ARIF PAŞAYEVIN ADINDAN ISTIFADƏ EDƏRƏK VƏTƏNDAŞIN 400.000 MANATINI MƏNIMSƏYƏNLƏR KIMLƏRDIR?
Siyaset
Oxunub: 539
23 okt 2017 | 11:35
ARIF PAŞAYEVIN ADINDAN ISTIFADƏ EDƏRƏK VƏTƏNDAŞIN 400.000 MANATINI MƏNIMSƏYƏNLƏR KIMLƏRDIR?














Cavid Qasımov Məmmədhüseyn Hüseynovun yanında Rafiq Cəlilovla danışaraq, qiymətin baha olduğunu, torpağın özəlləşməsi üçün çox böyük rüsum tələb olunduğunu Arif Paşayevə deyəcəyini bildirir. Bundan bir neçə gün sonra Cavid Qasımov Məmmədhüseyn Hüseynovun yanında Rafiq Cəlilovla təkrar danışdıqdan sonra, torpağın hər sotuna 5.000 ABŞ dolları olmaqla 80 sot torpaq sahəsi üçün 400.000 ABŞ dolları müqabilində avtodayanacağın özəlləşməsinə Rafiq Cəlilovdan razılıq aldığını deyir.



Azərbaycanda aldadılaraq əmlakı dələduzlar tərəfindən ələ keçirilən xeyli sayda vətəndaşlarımız var ki,onlar da haqqını tələb etmək üçün müstəqil məhkəmələrə müraciət etməli olurlar.Təssüf ki,əksər məhkəmələrdə də, belə vətəndaşların hüquqları həmin dələduzlar və onları yuxarı səviyyədə himayə edən vəzifəli şəxslər tərəfindən yenidən pozulur. Belə dələduzların “tor”una düşən vətəndaşlardan biri də Məmmədhüseyn Hüseynovdur.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmədə «Dəryaz » qəzetinin əməkdaşı da iştirak etmişdir. Məhkəmə gedişatında açıq şəkildə müşahidə olunurdu ki, hakim, vəkil Qanqa İbrahimovun çıxışını tez-tez kəsərək qarşı tərəfi və onlara himayə edənləri müafiə edirdi. Hakim, məhkəmənin başlanğıcında Arif Paşayevin adından istifadə edərək Məmmədhüseyin Hüseyinovu aldadıb küllü miqdarda pulunu ələ keçirən Cavid Qasımovu və torpağın sənədləşdirilməsi üçün rüşvət alan Dövlət Əmlak Komitəsinin vəzifəli şəxslərinin məhkəməyə dəvət olunmasını təmin etməmiş,əksinə bu şəxslərin adlarını məhkəmə gedişatından çıxardaraq ayrıca iş kimi arxivə atmışdır.

19 oktyabrda yekunlaşan məhkəmə işində son söz ittiham olunan Məmmədhüseyin Hüseyinova verilmişdir. O, çıxışında həkim işləyən Afər Əfəndiyevin qatı sadvalçı olduğunu bildirmiş, üzünü hakimə tutaraq «bu işdə haqsızlıq edənlərin əksəriyyəti dünyasını dəyişdi,bir qisminin də başına olmaqzın hadisələr gəldi.İnanıram ki, bundan sonra da haqsızlıq edənlər Allah qarşısında cavab verməli olacaqlar»

Hakim Novruz Kərimov müşavirə otağından qayıdandan sonra Məmmədhüseyin Hüseynova 9 il hökm oxudu.

İndi isə məhkəmənin gedişatı barədə..

Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Hüseynov Məmmədhüseyn Məmməd oğluna qarşı irəli sürülmüş ittihama görə, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə qeyriləri ilə qabaqcadan əlbir olduğu bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlak Komitəsinin “Ticarət-xidmət, istehsalat müəssisə və obyektlərin fəaliyyətinin əlaqələndirilməsi mərkəzi”nin nəzdində olan Bakı şəhəri, Xətai rayonu, Mehmandarov küçəsi, 48 ünvanında yerləşən 39 saylı avtodayanacağın müdiri vəzifəsində işlədiyi dövrdə həmin avtodayanacağın yerləşdiyi 80 sot torpaq sahəsini içərisində olan daşınmaz əmlak ilə birlikdə özəlləşdirərək Əfəndiyev Afər İsa oğluna 1.500.000 ABŞ dolları məbləğində pula satacağına dair sonuncuya YALANDAN VƏD VERİB ALDADARAQ, özəlləşdirmənin aparılması üçün 2007-ci ilin may ayında Bakı şəhəri, Xətai rayonu, Mehmandarov küçəsi, 48 ünvanında yerləşən 39 saylı avtodayanacağın həyətində həmin dövrün məzənnəsi ilə 86.520 manat təşkil edən 100.000 ABŞ dolları, 2007-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən “Əfsanə” kafesində həmin dövrün məzənnəsi ilə 256.170 manat təşkil edən 300.000 ABŞ dolları, 2007-ci ilin avqust ayının axırlarında isə həmin dövrün məzənnəsi ilə 52.941,8 mant təşkil edən 62.500 ABŞ dolları məbləğində pulunu alıb, həmin torpaq sahəsinin yalnız 0,55596 ha hissəsini ÖZƏLLƏŞDİRDİKDƏN sonra vədinə əməl etməyərək, ÖZƏLLƏŞDİRDİYİ torpaq sahəsini müxtəlif şəxslərə sataraq zərərçəkmiş şəxs Afər Əfəndiyevin həmin dövrün məzənnəsi ilə 395.631,8 manat təşkil edən ümumilikdə 462.500 ABŞ DOLLARI MƏBLƏĞİNDƏ PULUNU ƏLƏ KEÇİRİB, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

Beləliklə, ittiham tərəfi hesab edir ki, Hüseynov Məmmədhüseyn Məmməd oğlu Əfəndiyev Afər İsa oğlunu torpaq sahəsini özəlləşdirib ona satacağına dair yalan vəd verərək, bu vəd üzrə alqı-satqı qiymətinin bir hissəsini qabaqcadan ələ keçirərək, torpaq sahəsinin bir hissəsini özəlləşdirdikdən sonra isə vədinə əməl etməyərək, özəlləşdirdiyi torpaq sahəsini başqa şəxslərə sataraq Afər Əfəndiyevin külli miqdarda pulunu isə qaytarmayaraq, ələ keçirmişdir.



“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı Qərarında göstərilir:

“Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun”.

“Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür.”

“Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun.

Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir”.

Şərh olunanlara əsasən demək olar ki, Məmmədhüseyn Hüseynovun ona qarşı irəli sürülmüş AR CM-nin 178.3.2-ci maddəsi üzrə ittihamda təqsirli ola bilməsi üçün, o,:

1) 39 saylı avtodayanacağın torpaq sahəsini özəlləşdirib satmaq niyyəti barədə Afər Əfəndiyevə yalan məlumat vermiş olmalıdır,

2) həmin torpaq sahəsini məhz Afər Əfəndiyevə satmaq niyyəti barədə yalan məlumat vermiş olmalıdır,

3) özəlləşdirmək üçün real hüquqi imkanları barədə yalan məlumat vermiş olmalıdır,

4) torpaq sahəsini özəlləşdirmək məqsədi ilə real hüquqi hərəkətlər və digər çalışmalar etməmiş olmalıdır,

5) yaxud torpaq sahəsinin özəlləşdirilməsinə müxtəlif vasitələrlə qəsdən maneələr yaratmış olmalıdır,

6) torpaq sahəsi özəlləşdirildikdən sonra, həmin özəlləşmiş torpaq sahəsi üzərində real hüquqi imkanlara, o cümlədən sərəncam vermək imkanına malik olmalı, lakin bu hüquqi imkanından qəsdən istifadə etməmiş olmalıdır,

7) Afər Əfəndiyevi aldadaraq, dələduzluqla əmlakını (pulunu) ələ keçirmək niyyəti (əgər olmuşdursa), həmin əmlakı (pulu) əldə edənədək yaranmış olmalıdır.



