətdə heç bir adekvat addım atılmayıb. Bu isə həmin insanları antiazərbaycan və antitürkiyə təbliğatlarını daha da genişləndirməyə imkan yaradır. Onların mütəmadi olaraq Türkiyə kanallarında çıxış etmələri, müsahibələrinə geniş yer ayrılması bu qənaətə gəlməyə əsas verir ki, Türkiyənin özündə bu cür insanların səfərlərini təşkil edən, Azərbaycan-Türkiyə dostluq, qardaşlıq münasibətlərinə zərbə vurmaq istəyən müəyyən qüvvələr var. Həmin qüvvələrin cəzalandırılmasına ehtiyac var, amma təəssüf ki, biz bunun şahidi olmuruq. Azərbaycan ictimaiyyəti baş vermiş bu hadisədən son dərəcə narahatdır.



Azərbaycan əleyhinə daha bir addımı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Türkiyə deputatlarından gördük. Azərbaycan əleyhinə iki ədalətsiz qətnamənin qəbulu zamanı şahidi olduq ki, Türkiyəni təmsil edən üç deputat da həmin sənədlərin lehinə səs verdi. Şübhəsiz ki, bu hadisə də cəmiyyətimizdə son dərəcə ciddi etirazla qarşılandı. Biz gözləyirik ki, bu məsələlərlə bağlı da Türkiyə tədbirlər görsün. Çünki o qüvvələr bilirlər ki, belə addımların atılması Azərbaycanda ciddi reaksiyaya səbəb ola və bu da nəticədə Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirə bilər. Onlar məhz bunu istəyirlər. Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan xalqı hər zaman ən çətin anında Türkiyənin yanında olub. Dövlətimizin başçısı Azərbaycanla yanaşı, Türkiyənin də maraqlarını qoruyub, dost və qardaş ölkənin əleyhinə səsləndirilən iddialara tutarlı cavablar verib. Prezident İlham Əliyevin AŞPA-dakı məlum çıxışı bunun əyani göstəricisidir. Hamının yadındadır ki, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının sammitində Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti, dövləti, xalqı haqqında yalanlar söyləyərkən, şər-böhtan səsləndirərkən Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətlə onun səsini kəsdi və dedi ki, Türkiyə nümayəndələri burada yoxdursa, mən varam. Dövlətimizin başçısı Ermənistan prezidentinin yalanlarına faktlarla tutarlı cavab verdi. Azərbaycanın rəsmi şəxsləri, tanınmış ictimai-siyasi xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri heç vaxt Azərbaycanın və Türkiyənin maraqları arasında fərq qoymayıblar. Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı Azərbaycan Prezidenti İlham Əliyev dərhal və qətiyyətlə öz mövqeyini ifadə etdi, Türkiyə dövlətinin, Türkiyə xalqının yanında olduğunu bildirdi, Azərbaycanın Türkiyənin legitim hakimiyyətini - Ərdoğan hakimiyyətini müdafiə etdiyini bildirdi.

Ermənipərəst qüvvələrin, dünyadakı erməni lobbisinin Azərbaycana təzyiqlər etməsi bizimçün əsla təəccüblü deyil. Amma həmin qüvvələrin qardaş Türkiyənin nümayəndələrini Azərbaycana qarşı yönəltmələri və onların da özlərini ermənipərəst deputatlar kimi aparmaları bu gün haqlı olaraq Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğurub və böyük etiraza səbəb olub. Ümid edirik ki, Türkiyə dövləti, ölkə rəhbərliyi Azərbaycan-Türkiyə qardaşlıq, dostluq münasibətlərinə ləkə ola biləcək bu hadisələrlə bağlı lazımi ölçülər götürəcək, dostluğumuzun, qardaşlığımızın bundan sonra da davam etdirilməsi üçün gərəkli qərarlar verəcək.

Azərbaycannın erməni işğalında olan ərazilərinə səfər edənləri görməzdən gəlmək, AŞPA-da 4 deputatın Azərbaycan əleyhinə qətnamənin lehinə səs vermələrini "rutin prosedur" saymaq "Böyük Ermənistan" xəstəliyinə düçar olanları ruhlandırmaqla yanaşı, erməni terrorçuların qətlə yetirdikləri türk diplomatların, XX əsrin əvvəllərində ən ağır işgəncələrə məruz qalaraq öldürülən, Xocalıda soyqırımı yaşayanların ruhlarına hörmətsizlik olardı.

Ankara bunu anlamalı və bilməli ki, Azərbaycandakı səfirlik və XİN səviyyəsində yumşaq bəyanatlar verməklə problemin həll olunduğunu düşünmək yanlışlıqdır.

Olmaya Türkiyə hökuməti qardaş ölkənin maraqlarını tapdalayan şəxslərin cəzalandırılması üçün Belarus hakimiyyəti qədər də qətiyyət göstərmək iqtidarında deyil?

Ankaradan cavab gözləyirik...
Bunu səndən gözləmirdik, Ankara - Bu da Belə XƏYANƏT
Bu gün, 17:25
Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar"
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)