İşin həqiqi halları isə M.Hüseynovun barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin tərkibini yaradacaq qanunsuz niyyətinin, əməlinin olması hüquqi qənaətinə gəlməyə qətiyyən imkan vermir.

Məmmədhüseyn Hüseynov 1987-ci ildən 39 saylı avtodayanacaq və texniki xidmət sahəsinin müdiri işləyib: verilən ittihamda da qeyd olunan bu fakt iş materialları ilə -şahid ifadələri, əmək kitabçasının surəti, həmin əmlak üçün müxtəlif illər üzrə, o cümlədən 2007-ci il üçün ödənilmiş xidmət haqqı qəbzləri, Mərkəzin Baş direktor əvəzi V.Nuriyevanın İİN-nın Əmlakın İnventarlaşdırılması Bürosunun rəisinə ünvanladığı 18.05.2006-cı il tarixli məktubu, V.Nuriyevanın M.Hüseynova ünvanladığı onun işlədiyi 39 saylı avtodayanacağın özəlləşdirilməsində yaranmış problemlərinin həllinin tapşırıldığı 07.12.2006-cı il tarixli teleqram, İİN-nin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin M.Hüseynova ünvanladığı məktubları ilə tam təsdiq olunur.
Məmmədhüseyn Hüseynov həmin avtodayanacağı və yerləşdiyi torpaq sahəsini özəlləşdirmək məqsədi ilə uzun illər o zamankı adı ilə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Departamentinə yazılı müraciətlər edir (iş materiallarında bu müraciətlər, şikayətlər mövcuddur), hər dəfəsində onun qarşısında qeyri-qanuni tələblər qoyulur, hətta ondan külli miqdarda rüşvət tələb olunur, yalnız həmin məbləğ təmin ediləcəyi təqdirdə özəlləşməyə razılıq veriləcəyi bildirilir (şahidlər – İntiqam Süleymanov, Aslan Əliyev, Yasin Məmmədov təsdiq edirlər ki, Məmmədhüseyn Hüseynovun sözügedən əmlakı özəlləşdirmək niyyəti Komitənin müxtəlif bəhanələri, qeyri-qanuni tələbləri nəticəsində mümkün olmamışdır).
Məmmədhüseyn Hüseynov Afər Əfəndiyevi 2007-ci ilin avqust ayınadək tanımamışdır, Afər Əfəndiyev Məmmədhüseyn Hüseynovun şəriki və dostu İntiqam Süleymanovun tanışı olmuşdur. Məmmədhüseyn Hüseynova Afər Əfəndiyev adlı bir həkim tanışının olduğunu, Afər Əliyevin 39 saylı avtodayanacağın torpaq sahəsini almaq niyyətinin olmasını və bu məqsədlə Məmmədhüseyn Hüseynova görüşmək istəyini Məmmədhüseyn Hüseynova İntiqam Süleymanov deyir və bu görüşü təşkil edir. Bu, İntiqam Süleymanovun, Aslan Əliyevin və Afər Əfəndiyevin izahat və ifadələri ilə tam təsdiq olunur.
Görüş zamanı Afər Əfəndiyev 39 saylı avtodayanacağın torpaq sahəsini almaq istəyini Məmmədhüseyn Hüseynova bildirir. Məmmədhüseyn Hüseynov avtodayanacağın torpaq sahəsinin hələ özəlləşmədiyini və onun mülkiyyətində olmadığını, özəlləşdirə bilməsi üçün maddi vəsaitinin olmadığını bildirir. Bu zaman Afər Əfəndiyevin təklifi ilə onlar razılaşırlar ki, 39 saylı avtodayanacağın torpaq sahəsinin özəlləşdirilməsi üçün lazım olan bütün xərcləri Afər Əfəndiyev qarşılayacaq, həmin məbləği Məmmədhüseyn Hüseynova verəcək, 39 saylı avtodayanacağın yerləşdiyi 80 sot torpaq sahəsi özəlləşdikdən sonra həmin torpaq sahəsi 1.500.000 ABŞ dollarına Afər Əfəndiyevə satılacaq, özəlləşməyə çəkiləcək xərclər isə bu rəqəmdən çıxılaraq, qalan pul Məmmədhüseyn Hüseynova ödəniləcək. Bu razılaşmaya əsasən Afər Əfəndiyev Məmmədhüseyn Hüseynova 2007-ci ilin avqust ayında 39 saylı avtodayanacaqda 10.000 ABŞ dolları beh verir. Qeyd olunan bu hallar yenə İntiqam Süleymanovun, Aslan Əliyevin və Afər Əfəndiyevin izahat və ifadələri ilə tam təsdiq olunur.
Bundan sonra Məmmədhüseyn Hüseynov özəlləşmə prosesinə başlaya bilməsi qərarını bildirmək üçün Komitəyə gedərək, Rafiq Cəlilov və Mohuma Heraçiyevlə görüşür. Lakin onlar artıq vəziyyətin dəyişdiyini, yuxarıdan bu özəlləşməyə dair fikrin dəyişdiyini bildirərək, ona 300.000 ABŞ dolları təklif edərək, bu pulun müqabilində ərizəsini yazaraq işdən çıxmasını istəyirlər, əks təqdirdə ona heç nə verilməyəcəyini deyirlər.
Komitədən aldığı təklifə razılaşmayan Məmmədhüseyn Hüseynov sonrakı həftələrdə tez-tez Komitəyə dəvət edilir, ona edilmiş təklifi qəbul etməsində israr edilir, daha sonra təklif edilən məbləğ 400.000 ABŞ dollarına qaldırılır. Sonuncu dəfə isə ona bildirirlər ki, avtodayanacağın yerləşdiyi 80 sot torpaq sahəsinin 25 sotunu heç nə almadan Məmmədhüseyn Hüseynovun adına özəlləşdirib ona verirlər, bunun müqabilində qalan 55 sot torpaq sahəsindən imtina etməlidir, bu son təklifdir, buna da razılaşmayacağı təqdirdə ona heç nə — nə pul, nə də torpaqdan pay verilməyəcək.
Bu təkliflə də razılaşmayan Məmmədhüseyn Hüseynov dostu Aslan Əliyev adlı şəxsə Komitə ilə probleminin olduğunu, onun zorla işdən çıxarılmasına, avtodayanacağın, torpaq sahəsinin ondan alınmasına çalışdıqlarını deyir. Bu zaman Aslan Əliyev Cavid Qasımov adlı şəxsi tanıdığını, Cavid Qasımovun nüfuzlu şəxs olduğunu və Komitə ilə olan problemin həllində ona kömək edə biləcəyini deyir.
2007-ci ilin avqustunda Məmmədhüseyn Hüseynov Cavid Qasımovla Aslan Əliyevin vasitəsi ilə görüşür. Cavid Qasımov Komitə ilə danışıqlar apardıqdan sonra torpağın hər sotu üçün 6-7 min ABŞ dolları istədiklərini deyir. Məmmədhüseyn Hüseynov məbləğin çox olduğunu bildirir, Cavid Qasımov Məmmədhüseyn Hüseynovun yanında Rafiq Cəlilovla danışaraq, qiymətin baha olduğunu, torpağın özəlləşməsi üçün çox böyük rüsum tələb olunduğunu Arif Paşayevə deyəcəyini bildirir. Bundan bir neçə gün sonra Cavid Qasımov Məmmədhüseyn Hüseynovun yanında Rafiq Cəlilovla təkrar danışdıqdan sonra, torpağın hər sotuna 5.000 ABŞ dolları olmaqla 80 sot torpaq sahəsi üçün 400.000 ABŞ dolları müqabilində avtodayanacağın özəlləşməsinə Rafiq Cəlilovdan razılıq aldığını deyir.
Cavid Qasımov bu problemi həll etdiyi, özəlləşəməyə Rafiq Cəlilovdan razılıq ala bildiyi üçün onunla belə razılaşılır ki, Məmmədhüseyn Hüseynov, Aslan Əliyev və Cavid Qasımov avtodayanacağın torpaq sahəsinin özəlləşməsi və Afər Əfəndiyevə satılması işində bərabər payda şərik olurlar – xərclər də, qazanc da 3 nəfər arasında bərabər bölünür. Başqa sözlə, torpaq sahəsi Afər Əfəndiyevə 1.500.000 ABŞ dollarına satıldıqdan sonra, bu məbləğdən torpaq sahəsinin özəlləşməsinə veriləcək 400.000 ABŞ dolları çıxılır, qalan 1.100.000 ABŞ dolları 3 nəfər arasında bölünür. Beləliklə, Cavid Qasımov torpaq sahəsinin Afər Əfəndiyevə satılmasını barədə razılıq olduğunu, torpaq sahəsinin bu alqı-satqını gerçəkləşdirmək üçün özəlləşdirildiyini, özəlləşməyə Komitənin tələb etdiyi 400.000 ABŞ dollarını da Afər Əfəndiyevin verdiyini bilirdi, bütün bunlar barədə tam məlumatlı olur. Şahidlərin izahat və ifadələri ilə bu tam təsdiq olunur.
Bundan sonra Cavid Qasımov Komitədən ilkin olaraq 100.000 ABŞ dolları istənildiyini deyir. Məmmədhüseyn Hüseynov Aslan Əliyev və İntiqam Süleymanovla birlikdə Afər Əfəndiyevdən 100.000 ABŞ dollarını alır, hər üçü Komitənin qarşısına gedərək, Cavid Qasımovla görüşüb, 100.000 ABŞ dollarını Cavid Qasımova verirlər. Cavid Qasımov Komitəyə daxil olur, təxminən 30-40 dəqiqədən sonra qayıdaraq pulu Rafiq Cəlilova verdiyini, 10 günə sənədlərin tam hazır olacağını, qalan 300.000 ABŞ dollarını da həmin vaxta kimi verməli olduqlarını deyir. Şahidlərin izahat və ifadələri ilə bu tam təsdiq olunur.
Qalan 300.000 ABŞ dolları da eyni qaydada, Aslan Əliyev və İntiqam Süleymanovla birlikdə Afər Əfəndiyevdən alınaraq Komitəyə çatdırılması üçün Cavid Qasımova verilir.
Lakin hadisələrin sonrakı inkişafında Cavid Qasımov vəd etdiyi vaxtda torpaq sahəsinin Məmmədhüseyn Hüseynovun adına özəlləşməsini təmin etmir, hər dəfəsində müxtəlif bəhanələrlə özəlləşmənin yaxın müddətdə baş tutacağını, sənədlərin ən qısa zamanda hazır olacağını bildirərək, Məmmədhüseyn Hüseynovu aldadır. Şahidlərin izahat və ifadələri ilə bu tam təsdiq olunur.
Daha sonra isə məlum olur ki, torpaq sahəsinin yalnız bir hissəsi — 55 sotu tamam başqa bir şəxsin, Məmmədhüseyn Hüseynovun əvvəllər tanımadığı Amid Fətullayevin adına qanunsuz olaraq özəlləşdirilib. Bundan sonra, Amid Fətullayevin Rafiq Cəlilovun və Mohuma Heraçiyevin adamı olduğunu deyən Cavid Qasımov torpaq sahəsinin Afər Əfəndiyevə satılmasından imtina edərək, Məmmədhüseyn Hüseynovu və Afər Əfəndiyevi aldadır. Hətta, M.Hüseynovun, A.Əliyevin, İ.Süleymanovun və A.Əfəndiyevin saatlarla gözlədikləri və A.Əfəndiyevin alqı-satqını həyata keçirmək üçün 500.000 ABŞ dolları gətirdiyi görüşə Cavid Qsımov gəlməmiş, 7-8 ay davam edən sonrakı danışıqlarda isə torpaq sahəsini A.Əfəndiyevə satmaqdan birmənalı imtina etmişdir. Şahidlərin izahat və ifadələri ilə bu tam təsdiq olunur.
Afər Əfəndiyev də məhkəmədə dindirilərkən bildirdi ki, o, torpaq sahəsinin Məmmədhüseyn Hüseynovun adına deyil, başqa şəxsin adına özəlləşdiyini bildiyi andan, alqı-satqıdan imtian etdiyini və verdiyi pulun ona qaytarılmasını Məmmədhüseyn Hüseynova bildirmişdir.
Beləliklə, Afər Əfəndiyevdən alınmış 400.000 ABŞ dolları məbləğində pul Aslan Əliyev və İntiqam Süleymanovun iştirakı ilə torpaq sahəsinin Məmmədhüseyn Hüseynovun adına özəlləşməsi məqsədi ilə Rafiq Cəlilova çatdırılması üçün Cavid Qasımova verilir, yəni həmin məbləğ Məmmədhüseyn Hüseynovda qalmır, Məmmədhüseyn Hüseynov bu pulları mənimsəmir. Əksinə, Cavid Qasımov Rafiq Cəlilov və Mohuma Heraçiyevlə birlikdə (C.Qasımovun dedikləri üzrə) Məmmədhüseyn Hüseynovu aldadaraq avtodayanacağın torpaq sahəsini, Afər Əfəndiyevin isə külli miqdarda pulunu ələ keçirirlər. Rafiq Cəlilov və Mohuma Heraçiyevin Məmmədhüseyn Hüseynova deyildiyi kimi də olur: avtodayanacağın 80 sot torpaq sahəsinin 25 sotunu saxlanılır, qalan 55 sot hissəsi qanunsuz olaraq həmin avtodayanacağa heç bir aidiyyəti olmayan Amid Fətullayevin adına özəlləşdirilərək ələ keçirilir, üstəlik, Afər Əfəndiyevin də külli miqdarda pulu mənimsənilir.
Qanunsuz özəlləşdirməni həyata keçirmiş şəxslər hazırda da törətdikləri əməllərinə görə məsuliyyətdən kənarda qala biliblər. Əvəzində isə özü zərərçəkmiş olduğu halda Məmmədhüseyn Hüseynov qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, aylardır ki azadlıqdan məhrum edilərək qanunsuz mərhumiyyətlərə düçar edilir.
Cavid Qasımovun izahat və ifadələrində göstərilənlər əlavə olaraq aşağıdakılarla tam təkzib olunur:

1. C.Qasımov 2007-ci ilin avqsut ayında ilk dəfə M.Hüseynovla görüşüb onun özəlləşmə ilə bağlı niyyətini öyrəndikdən sonra, guya Komitədən 39 saylı avtodayanacağı maraqlandığını və ona həmin avtodayanacağın torpaq sahəsi ilə birlikdə Amid Fətullayevin adına özəlləşdiyinin deyildiyini bildirir. Lakin iş materillarına görə, sözügedən əmlakın hərrac elanı ancaq 2007-ci ilin sonunda verilmiş, bu elanı Mahir Ağayev 2008-ci ilin yanvar ayının əvvəlində görmüş, həmin əmlakı almaq qərarına gəlmiş, bütün danışıqları, sənədləşmələri hazırlayaraq həmin əmlakı qohumu Amid Fətullayevin adına 2008-ci ilin yanvar və fevral aylarında özəlləşdirmişdir. Beləliklə, C.Qasımovun dedikləri yalandır.
2. C.Qasımov 2007-ci ilin avqust ayında torpaq sahəsinin Amid Fətullayevin adına özəlləşdiyini bildikdən sonra, onunla görüşüb həmin əmlakı ondan 400.000 ABŞ dollarına satın almaq barədə razılaşdığını deyir. Lakin Mahir Ağayev bildirib ki, əvvəllər tanımadığı Cavid Qsımov ona 2008-ci ilin yanvar-fevral aylarında – özəlləşmədən sonra zəng edib, görüşə çağırıb və C.Qasımovla 400.000 ABŞ dollarına razılaşıblar. Amid Fətullayev isə C.Qasımovu ilk dəfə adına şəhadətnamələr alındıqdan sonra 2008-ci ildə C.Qasımovun həyat yoldaşının adına etibarnamə vermək məqsədi ilə notariat kontoruna gedərkən görmüşdür, C.Qasımov onunla hər hansı alqı-satqı barədə razılaşmamışdır. Beləliklə, C.Qasımovun dedikləri yalandır.
C.Qasımov əmlakı almaq üçün A.Fətullayevlə əldə etdiyi 400.000 ABŞ dollarlıq razılaşması üçün Beynəlxalq Bankdan 180.000 ABŞ dolları kredit götürdüyünü deyir. Lakin iş materillarına görə qeyri-yaşayış sahəsinin təmiri məqsədi ilə verilmiş həmin kreditin alındığı 18.12.2007-ci il tarixdə heç özəlləşmə olmamışdı, C.Qasımov isə nə Mahir Ağayevlə, nə də Amid Fətullayevlə görüşməmişdi. Beləliklə, C.Qasımovun dedikləri yalandır.
C.Qasımov 400.000 ABŞ dolarını şəxsən Amid Fətullayevə verdiyini və o zaman ancaq ikisinin olduğunu deyir. Lakin Mahir Ağayev Cavid Qasımovun ancaq onunla razılaşdığını, 400.000 ABŞ dollarını onun avtomonbilində C.Qasımovun şəxsən ona verdiyini və bu görüçdə ancaq ikisinin olduğunu deyir. Amid Fətullayev da bunu təsdiq edir. Beləliklə, C.Qasımovun dedikləri yalandır.
Cavid Qassımovun işin əsl həqiqi hallarını gizlədən digər yalanları isə şahidlərin izahat və ifadələri ilə, üzləşdirmə protokolları ilə tam ifşa olunur.
Beləliklə, iş materialları ilə tam təsdiq olunur ki: — Məmmədhüseyn Hüseynovun hər hansı dələduzluq niyyəti olmamışdır; — Afər Əfəndiyevlə onun razılaşmasındakı niyyətinin əsl, real niyyət olması həmin razılaşmada iştirak etmiş şahidlər tərəfindən tam təsdiq olunur; bu razılaşmaya uyğun olaraq Məmmədhüseyn Hüseynov real addımlar atmışdır; razılaşmaya uyğun olaraq Afər Əfəndiyevdən alınmış pullar şahidlərin iştirakı ilə tam şəkildə Cavid Qasımova verilmişdir; torpaq sahəsinin M.Hüseynovun əvvəlcədən heç vaxt tanımadığı Amid Fətullayevin adına qanunsuz olaraq özəlləşdirilməsi M.Hüseynovun iradəsindən kənar olmuşdur; özəlləşmiş torpaq sahəsi üzərində faktiki sərəncamvermək səlahiyyəti M.Hüseynovda deyil, ancaq Cavid Qasımovda olmuşdur; torpaq sahəsinin Amid Fətullayevin adına özəlləşməsindən sonra həmin torpağın Afər Əfəndiyevə satılmasından Cavid Qasımov və Afər Əfəndiyevin özü imtina etmişdir.

İş materillarına görə əsl həqiqətin yuxarıda qeyd olunan kimi olduğu halda Məmmədhüseyn Hüseynov tərəfindən Afər Əfəndiyevin pulunun dələduzluq niyyəti ilə mənimsənilməsi ittihamı tamamilə qanunsuz, əsassız olmaqla, istintaqın ilk günündən açıq-aşkar görünən Cavid Qasımovun məsuliyyətdən kənarda saxlanılmasına hesablanmışdır. İstintaqın Cavid Qasımovu məsuliyyətə cəlb edə bilmək iradəsi yoxdur, bəs bu qanunsuzluğun əvəzində günahsız birini – M.Hüseynovu qanunsuz həbs etmək, ona qarşı heç bir əsası olmayan qanunsuz ittiham vermək niyə?!
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb